/ / ƏƏSM-də uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesində UNİCEF-lə əməkdaşlıq müzakirə olunub
ƏƏSM-də uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesində UNİCEF-lə əməkdaşlıq müzakirə olunub
14.11.2013 [09:41]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Baş ofisinin Proqramlar Departamentinin müdir müavini Kristian Salazar Volkman və UNİCEF-in Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Mark Herevardla görüş keçirilib. Görüşdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesində UNİCEF-lə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulayıb. UNİCEF-lə səmərəli əməkdaşlıq şəraitində icra olunan proqramlardan söz açan nazir müavini bildirib ki, hazırda bu təşkilatın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq yeni inkişaf mərhələsindədir.
Bu mərhələ ölkənin uşaq qayğı sisteminin mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü islahatların aparılması ilə xarakterikdir. Bununla bağlı olaraq, UNİCEF-lə birgə imzalanmış 2012-2013-cü illər üçün İş Planında qurumun bu islahatlara, habelə de-institusionalizasiya və alternativ qayğı istiqamətində tədbirlərin gücləndirilməsinə davamlı olaraq texniki və institusional dəstək verməsi öz əksini tapıb.
Kristian Salazar Volkman Azərbaycanda uşaq hüquqları sisteminin təkmilləşdirilməsi və tətbiqi sahəsində həyata keçirilən siyasətin təqdirəlayiq olduğunu bildirib. Azərbaycan Prezidentinin 9 yanvar 2013-cü il tarixli “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından söz açılaraq, bu sənədin ölkəmizdə uşaqların müdafiəsinə dövlət başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilməsinin bariz nümunəsi olduğu qeyd olunub. Həmçinin, Sərəncamın icrası olaraq, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara dövlət sifarişləri əsasında sosial xidmətlər göstərilməsi sahəsində ixtisaslaşmış qeyri-hökumət qurumları ilə daim güclənən əməkdaşlıq, habelə paralimpiya hərəkatının getdikcə genişlənməsi fonunda Uşaq Paralimpiya Komitəsinin yaradılması yüksək dəyərləndirilib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığın mövcud vəziyyəti, birgə icra olunan proqramlar nəzərdən keçirilib, respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində prioritet layihələrdə UNİCEF-lə əməkdaşlığın gücləndirilməsi, gələn ilin may ayında Azərbaycanda uşaq hüquqlarına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və s. məsələlər müzakirə olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

