Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir
12.02.2014 [09:35]
Prezident İlham Əliyev: Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir
Xəbər verdiyimiz kimi, fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən Prezident İlham Əliyev bu istiqamətdə görülmüş işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən, eyni zamanda, məmurların məsuliyyəti məsələsindən və fəaliyyət prinsiplərindən bəhs edib.
Əlbəttə, bu gün məmurların xidmət və fəaliyyəti məsələsi həm dövlət idarəçiliyi, həm də vətəndaş-məmur münasibətləri baxımından mühüm əhəmiyyət daşıyır. Burada başlıca məqam məmurların hansı prinsip və dəyərlər əsasında fəaliyyət göstərməsidir. Şübhəsiz, vəzifə borcu vətəndaşa xidmət etmək olan hər bir məmur öz səlahiyyətlərindən və müvafiq resurslardan qanuna müvafiq surətdə yararlanmalı, istinad etdiyi hər bir prosedurda qanunla müəyyən olunmuş qaydada Azərbaycan vətəndaşının mənafeyini əsas götürməlidir. Dövlət qulluqçularının peşə səlahiyyətləri və borcu, eyni zamanda, davranış etikası təsbit edilib və məmurların bütün bu normalara riayət etməsi mütləq zərurətdir. Konfransdakı çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir: “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.
O da qeyd edilməlidir ki, bütün dövlət qurumları və vəzifəli şəxslər Azərbaycan vətəndaşına hər yerdə vəzifə səlahiyyətləri çərçivəsində xüsusi qayğı göstərməlidirlər. Vətəndaşların müraciətinə prosedurlara müvafiq surətdə baxılması, bu istiqamətdə lazımi tədbirlərin görülməsi, eyni zamanda, bürokratik əngəllərin aradan qaldırılması dövlət məmurlarının qarşısında duran başlıca vəzifə və öhdəliklər qismində çıxış edir. Bütün bu prinsiplər dövlət tərəfindən müəyyənləşdirilib və zəruri normalardır.
Bütün bunlarla yanaşı, bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir. Sirr deyil ki, bu gün Azərbaycan sürətli iqtisadi inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik avanqard ölkə kimi səciyyələndirilir. Amma bununla yanaşı, ölkəmizdə ictimai asayişə, sosial-iqtisadi münasibətlər sisteminə və cəmiyyətin funksionallığına zidd olan bəzi neqativ proseslərə də rast gəlinir. Bütün bunların nəticəsində ölkədaxili bəzi subyektlər və qurumların öz vəzifə, status və resurslarından sui-istifadə etmələri fonunda yaranan rüşvət və korrupsiya halları bu sırada xüsusi vurğulanmalıdır. Qeyd etmək lazımdır ki, rüşvət və korrupsiya halları, demək olar ki, bütün cəmiyyətlərdə mövcuddur. Sadəcə burada əsas olan sözügedən hallarla necə və hansı ciddilikdə mübarizə aparılmasıdır. Eyni zamanda, bəhs olunan hallara qarşı aparılan mübarizənin effektivlik səviyyəsi və onun real nəticələri də sözügedən prosesdə xüsusi önəm kəsb edən amillərdir. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, ölkəmizdə bu cür neqativ hallara qarşı çox ciddi mübarizə aparılmaqdadır. Konfransdakı çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir: “Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə, qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcəkdir. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar”.
Dövlətimizin başçısı əlavə edib ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir: “Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar”.
Göründüyü kimi, məmurların səmərəli fəaliyyəti həm də rüşvət və korrupsiya hallarının aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu gün Azərbaycanın inkişafına mane ola biləcək real tənəzzül mənbəyi qismində çıxış edən rüşvət və korrupsiya hallarının qarşısının alınması istiqamətində həm aidiyyəti strukturlar, icra orqanları, həm də ayrı-ayrılıqda məmurlar öz üzərlərinə düşən bütün vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər.
İstisna deyil ki, bəzi məmurlar vətəndaşların problemlərinin həlli ilə bağlı müraciətlərə etinasız yanaşırlar. Məhz dövlət başçısının vurğuladığı məsələ belə halların aradan qaldırılmasını özündə ehtiva edir. Bu gün dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada addımlayan Azərbaycanda dövlət məmurunun davranış qaydalarına mükəmməl şəkildə riayət etməsi olduqca vacib bir şərtdir. Şübhəsiz, bu gün müəyyən dövlət orqanlarında, yerli strukturlarda, icra hakimiyyətlərində çalışan bəzi məmurların vətəndaşların problemlərinin həlli ilə bağlı müəyyən süni maneələr yaratması öz-özlüyündə korrupsiya yaradan hala çevrilir. Belə halların aradan qaldırılması yönündə ölkə Prezidentinin rəhbərliyi altında aparılan siyasət artıq öz nəticəsini verir və görülən müvafiq tədbirlər bunu deməyə əsas yaradır. Prezident İlham Əliyevin Azərbaycan məmurunun məsuliyyəti məsələsinə və iş prinsipinə dair konkret mövqeyi ortadadır. Dövlətimizin başçısının vurğuladığı kimi, dövlət məmuru xalqın xidmətçisidir: “Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

