/ / Əli Həsənov: ABŞ-ın Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün mühüm addımlar atacağı iradəsi var
Əli Həsənov: ABŞ-ın Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün mühüm addımlar atacağı iradəsi var
09.11.2013 [13:18]
“ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubu, ilk növbədə, onun hörmət və ehtiramının əlaməti kimi dəyərləndirilir”. Bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ Prezidenti Barak Obamanın dövlət başçısı İlham Əliyevə üçüncü müddətə Azərbaycan Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə göndərdiyi təbrik məktubuna münasibət bildirərkən deyib.
Təbrik məktubunun bir neçə xüsusi özəlliyini şərh edən Ə.Həsənov bildirib ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə daim sadiq qalıb: “İndiyə qədər biz bu ölkə ilə strateji tərəfdaşlıq sahəsində Azərbaycanın öhdəsinə düşən bütün məsələləri vicdanla və lazımi səviyyədə həyata keçirmişik və bu sahədə də bizim başımız ucadır. ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə artıq 20 ilə yaxındır, Ümummilli lider Heydər Əliyevin dövründən strateji tərəfdaşlıq münasibətləri formalaşıb. Bu strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycana aid olan bütün müddəalarını biz yerinə yetirmişik. Lakin, təəssüflər olsun ki, Azərbaycanın ABŞ-dan müəyyən gözləntiləri var ki, indiyə qədər ona ya yetərincə, ya da lazımi şəkildə cavab ala bilməmişik və bununla bağlı ABŞ-dan müəyyən narazılıqlarımız var idi. Əlbəttə, xüsusi qeyd olunmalıdır ki, bu məktubda ABŞ-ın hörmətli Prezidenti Barak Obama, demək olar ki, o gözləntilərin əksəriyyəti ilə bağlı məsələlərə aydınlıq gətirib”.
PA rəsmisi bildirib ki, ABŞ Prezidenti məktubda öz Administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə edib.
Ə.Həsənovun fikrincə, bu da, ilk növbədə, belə bir fikrə gəlməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanla ABŞ arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı ilə bağlı qarşı tərəfin, yəni ABŞ-ın mühüm addımlar atacağı iradəsi var, bu iradə ortadadır və Azərbaycan bu iradəyə böyük ümid bəsləyir: “Bundan başqa, təbrik məktubunda Azərbaycanın davamlı olaraq ABŞ-la münasibətlərdə ön plana çıxardığı əsas məsələlərdən, əsas istiqamətlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsidir. Təbrik məktubunda ABŞ Prezidenti bu ağrılı problemə diqqət ayırdığını, bundan sonra da bu münaqişənin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu, Minsk qrupunun həmsədri kimi ABŞ-ın bu problemi diqqətdə saxlayacağını, mövcud status-kvonu aradan qaldıracağı və ATƏT-in Minsk qrupunun həmsədri olan digər dövlətlərlə birlikdə bu münaqişənin həlli istiqamətində bundan sonra da səyləri davam etdirəcəyi iradəsini ortaya qoyub. Bunu da biz yüksək qiymətləndiririk, cünki Azərbaycanın ABŞ-dan strateji tərəfdaş olaraq, ilk növbədə, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına söykənən həllinin tapılmasına və bu münaqişənin həll olunmasına dəstək gözləntiləri var”.
PA rəsmisi bildirib ki, məktubda ABŞ-ın Azərbaycanın müəllifi olduğu bütün transmilli, enerji, nəqliyyat, kommunikasiya layihələrinə bundan sonra da dəstək verəcəyinin qeyd olunması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanın Bakı-Tbilisi-Ceyhandan başlayaraq, sonrakı dövrdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, ondan sonra Bakı-Tbilisi-Qars dəmir yolu, indi TANAP, TAP və bu tipli layihələr, bundan başqa TRACECA, Şərq-Qərb kommunikasiya əlaqələri, digər layihələrin reallaşmasında ABŞ-ın həm mənəvi, həm maddi, həm də beynəlxalq dəstəyinə ehtiyacı olub və ABŞ bu ehtiyacları davamlı olaraq qarşılayıb: “Məktubda da bu layihələrin davam etdirilməsi ilə bağlı ABŞ-ın iradəsi öz əksini tapıb və bunu da Azərbaycan yüksək qiymətləndirir. Məktubda, o cümlədən Azərbaycanın daxilində gedən proseslərin, ölkənin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfənin, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la birgə strateji tərəfdaş olaraq verdiyi dəstəyin dəyərləndirilməsini də, əlbəttə, tərəfdaş kimi indiyə qədər həyata keçirdiyimiz tədbirlərə, siyasətə verilən dəstək kimi qiymətləndiririk. Düşünürük ki, bu, münasibətlərimizdə Azərbaycanın xidmətlərini dəyərləndirmək cəhdidir və müsbət qarşılanmalıdır. Bütövlükdə, düşünürük ki, cənab Barak Obamanın məktubunda qeyd olunan maraqlara əsaslanaraq bundan sonra da ABŞ-Azərbaycan münasibətləri davam etdiriləcək, Azərbaycanın həyata keçirdiyi siyasətə ABŞ dəstək verəcək və bu, nəinki ABŞ-ın, eyni zamanda, onun tərəfdaşlarının, müttəfiqlərinin dəstək verməsidir”.
Ə.Həsənov deyib ki, məktubda Barak Obama Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafı və bütün dünyada etiraf olunan son 10 ildəki inkişafı ilə bağlı məsələləri xüsusi vurğulayır, bunu Azərbaycan Prezidentinin, Azərbaycan Respublikasının müvəffəqiyyəti kimi qeyd edir və bundan sonra da ABŞ-ın tərəfdaş dövlət kimi Azərbaycanın nailiyyətlərinə sevinəcəyini xüsusi vurğulayır: “Prezident Barak Obama məktubda iki ölkə arasındakı əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə, habelə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsi üçün bundan sonra demokratik proseslərin daha da inkişaf etdiriləcəyinə əminliyini də vurğulayıb ki, bu da Azərbaycan tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar ABŞ-ın Azərbaycanı regionda özünün ən güclü strateji tərəfdaşlarından biri kimi qəbul etməsinin, onunla əməkdaşlığa xüsusi önəm verməsinin göstəricisi kimi dəyərləndirilir və Azərbaycan bir tərəfdaş kimi bu əlaqələrin inkişafına həm ABŞ-ın, həm də onun müttəfiqlərinin bundan sonra da dəstək verəcəyinə inanır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

