Azərbaycan Diplomatik Akademiyasında III Beynəlxalq Tələbə Festivalı keçirilib
16.11.2013 [09:56]
Noyabrın 15-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) III Beynəlxalq Tələbə Festivalı keçirilib. Festivalda Azərbaycanda akkreditə olunmuş səfirliklərin təmsilçiləri, beynəlxalq təşkilatların əməkdaşları və müxtəlif universitetlərdə, o cümlədən ADA-da təhsil alan tələbələr daxil olmaqla 350-dən artıq nümayəndə iştirak edib.
AzərTAc xəbər verir ki, festivalda çıxış edən ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev deyib ki, tədbirin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olmaqdır. Rektor bildirib ki, festival dünya ictimaiyyətinin diqqətinin zəngin mədəniyyəti olan Azərbaycana yönəldilməsində də mühüm rol oynayır. Həmçinin xalqlar və mədəniyyətlər arasında əlaqələrin qurulması və inkişafı bu tədbirdə öz təcəssümünü tapır.
Hafiz Paşayev vurğulayıb ki, bu tədbirin keçirilməsi həm də Azərbaycanda mədəniyyətlərarası harmoniyanın və tolerantlığın mövcudluğunun bariz nümunəsidir.
Festivalda Azərbaycan ilə yanaşı, Argentina, Bolqarıstan, Çin, Almaniya, Yunanıstan, Əfqanıstan, İraq, İsrail, İordaniya, Koreya Respublikası, Latviya, Norveç, Pakistan, Fələstin, Qətər, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, İsveçrə, Tacikistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və Özbəkistanın tarixi, mədəniyyəti, milli mətbəxi ilə bağlı nümunələr iştirakçıların marağına səbəb olub.
Tədbirdə ADA tələbələrinin Ümumdünya Diabetlə Mübarizə Günü ilə bağlı tədbirlərə töhfələri çərçivəsində müxtəlif oyunlar təşkil olunaraq ianələr toplanıb.
Festival konsert proqramı ilə davam edib.
Konsertdə müxtəlif ölkələrin milli rəqsləri, musiqiləri ifa olunub, maraqlı səhnəciklər nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23

