/ / Brüsseldə UNPO-nun gizli sponsorları Azərbaycana “Siciliya xəbərdarlığı” etməyə çalışıblar, lakin ümidləri boşa çıxıb
Brüsseldə UNPO-nun gizli sponsorları Azərbaycana “Siciliya xəbərdarlığı” etməyə çalışıblar, lakin ümidləri boşa çıxıb
21.02.2014 [09:25]
Fevralın 19-da Brüsseldəki Avropa Parlamentində “Azlıqların hüquqları, barışıq və Cənubi Qafqaz regionunda sülhməramlılıq” mövzusunda tədbir keçirilib. Tədbir “Təmsil olunmamış millətlər və xalqlar təşkilatı” (UNPO) və bir nəfərdən ibarət “Talış milli hərəkatı” ilə əməkdaşlıq şəraitində Avropa Parlamentinin üzvü, macar əsilli Rumıniya vətəndaşı Çaba Şoqoranın təşəbbüsü ilə təşkil edilib. Planlaşdırılan tədbir barədə anons UNPO-nun veb-səhifəsində (bax: http://www.unpo.org/article/16799) yerləşdirilib. Anonsla tanışlıq elə təəssürat yaradırdı ki, söhbət Cənubi Qafqazda çoxsaylı milli azlıqlardan gedəcək. Hər halda qonaqlar, o cümlədən AzərTAc-ın xüsusi müxbiri tədbirə məhz bu gözləntilərlə getmişdilər.
Lakin çıxışlar başlananda məruzələrin mövzudan ciddi şəkildə kənara çıxdığı aşkar olub. Məruzələrdən dördü nədənsə təşkilatçıların internet səhifədə anons verdikləri mövzuya tamamilə aidiyyəti olmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Özü də bu dörd məruzəçidən ikisi erməni, qalanları avropalı idi. Tədbirin anonsunu bir mövzuda vermək və təşkil etmək, amma kənar mövzularda, özü də erməni məruzəçilərini dəvət etməklə, digər tərəfin mövqeyini işıqlandırmağa imkan vermədən Dağlıq Qarabağ kimi həssas problemə dair mövzuda məruzələrlə çıxış etmək nə dərəcədə doğrudur?
Azərbaycan tərəfi prinsip etibarilə Dağlıq Qarabağ mövzusunu heç “oftop” (mövzudan kənar) şəklində də nəzərdən keçirmir, çünki Bakı üçün Qarabağ erməniləri Azərbaycan dövlətində etnik azlıqdır. Bir halda ki, bu münaqişə məhz milli azlıqların hüquqlarının tematik çərçivəsində müzakirə olunursa, erməni məruzəçiləri heç özləri də bilmədən faktiki surətdə Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu etiraf etmiş olurlar.
Diqqətin yalnız bir etnik azlıq - talışlar üzərində cəmləşdirilməsi qonaqlar üçün daha bir şok olub. Məruzələrin ikisi talışlara həsr olunub: onlardan birini - Əlikram Hümbətovun çıxışını (daha doğrusu onun anlaşılmaz danışığını) heç məruzə adlandırmaq olmazdı. Ümumiyyətlə, rusdilli olmayan Avropa Parlamentində keçirilən və rusdilli olmayan Azərbaycandakı rusdilli olmayan talışlara həsr edilmiş tədbirə böyük Turgenev dilinin nə aidiyyəti var? Aydın məsələdir ki, mətnin əsl müəllifi nə Azərbaycan, nə də talış dillərini bilir, ona görə də Hümbətov mətni özünün ala-yarımçıq bildiyi rus dilində yazmışdır...
Burada tədbirin təşkili barəsində haqlı bir sual ortaya çıxır: məgər Cənubi Qafqazda talışlardan başqa milli azlıqlar, məsələn, Gürcüstan azərbaycanlıları, Ermənistandan didərgin salınmış, lakin doğma torpağa qayıtmaq ümidlərini itirməyən azərbaycanlılar, habelə bir sıra digər milli azlıqlar yoxdurmu? Bir halda ki, təşkilatçılar dost, hətta qardaş talış xalqının bizə düşmən olan iki nümayəndəsinə söz verməyi qərara almışdılarsa, onda heç olmazsa, ədəb, balans xatirinə Bakıdan da kimisə dəvət etmək olmazdımı? Heç olmasa o, ölkədə millətlərarası harmoniyanın möhkəmlənməsində dövlətin nailiyyətlərindən söz açardı.
