Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Cəmil Həsənlinin arxasında özündən başqa heç kim yoxdur

Siyavuş Novruzov: Cəmil Həsənlinin arxasında özündən başqa heç kim yoxdur

11.02.2014 [09:06]

“Cəmil Həsənli ona-buna söz deməklə gündəmdə qalmaq istəyir”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Publika.Az”-a açıqlamasında onun Əli İnsanovla bağlı fikirlərinə Cəmil Həsənlinin reaksiya verməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Cəmil Həsənli, Əli İnsanov kimi insanlar cəmiyyət üçün heç bir əhəmiyyət kəsb etmirlər: “Bu şəxslər cəmiyyətin diqqətində deyillər. Cəmil Həsənli ona-buna söz deməklə gündəmdə qalmaq istəyir. Cəmil Həsənli artıq qurtarıb, bitib. Əvvəlcədən demişdim ki, belə də olacaq. İndi o, gündəmdə qalmaq üçün hər bir məsələyə reaksiya vermək istəyir. Çalışır gündəmdən düşməsin. Amma heç bir əhəmiyyət kəsb etmir, çünki onun ətraflında sosial baza, elektorat yoxdur”.
S.Novruzov qeyd edib ki, Cəmil Həsənlinin arxasında özündən başqa heç kim yoxdur. YAP funksioneri belə adamlara vaxt sərf etmək istəmədiklərini açıqlayıb: “Belə adamlarla bizim vaxtımızı almayın, biz vacib işlərlə məşğuluq”.

Paylaş:
Baxılıb: 1135 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31