Avropa Parlamentində Azərbaycandakı mövcud tolerantlıq mühiti yüksək qiymətləndirilib
14.11.2013 [09:31]
Noyabrın 13-də Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında “Sərhədsiz İnsan Hüquqları” beynəlxalq təşkilatı tərəfindən hazırlanmış “Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru” adlı hesabat təqdim edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, Avropa Parlamentinin vitse-prezidenti Surjan Laszlonun tədbir iştirakçılarına müraciətində hesabatın Azərbaycandakı dini tolerantlıq mühiti barədə dərin təəssürat yaratdığı qeyd edilib. S.Laszlo dini azlıqlarla müsəlman çoxluğun dinc yanaşı yaşaması və əməkdaşlığı istiqamətində böyük uğurlara nail olmuş Azərbaycanı təbrik edib.
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvü Corc Şöpflin Azərbaycanda dini azlıqların qarşılıqlı hörmət əsasında dinc yanaşı yaşadığını və bunun yüksək dəyər olduğunu vurğulayıb.
Sonra “Sərhədsiz İnsan Hüquqları” təşkilatının sədri Villi Futre rəhbərlik etdiyi qurumun hazırladığı hesabatı təqdim edib. O bildirib ki, hesabat son altı ay ərzində təşkilatın üzvlərinin Azərbaycana səfərləri zamanı apardıqları sahə tədqiqatları əsasında hazırlanıb. Hesabatda deyilir ki, ki, Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir.
Hesabatın nəticələrinə əsasən Avropa İttifaqına Azərbaycan ilə strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini münaqişələrdən əziyyət çəkən dövlətlər, həmçinin digər müsəlman ölkələr ilə paylaşmasına yardım etmək tövsiyə edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tədqiqatın Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərini əks etdirən və Avropa təşkilatları tərəfindən hazırlanmış ilk sənəd olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, bu hesabatın “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti ərəfəsində və məhz Avropa Parlamentinin mənzil-qərargahında təqdim edilməsi əlamətdardır. Bu sənəd ölkəmiz barədə Avropa Parlamentində səslənib və reallığa söykənməyən bəzi qərəzli hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir.
Komitə sədri Azərbaycandakı nadir dini tolerantlıq modelinin Avropada da islamofobiya ilə mübarizə və multikulturalizmin inkişafı üçün nümunə ola biləcəyinə əminliyini ifadə edib.
Azərbaycanda fəaliyyət göstərən pravoslav, yəhudi, protestant və Alban-Udi dini icmalarının nümayəndələri ölkəmizdəki dini tolerantlıq mühiti barədə tədbir iştirakçılarına məlumat veriblər.
Sonda məruzəçilər tədbir iştirakçılarının və media nümayəndələrinin suallarını cavablandırıblar.
Həmin gün Avropa Parlamentində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan - tolerantlıq məkanı” adlı sərgi açılıb.
Avropa Xalq Partiyasının deputatı İnes Vaiderenin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilmiş sərgidə məşhur fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri nümayiş etdirilir.
Açılış mərasimində İnes Vaidere bu sərginin Azərbaycandakı tolerantlıq mühitinin Avropada təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın tolerantlıq modeli ilə yaxından tanışlıq bu modelin dünyanın digər ölkələrində tətbiqinin mümkünlüyünün qiymətləndirilməsi baxımından mühümdür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan xalqının milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələri çoxəsrlik tariximizdən qaynaqlanır və bu ənənələr Azərbaycan dövləti tərəfindən qorunur və təşviq edilir.
Prezident İlham Əliyevin “multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir” sözlərini xatırladan komitə sədri qeyd edib ki, bu sərgidə nümayiş etdirilən tolerantlıq nümunələri bir tərəfdən bizim Avropa ilə ortaq dəyərlərimizin rəmzidirsə, digər tərəfdən Avropanın da Azərbaycanın verəcəyi töhfələrə ehtiyac duyduğunun göstəricisidir.
Azərbaycanın Belçikadakı səfiri Fuad İskəndərov ölkəmizin tolerantlıq modelinin bir çox dövlətlər üçün örnək ola biləcəyini və onun dünyada təbliğ edilməsinin vacibliyini qeyd edib.
Sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqati müasir dünyamızda mədəniyyətlərarası və dinlərarası tolerantlığın sülh və birgəyaşayışın mühüm şərti olduğunu deyib və bu sahədə Heydər Əliyev Fondunun təşəbbüslərini yüksək qiymətləndirib.
Bir həftə davam edəcək sərgi iştirakçıların geniş marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

