“Müsavat” “Milli şura”dan pul bölgüsünə görə ayrıldı”
08.01.2014 [08:53]
“Ayrı-ayrı dairələrdən ayrılan pulları AXCP, Cəmil Həsənli və “Milli şura”nın ayrı-ayrı üzvləri mənimsədi, “Müsavat”ı isə aldatdılar”
“Milli şura”nın taleyi bundan da betər olacaq, oradakıları daha betər günlər gözləyir. Onlar namizədləri olmuş Cəmil Həsənlini bir xoruza yük elədilər”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
O qeyd edib ki, AXCP və “Müsavat” arasında heç vaxt müttəfiqlik olmayıb, indiyə qədər süni şəkildə birlik nümayiş etdiriblər: “Ona görə də “Milli şura”da birləşmə görüntüsü yaratmalarından 3 ay keçməsinə baxmayaraq, bir-birlərini ittiham etməyə başlayıblar. Onlar o vaxt da hakimiyyətə belə gəlib, sonra da parçalanma yaradıb, xalqı ağır vəziyyətə saldılar. Axırda Heydər Əliyev gəlib xalqı xilas etdi”.
S.Novruzov AXCP və “Müsavat”ın bir-birini hakimiyyətlə ittifaqda ittiham etmələrindən də danışıb: “Bunlar axırda deyəcəklər ki, “Milli şura”nı elə iqtidar özü yaradıb. Bunlar özlərində heç bir günah görməyərək, axırda bu ittihamın üstündə dayanacaqlar. Öz gözlərində tiri görməyib, başqa gözdə tük axtarırlar, halbuki hər birinin gözündə olduqca böyük tirlər var. Onlar ayrı-ayrı dövlətlərə, nəyə desəniz işləyirlər, təki öz maraqları həyata keçsin”.
Millət vəkili onu da bildirib ki, “Milli şura”da “Müsavat”a pul çatmadığı üçün oradan ayrılıb: “Müsavat” oradan başqa məsələlərə görə yox, pul bölgüsünə görə ayrıldı. Ayrı-ayrı dairələrdən ayrılan pulları AXCP, Cəmil Həsənli və “Milli şura”nın ayrı-ayrı üzvləri mənimsədi, “Müsavat”ı isə aldatdılar”.
S.Novruzov onu da deyib ki, “Milli şura”da təmsil olunanlar parlament seçkilərinə qədər bu vəziyyətdə olacaqlar: “Parlament seçkiləri zamanı isə guya yenidən birləşəcəklər, yenidən vahid qurum yaratmaq haqqında məsələlər ortaya atacaqlar”.
Xəbər lenti
Hamısına baxGündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52

