Yeni Azərbaycan Partiyası qanvermə aksiyası keçirib
09.11.2013 [13:14]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) və partiyanın Gənclər Birliyi növbəti humanitar aksiya həyata keçirib. Belə ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında qanvermə aksiyası reallaşdırılıb. Aksiyada YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, eləcə də, xeyli sayda gənclər iştirak ediblər.
YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu aksiyanın həyata keçirilməsi təklifini Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi irəli sürüb: “Hesab edirəm ki, bu, çox humanist xarakterli təşəbbüsdür. YAP Gənclər Birliyi tərəfindən irəli sürülən bu təşəbbüsə partiyanın funksionerləri də qoşulmaq qərarına gəldi. Təbii ki, biz də gənclərlə bir yerdə olmaq istədik. Düşünürəm ki, bu aksiya YAP gənclərinin vətənpərvərliyindən, eləcə də, Azərbaycanda həyata keçirilən bütün işlərdə maraqlı olduğundan və bu proseslərdə iştirak etmək istəyindən xəbər verir. Qanvermə aksiyası birmənalı şəkildə humanist xarakterli tədbirdir. Yəqin ki, burada verilən qanlar ehtiyacı olan insanların şəfa tapmasına müsbət təsirini göstərəcək. Fikrimcə, bu aksiyanın mənəvi tərəfi də var. Bu da ondan ibarətdir ki, YAP-ın gəncləri bununla hər kəsə bir nümunə göstərirlər. Biz bunu alqışlayır və dəstəkləyirik. Sevindirici haldır ki, Azərbaycanda qan problemi yoxdur. Bizə verilən məlumata görə, vətəndaşlar könüllü surətdə bu instituta gələrək qan verirlər. Bütün bunlar isə təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da partiyanın Gənclər Birliyinin təşəbbüsünü yüksək qiymətləndirib: “Hər il partiyamızın yüzlərlə gənc üzvü belə bir kampaniyada iştirak edir. Bu tədbirlər davamlı olacaq. Mən də qan verirəm və gənclərimizin belə bir təşəbbüsü bir çox insanlar üçün faydalı olacaq”.
“Partiyamızın gənclərinin qanvermə aksiyası ilə bağlı təşəbbüsü çox təqdirəlayiqdir. Biz də bu təşəbbüsə qoşuluruq və bunu alqışlayırıq”. Bu fikirləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, gənclərin təşəbbüsü irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən, uşaqlara böyük yardım edəcək. “YAP və onun Gənclər Birliyi bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir. İnanıram ki, belə aksiyalar davamlı olacaq” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir: “Bu haqda sosial şəbəkələrdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına hakim partiyanın üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulublar”.
O, digər gənclər təşkilatlarına, o cümlədən, müxalifətçi gənclərə çağırış edərək cəmiyyətə fayda verən işlərlə məşğul olmağı tövsiyə edib.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva da bildirib ki, bu cür aksiyaların keçirilməsi qana ehtiyacı olanlara böyük köməkdir. Ölkəmizdə qan xəstəliklərindən əziyyət çəkənlər üçün mühüm tədbirlərin həyata keçirildiyini deyən S.Quliyeva bu istiqamətdə YAP-ın keçirdiyi aksiyaların əhəmiyyətli olduğunu vurğulayıb: “Bu, çox xeyirxah missiyadır. Belə missiyalar gələcəkdə də davam edəcək”.
“Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqla bir olub və xoş, eyni zamanda, kədərli günlərdə də daim onunla eyni addımlayıb. Partiyamızın Gənclər Birliyi də böyüklərdən örnək götürərək bu ənənələri davam etdirir. Gənclərin təşəbbüsü ilə mütəmadi olaraq humanitar aksiyaların keçirilməsi buna sübutdur. Bu gün YAP Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyası da bunu təsdiqləyir”. Bu fikirləri isə YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva deyib. A.Əliyeva bildirib ki, YAP daim, xüsusilə, Yeni il, Ramazan, Qurban, Novruz bayramları münasibətilə bu tipli tədbirlər keçirib. Onun sözlərinə görə, qanvermə aksiyasına gənclər kütləvi şəkildə qoşulublar. “Bir neçə gün öncə Gənclər Birliyi tərəfindən sosial şəbəkələrdə, KİV-lərdə bu aksiya ilə bağlı çağırışlar edilmişdi. Bu çağırışa güclü dəstək gəldi və biz gözlədiyimizdən də üstün nəticəni əldə etdik. Qan xəstəlikləri hər bir insanı yaxalaya bilər. Ona görə də, bu məsələdə insanlara dəstək olmaq üçün həmrəylik göstərməli, çiyin-çiyinə olmalıyıq. Bu tədbir birliyimizin bir daha nümayişi oldu” - deyə, A.Əliyeva vurğulayıb.
YAP Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov da bildirib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir. Onun sözlərinə görə, bu haqda sosial şəbəkələrdə, KİV-lərdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına YAP üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulublar. “Hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlar var ki, onlara bu formada yardım göstərmək olduqca vacibdir. Burada toplanılan qan xəstə insanların şəfası üçün istifadə olunacaq” - deyə, S.Hüseynov qeyd edib.
YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov da bu aksiyada gənclərin fəallığını xüsusi vurğulayıb: “Mən öncə humanitar aksiyanın təşkilatçılarına, Yeni Azərbaycan Partiyası İcra katibliyinə və partiyamızın Gənclər Birliyinə təşəkkür edirəm ki, belə bir humanitar aksiyanı təşkil ediblər. Ümumiyyətlə, bu cür tədbirlər partiyamız tərəfindən mütəmadi olaraq həyata keçirilir və gördüyünüz kimi bu xeyirxah aksiyaya qoşulan gənclərimizin sayı da ötən dəfəkindən daha da çoxdur. Bu da qürurverici haldır ki, gənclərimiz könüllü olaraq bu aksiyalarda iştirak edərək irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara öz köməkliklərini göstərmiş olurlar. Mən də dostlarımla birlikdə bu aksiyada iştirak edirəm və düşünürəm ki, irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qanımızı verərək onlara kömək olmaq bizim üçün həm insanlıq , həmçinin də, bir vətəndaşlıq borcudur”.
Qeyd edək ki, ümumilikdə qanvermə aksiyasında 200-ə qədər gənc iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19