Beləliklə, artıq konfrans gedişində bütün bu toplantının qərəzli, antiazərbaycan xarakteri üzə çıxdı və sifarişli olduğu aydın göründü...
Belə bir fakt da təəccüb doğururdu ki, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazda etnik azlıqlar mövzularını bir-birinə qatan təşkilatçılar azərbaycanlıların əzəli torpaqları olan Dağlıq Qarabağdan qovulmasının üstündən sükutla keçdilər.
Moderatorun heç bir çıxışa müdaxilə etməməsi, reqlamentə əhəmiyyət verməməsi, suallara isə cəmi 8 dəqiqə vaxt ayırması faktı da tədbirin qərəzli şəkildə bu formatda təşkil olunmasından xəbər verirdi. Beş qonaqdan dördü Azərbaycan tərəfini təmsil edirdi (onlardan biri AzərTAc-ın xüsusi müxbiri idi). Tədbirin sonunda onlara sual vermək üçün çox qısa vaxt ayrılıb. Sualların “yığılması” başa çatanda konfrans üçün ayrılmış vaxt da sona çatıb. Qapının arxasında dayanan texniki əməkdaş otağa daxil olaraq matros Jeleznyakın məşhur “Qaravul yorulmuşdur və yatmaq istəyir. Xahiş edirəm, iclası dayandırın!” cümləsi üslubunda burada keçiriləcək növbəti tədbir üçün hamıdan otağı tərk etməyi xahiş edib.
Beləliklə, heç bir suala cavab verilmədi. Bu sətirlərin müəllifi Çaba Şoqoraya yaxınlaşaraq, tədbirin təşkilindəki qüsurlarla bağlı iradlarını bildirib. O da razılaşıb.
UNPO-nun son vaxtlar, xüsusən, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması ərəfəsində və 2013-cü il dekabrın 17-də imzalanandan sonra Azərbaycana qarşı hücumlarını nə üçün intensivləşdirməsi təəccüblü deyildir. Öz əhəmiyyətini artırmaq üçün məlumatı olmayan adamı çaşdıran və BMT-yə heç bir aidiyyəti olmayan (maraqlıdır ki, rus dilində ONN abbreviaturası -təmsil olunmayan xalqlar təşkilatı - insanları yanılda bilər) məhz belə məharətlə düşünülmüş abbreviatura seçən təşkilat bəzi qüvvələr, habelə bir ölkənin enerji inhisarçısı tərəfindən sponsorlaşdırılır. Onların adlarını çəkməyəcəyik, lakin tamamilə aydın məsələdir ki, dekabrın 17-də imzalanan saziş Aİ-ni razı salsa da, adı çəkilməyən həmin qüvvələrin yuxusuna haram qatıb... İndi isə onlar öz əlaltı təşkilatlarının vasitəsilə Azərbaycana “soft-power” təzyiqi göstərirlər. Təsadüfi deyildir ki, ötən il məhz UNPO federal ləzgi milli-mədəni muxtariyyətinin fəallarının iştirakı ilə oxşar tədbir təşkil edib, bir növ Azərbaycana xəbərdarlıq mesajı göndərib. İndi isə birdən-birə Qarabağ münaqişəsinin erməni versiyası ilə birlikdə talış azlığına belə diqqət göstərilir. Burada bizim üçün qəribə heç nə yoxdur. Hər şey aydındır.
Lakin hamıya, o cümlədən həmin qüvvələrə də məlum olmalıdır ki, Azərbaycan Ermənistan deyil və özünün müstəqil kursundan heç vaxt dönməyəcək. Buna bənzər xırda pisliklərlə Azərbaycanı öz mövqeyini dəyişdirməyə və müstəqil siyasətindən əl çəkməyə vadar edə bilməzlər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

