Parlamentin qəbul etdiyi qanun yaşıllığın mühafizəsinə ciddi dəstək verəcək
30.12.2013 [09:16]
Eldar İbrahimov: “Yaşıllıqların mühafizəsi haqqında” qanun ətraf mühitin, ekologiyanın təmizliyinə yeni imkanlar yaradacaq
Məlum olduğu kimi, Milli Məclisin payız sessiyasının son iclasında yeni bir qanun layihəsi - “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi qəbul olunub.
Qanun layihəsi haqqında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. Qanunun əhəmiyyətinə toxunan E.İbrahimov bizimlə söhbətində bildirib ki, son illər ictimai həyatın bütün sahələrində olduğu kimi, ekologiya və ətraf mühitin qorunması, bərpası və mühafizəsi sahəsində də çoxşaxəli tədbirlər həyata keçirilir. Xüsusilə, ölkənin maddi və iqtisadi resurslarının artması illərdən bəri yığılıb qalmış ekoloji problemlərin aradan qaldırılması və böyük ekoloji layihələrin, proqramların həyata keçirilməsi üçün zəmin yaradıb. Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikası ekologiya və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində 20 Beynəlxalq Konvensiyaya qoşulub, Azərbaycan Prezidentinin sərəncamları ilə ölkədə çoxsaylı Milli və Dövlət Proqramları, beynəlxalq və ölkədaxili ekoloji layihələr həyata keçirilir: “Yalnız son 5 ildə ekologiya və ətraf mühitin mühafizəsinə 268 milyon manat investisiya qoyulub, qeyri-meşə fonduna aid 3300 hektar sahədə yaşıllaşdırma işləri aparılıb, 3 milyon 400 min ağac əkilib. Onu da bilirsiniz ki, yaşıllıqların əhəmiyyətli hissəsini təşkil edən meşələrin qorunması, bərpası və bu sahədə yaranan digər münasibətlər Azərbaycan Respublikasının Meşə Məcəlləsi və bu məcəlləyə uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Lakin elə yaşıllıqlar da mövcuddur ki, meşə fonduna daxil deyil və bu sahəyə münasibət onlara tətbiq edilmir. Amma bu yaşıllıqların cəmiyyətin həyatında əhəmiyyəti heç də meşələrdən az deyil. Bu yaşıllıqlara əsasən şəhərlərdə, qəsəbələrdə və digər yaşayış məntəqələrində küçələrdə, parklarda, bağlarda olan ağac-kol bitkiləri, dəmir və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar aid edilir”.
E.İbrahimovun fikrincə, bu məsələ daim ictimaiyyəti narahat edən, əhali arasında, mətbuatda, kütləvi informasiya vasitələrində həmişə müzakirə edilən, şəhər sakinlərinin sağlamlığı ilə bağlı bir məsələdir. Çünki bu yaşıllıqlarla insanlar hər gün təmasda olurlar, qocaların, uşaqların, körpəli anaların, ümumiyyətlə, şəhər sakinlərinin və gələn qonaqların dincəldiyi, boş vaxtlarını keçirdiyi bir istirahət yeridir. Ona görə də, bu sahədə qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması üçün Milli Məclisin Aqrar siyasət komitəsinin deputatlarının qanunvericilik təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb komitəyə təqdim edilmiş “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi Azərbaycan Respublikasında vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) mühafizəsi, bərpası və artırılması ilə əlaqədar yaranan münasibətləri tənzimləmək məqsədini daşıyır.
E.İbrahimov bu qanunun aşağıdakı yaşıllıqlara şamil edildiyini diqqətə çatdırıb: şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və kollar, o cümlədən, parklarda, şəhər bağlarında, bulvarlarda olan yaşıllıqlar; şəhərlərdən və digər yaşayış məntəqələrindən kənarda yerləşən istirahət və işgüzar zonalardakı yaşıllıqlar; xüsusi funksiyaları yerinə yetirən yaşıllıqlar - dəmir və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran, habelə torpaqqoruyucu və tarlaqoruyucu zolaqlardakı qoruyucu ağaclar. Komitə sədri deyib ki, qanun layihəsi müvafiq qaydada baxılmaq və rəylər alınmaq üçün 9 nazirlik və komitələrə, o cümlədən, Ədliyyə, Maliyyə, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinə, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Torpaq və Xəritəçəkmə komitələrinə, 10 iri şəhər və rayon İcra Hakimiyyəti başçılarına, habelə bu sahə ilə bağlı olan bir çox Səhmdar Cəmiyyətlərə, Birliklərə, Elmi-tədqiqat və təhsil müəssisələrinə və təşkilatlarına göndərilib. Alınmış rəylər parlamentin Aqrar siyasət komitəsinin üzvləri və işçi qrupu tərəfindən diqqətlə öyrənilib. Qeyd edək ki, sözügedən qanun layihəsi 5 fəsil və 25 maddədən ibarətdir. I fəsil ümumi müddəalara həsr olunub ki, burada əsas anlayışlar, yaşıllıqların mühafizəsi haqqında qanunvericilik, qanunun tətbiq dairəsi və yaşıllıqların mühafizəsinin əsas prinsipləri verilib.
II fəsil yaşıllıqların idarə olunmasından bəhs edir. Burada yaşıllıqların idarə olunmasında dövlətin, bələdiyyələrin, həmçinin, fiziki və hüquqi şəxslərin vəzifələri, yaşıllıqların mühafizəsi tədbirləri, yaşıllıqların qeydiyyatı, götürülməsi, bərpa dəyəri və bərpa edilməsi, yaşıllıqların xəstəliklərdən və zərərvericilərdən qorunması və inkişafı üçün tədbirlərin planlaşdırılması məsələləri verilib. Bu fəsildə yaşıllıqların salınması, bərpası və mühafizəsi ilə bağlı qanunvericilikdə həllini gözləyən çox ciddi və problemli məsələlər tənzimlənir, mövcud boşluqların aradan qaldırılması üçün 15-ə yaxın yeni normativ sənədlərin qəbul edilməsi və xeyli sayda yeni normaların müəyyən edilməsi nəzərdə tutulur.
Qanun layihəsində ən vacib məqamlardan biri də 10-cu maddədə verilən yaşıllıqların qeydiyyatı ilə bağlı məsələdir. Yaşıllıqların qeydiyyatının aparılması ölkədə mövcud olan ağac-kol bitkilərinin adambaşına olan nisbəti, yaşıllıqların qanunsuz kəsilməsi və qırılması, həmin ağac-kol bitkilərinin vəziyyəti haqqında etibarlı və operativ məlumatlar əldə etməyə imkan verəcək bazanın yaradılmasına şərait yaradacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50

