Əflatun Amaşov: “Jurnalistlərin dostu” mükafatı hər zaman olmalıdır
27.11.2013 [09:33]
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi:
- Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edildi. Bununla bağlı mərasim, eyni zamanda, jurnalistlərin dövlət başçısı ilə görüşü kimi yadda qaldı. Vaxtilə mükafatın təsis edilməsində “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri kimi yaxından iştirakınız olub. Bu barədə danışmağınızı istərdik. Sizcə, “Jurnalistlərin dostu” mükafatı nəyə görə var və olmalıdır?
- Mükafatın təqdimatının, eyni zamanda, dövlət başçısı ilə görüş xarakteri daşıdığını vurğuladınız. Zənnimcə, çox doğru məqama toxundunuz. Əslində bu, “Jurnalistlərin dostu”nun məqsədindən irəli gələn mühüm amildir. Söhbət jurnalistlərin mühüm missiya daşıyan şəxslərlə təmasından gedir. Bu şəxs ölkə Prezidentidirsə, deməli, mükafatın qarşısına qoyduğu vəzifələrin ən yüksək səviyyədə həlli üçün təminat var. Çünki “RUH” Jurnalistləri Müdafiə Komitəsi 1997-ci ildə “Jurnalistlərin dostu” mükafatını cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaq məqsədilə təsis etmişdi.
Düşünürəm ki, mükafatın təsisi zərurətini əsaslandırmaq üçün o dövrə nəzər salmaq zəruridir. 1997-ci ildə obyektiv amillər səbəbindən cəmiyyətdə gərginlik hökm sürürdü. Dövlət suverenliyini yenicə əldə etmiş ölkə üçün saysız-hesabsız problemlər haradasa təbii sayıla bilərdi. Qütblər arasındakı gərginliyin jurnalistlərə də xeyli dərəcədə sirayət etməsi də təbii idi. Ancaq vəziyyət belə davam edə bilməzdi. Ziddiyyətlər nə cəmiyyətə, nə də onun tərkib hissəsi sayılan jurnalistikanın özünə xeyirliydi. Toplumda sanki barış mesajına ehtiyac duyulurdu. Hesab edirəm ki, “Jurnalistlərin dostu” mükafatının təsisi bu mənada əhəmiyyətli rol oynaya bildi.
Əlbəttə, media dinamik inkişaf edən struktura malikdir. Onun istər hədəfləri, istərsə də baxış bucağı günün tələbinə uyğun şəkildə dəyişir. Bəzən tələblərini qarşılamaq müəyyən mənada çətinlik də yaradır. Düşünürəm ki, onun funksiyasının düzgün dərk edilməsi təkcə jurnalist əməyinin, onun özünüifadə vasitələrindən yararlanma bacarığının nəticəsi deyil. Prosesə dəstək verən simalar var ki, media əslində onları örnək kimi cəmiyyətə təqdim etməlidir. Bu, həm onun öz dəyərlərinin nümayişi və təbliği, həm də həmin şəxslərin əməyinin qiymətləndirilməsi nöqteyi-nəzərindən önəmlidir. Nəticədə udan tərəf yenə də media və cəmiyyətdir. Çünki prinsip etibarilə nüfuzlu jurnalistikanın mövcudluğu cəmiyyətdəki problemlərin həllində önəmli rol oynayır. Buna görə də hesab edirəm ki, “Jurnalistlərin dostu” mükafatı hər zaman olmalıdır.
- Təqdimat mərasimindəki çıxışınızda “Jurnalistlərin dostu” mükafatı ilə bağlı keçirilmiş sorğudan söz açdınız. Ümumən, seçim proseduru barədə ətraflı məlumat vermənizi istərdik.
- “Jurnalistlərin dostu” mükafatının konkret Əsasnaməsi var. Sənəddə bu barədə kifayət qədər geniş söhbət açılır. Yuxarıda mükafatın məqsədi barədə məlumat verdim. Əlavə edim ki, Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər jurnalistlərin dostu adını qazana bilərlər. Mükafatın laureatı bunun üçün keçirilmiş sorğunun nəticələrinə əsasən sorğu anketlərində adı ən çox qeyd edilən şəxs olur. Sorğu ölkənin tanınan, ictimai fikrə təsir göstərən qəzet, jurnal və informasiya agentlikləri, jurnalist təşkilatları, internet xəbər resursları, televiziya və radioların təmsilçiləri arasında aparılır.
