Romada Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib
14.02.2014 [09:13]
Fevralın 12-də Romada İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi (İHİHK) və İnsan Hüquqları üzrə İtaliya Liqası (İHİL) tərəfindən Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib.
Konfransın moderatoru, İHİHK-nın baş katibi Antonio Stanqo Xocalı soyqırımı haqqında danışıb, hərbi münaqişələr zamanı dinc sakinlərin hüquqlarının qorunması ilə bağlı müzakirələr aparılmasının əhəmiyyətini vurğulayıb. Bu vəziyyətdən çıxış yollarını tapmağın vacibliyi bildirilib.
İHİL-in prezidenti, professor Alfredo Arpaia çıxış edərək deyib ki, uzun illərdir davam edən və hələ də həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionu üçün böyük təhlükədir. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin bu ölkənin silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələrinə və qərarlarına məhəl qoymur. Problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində göstərilən səylər hələ də nəticə verməyib.
Alfredo Arpaia beynəlxalq birlik tərəfindən biganə yanaşılan bu münaqişənin həllinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. Bildirib ki, münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi olduqca önəmlidir.
Senator Roberto Mura Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin vəhşicəsinə öldürülüb, 1255 nəfər girov götürülüb. Girovların 150 nəfərinin aqibəti hələ də məlum deyildir. Bu, bəşəriyyətə qarşı ağır cinayət və soyqırımıdır. Dünyanın bir çox aparıcı xəbər agentlikləri və qəzetləri Xocalı faciəsinin qəddarlığa görə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu yayımlayıblar.
R.Muro bildirib ki, BMT Təhlükəsizlik Şurası işğalçı qoşunların Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etsə də Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın tələblərinə məhəl qoymamaqdadır.
Rasizm və dözümsüzlük əleyhinə Avropa komissiyasının üzvü, İtaliyanın sabiq baş prokuroru, professor Vitaliano Esposito 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlərin bütün bəşəriyyət üçün böyük faciə olduğunu deyib. Qeyd edib ki, Xocalıda yüzlərlə insanın hüquqları vəhşicəsinə pozulub. Bu cür faciəli hadisələrə son qoymaq üçün beynəlxalq birlik əsaslı həll yolu tapmalıdır. Humanitar hüquq insanlara qarşı törədilən istənilən qəddarlığı rədd edir.
Qeyd edilib ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Roma Apellyasiya Məhkəməsinin prokuroru Antonio Marini konfransın Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı İtaliya ictimaiyyətinin məlumatlandırılması baxımından önəmli bir tədbir olduğunu vurğulayıb. Qeyd edib ki, erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı qətliamı bəşəriyyətə və insanlığa qarşı görünməmiş cinayətdir.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kasaqrande, Tor Verqata Universitetinin beynəlxalq hüquq üzrə professoru Fiammetta Borgia, Udin Universitetinin müasir tarix üzrə professoru, “İRENE” sülh tədqiqat mərkəzinin direktoru, professor Fulvio Salimbeni, “İl Sole 24 Ore” qəzetinin əməkdaşı Roberto Bongiorni, senator Marko Perduka, La Sapienza Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Şərqi Avropa tarixi üzrə tədqiqatçı Antonello Biagini, həmin universitetin professoru Daniel Pommier çıxış edərək Xocalı soyqırımı ilə bağlı keçirilən bu cür tədbirlərin beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Natiqlər Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində görülən işlərin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində Hamburqda fəaliyyət göstərən Bundesver Akademiyasının tədqiqatçısı, professor Yohannes Raunun müəllifi olduğu “Azərbaycan tarixində Dağlıq Qarabağ münaqişəsi” kitabının təqdimatı da keçirilib. Y.Rau diqqətə çatdırıb ki, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri və nəticələri barədə faktlara əsaslanan dolğun məlumatlar yer alıb. Nəşr Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünü, etnik təmizləmə siyasətini və münaqişə ilə bağlı həqiqətləri əks etdirir.
Konfransda İtaliyanın akademik, təhsil və işgüzar dairələrinin təmsilçiləri, Romada akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin nümayəndələri, bu ölkənin müxtəlif tədqiqat mərkəzlərinin üzvləri, tarixçilər, araşdırmaçılar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

