İqtisadi Şuranın iclasında...
28.02.2026 [11:17]
Sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunub
Nazirlər Kabinetində İqtisadi Şuranın Sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın keçirilən iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Məhkəmə və hüquq” sahəsinə və “Dövlət satınalma prosedurları” sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İşçi Qrupun rəhbəri Natiq Əmirovun və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovun məruzələri dinlənilib.
İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.
Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Sahibkarların inzibati yükünün minimuma endirilməsi
Qeyd edək ki, “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu” 2025-ci ilin aprel ayında yaradılıb. İşçi qrupunun yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkilindən ibarətdir.
İşçi qrupun qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoyulub. Qurumun üzvlərinə biznes mühitinin yaxşılaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, ölkənin iqtisadi inkişafında özəl sektorun payı və rolunun artırılması, sahibkarlıq subyektlərinin inzibati yükünün minimuma endirilməsi və onların biznes imkanlarının genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı müvafiq layihə və təkliflər hazırlamaq, onların icrasını təmin etmək tapşırılıb.
Həmçinin dövlət satınalmalarının sadələşdirilməsi və özəl sektorun dövlət satınalmalarında iştirakının asanlaşdırılması və artırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, məhkəmə sistemində, habelə sahibkarlıq sahəsində məhkəmə baxışları ilə bağlı fəaliyyətin çevikliyinin artırılması, sahibkarlıq subyektlərinin fəaliyyətini tənzimləyən institutların requlyativ çərçivəsinin sadələşdirilməsi (prosedur, müddət və xərclər), bütün dövlət resurslarına və xidmətlərinə sahibkarların bərabərhüquqlu çıxışı sahəsində çətinliklərin aradan qaldırılması da İşçi qrupunun əsas fəaliyyət istiqamətlərinə aiddir. Bundan başqa, lisenziya və icazələrin sayının və şərtlərinin optimallaşdırılması, dövlət xidmətləri üzrə zəruri elektronlaşma və rəqəmsallaşmaya nail olunması, dövlət xidmətlərinin göstərilməsində təkrarlığın aradan qaldırılması və oxşar xidmətlərin birləşdirilməsi və xidmətlər üzrə şəffaflığın və əlçatanlığın tam təmin olunması müvafiq iş istiqamətlərini təşkil edir.
Vətəndaşların və sahibkarların məmnunluğunun artırılması
“Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu”nun digər məqsəd prinsiplərinə dövlət qurumlarında daxili strukturlar tərəfindən icra olunan bir sıra layihələrin (təmir, tikinti, İT xidmətləri, məsləhət xidmətləri, iaşə xidmətləri və s.) özəl sektora ötürülməsi, ödənişli dövlət xidmətlərinin təşkili və göstərilməsində özəl sektorun rolunun artırılması, özəl sektora ötürülməsi mümkün olan xidmətlərin özəl sektora ötürülməsi ilə dövlət xidmətlərinin sayının azaldılması, vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, müxtəlif sektorlar üzrə inzibati prosedurların tətbiqi funksionallığının və səmərəliliyinin yüksəldilməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkili məsələləri də daxildir.
Dövlət başçısı tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq ölkədə iqtisadi aktivliyin artırılması və insanların iş yerləri ilə təmin edilməsi iqtisadi siyasətin əsas prioritetidir və biznesə ən yüksək səviyyədə dəstək verilir. Biznes icmasının və sahibkarlıq assosiasiyasının üzvləri arasında aparılan sorğular göstərir ki, sahibkarlara yaradılan maneələr məqsədli dövlət proqramlarının icrasını gecikdirir. Ona görə də bu halların aradan qaldırılması üçün davamlı addımlar atılmalı, elektron xidmətlərin tətbiqi genişlənməli, rəqəmsal arxitekturaya keçid üçün daha əhatəli tədbirlər görülməlidir. Bu tədbirlərin reallaşması və daha əhatəli olması sahibkarlar üçün əlavə motivasiya verir, onların ölkəmizin sosial-iqtisadi inkişafında töhfələrini artırır.
Yuxarıda qeyd edilən bütün istiqamətlər üzrə son bir ildə İşçi qrupu tərəfindən bir çox təklif və təşəbbüslər hazırlanaraq müvafiq qurumlara təqdim edilib və bu istiqamətdə zəruri addımlar atılıb, ancaq bəzi strukturlarda biznesin fəaliyyətinə çətinlik yaradan texniki-hüquqi mexanizmlər həll olunmamış qalır. Bu baxımdan İşçi qrupu səviyyəsində atılan addımlar dövlət və özəl sektorun birgə fəaliyyətində yeni imkanlar yaratmaqla, qarşıya çıxan maneə və çətinliklərin həllinə səbəb olacaq.
Beləliklə, İqtisadi Şuranın iclasında müzakirə olunan istiqamətlər üzrə növbəti addımların atılması sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılmasına, biznes mühitinin yaxşılaşdırılmasına, ümumilikdə biznes sektorunda davamlı islahatların genişlənməsinə mühüm təkan verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Oktyabr 13:56
Dünya
12 Oktyabr 13:34
YAP xəbərləri
12 Oktyabr 13:30
Hadisə
12 Oktyabr 13:10
Dünya
12 Oktyabr 12:43
Dünya
12 Oktyabr 12:19
Gündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39