Sorğunun həyata keçirilməsi üçün 3 nəfərdən ibarət işçi qrupu yaradılır. Qrup sorğu anketlərinin tərtibatını, respondentlərə paylanmasını, anketlərə cavabların əldə olunmasını, hesablanmasını həyata keçirir və yekun nəticələr barədə Komitəni məlumatlandırır.
Sorğu müddətində gündəlik qəzetlər, informasiya agentlikləri, televiziyalar, həftəlik qəzetlər, jurnallar, jurnalist təşkilatları, radiolar və internet xəbər resursları anket vərəqələri ilə təmin olunurlar. Sorğu anketlərində respondentlərə yalnız bir sual - “İlin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” ünvanlanır. Respondentlər sorğu anketinə uyğun olaraq 3 namizədin adını göstərə, seçimlərini şərtləndirən amilləri qeyd edə bilərlər.
2013-cü ildə keçirilmiş sorğuda dövlət başçısı ilə yanaşı, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirerin adı daha çox qeyd edilmişdi.
- Bildiyimiz kimi, sorğu iştirakçılarının 89 faizinin seçimi Prezident İlham Əliyev olub. Bu seçim yəqin ki, media ilə bağlı dövlət siyasətinin alternativsizliyi kimi də qəbul edilə bilər.
- Əlbəttə, müəyyən mənada elədir. Görülən konkret işlər göz qabağındadır, onlara yenidən qayıtmaq istəməzdim. Amma gəlin, prosesə kompleks yanaşaq. Cənab Prezident də bildirdi ki, dövlətin məqsədi azad və müstəqil medianı gücləndirməkdir. Bu məqsədin reallaşmasını zəruri edən səbəblərdən də kifayət qədər söz açdı. Bir daha bəyan etdi ki, azad və müstəqil medianın rəhbər tutduğu prinsiplər cəmiyyətin inkişafı üçün vacibdir. Cəmiyyətin inkişafı və tərəqqisi dövlətin funksiya və vəzifələrinin işləkliliyi anlamına gəlir. Deməli, dövlət-media-cəmiyyət oxu müstəvisində səmərəli əməkdaşlıq labüddür və dövlət imkanlarını bu əməkdaşlığın davamlılığı üçün səfərbər edir. Prezident isə mövcud prosesdə qarant rolunu oynayır. Hesab edirəm ki, onun bu rolu media ictimaiyyəti tərəfindən kifayət qədər anlaşılır, qəbul edilir və dəstəklənir. Jurnalistlərin seçiminə təsir edən başlıca məqam da elə budur.
Məsələnin başqa bir tərəfinə də diqqət yetirək. Cəmiyyət 9 oktyabr prezident seçkisində öz qərarını verdi - cənab İlham Əliyevi növbəti beş il müddətinə Prezident kimi görmək istəyini ifadə etdi. Media isə cəmiyyətin güzgüsüdür. Təqdimat mərasimindəki çıxışımda da qeyd etdim ki, jurnalistlər cəmiyyətin düşünən beynidir. Onlar hadisə və proseslərə özlərinə xas yanaşmaları ilə seçilirlər. Bu mənada Azərbaycan jurnalistləri cənab İlham Əliyevin şəxsində təkcə dövlətin onlara göstərdiyi qayğını deyil, eyni zamanda, onun yeritdiyi daxili və xarici siyasət kursunun önəmini də nəzərə aldılar. Onların Prezidenti özlərinə ikinci dəfə dost seçmələri, eyni zamanda, dövlət başçısının yüksək səriştəli dövlət adamı olmasından, prinsipial dəst-xəttindən, Azərbaycanın dövlət müstəqilliyini qətiyyətlə qorumağından, Vətənimizi beynəlxalq aləmdə layiqincə təmsil etməyindən, son 10 ildə ölkəmizi dinamik iqtisadi inkişaf müstəvisinə çıxarmağından, bir sözlə, Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini tutmasından qaynaqlanır. Hesab edirəm ki, bu kursun davamlılığı jurnalistikamız və cəmiyyətimiz qarşısında daha böyük yollar açacaq.
Xəbər lenti
Hamısına baxSosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15

