/ / Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Dillər Universiteti arasında niyyət protokolu imzalanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Dillər Universiteti arasında niyyət protokolu imzalanıb
22.02.2014 [13:20]
Fevralın 21-də 1 nömrəli “ASAN xidmət” Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Dillər Universiteti (ADU) arasında niyyət protokolu imzalanıb.
AzərTAc xəbər verir ki, protokolu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və ADU-nun rektoru Səməd Seyidov imzalayıblar.
İnam Kərimov bildirib ki, məqsəd ADU-da yeni informasiya texnologiyalarının, proqram təminatının və innovativ həllərin tətbiqi, universitet tələbələrinin agentlikdə təcrübə keçmələri və agentlik əməkdaşlarının əlavə təhsilidir. Məqsəd, həmçinin müasir və ya innovativ informasiya texnologiyalarının araşdırılması, sınaqdan keçirilməsi və tətbiqi ilə bağlı pilot layihələrin reallaşdırılmasıdır.
Ümumiyyətlə, vətəndaşlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə artıq dövlət agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə belə bir əməkdaşlığa başlayıb. Təhsil müəssisələri arasında niyyət protokolunun ikincisi ADU ilə imzalanır.
Səməd Seyidov vurğulayıb ki, ADU-nun tələbələrinin agentlikdə təcrübə keçməsi, dilləri mənimsəmiş tələbələrin müasir işlərdə fəaliyyət göstərməsi, eyni zamanda, universitetin özünün işinin təkmilləşdirilməsi istiqamətində agentlik böyük rol oynayacaq. Niyyət protokolu tələbələrin iştirakı ilə müasir cəmiyyətin formalaşmasında, informasiya-kommunikasiya texnologiyalarından bütün sahələrdə istifadə imkanlarının əldə edilməsində və bu xidmətlərdən vətəndaşların yararlanmasında mühüm əhəmiyyət kəsb edəcək.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

