Yeni konfiqurasiyanın hədəfi
15.12.2025 [13:55]
Bəli, bu günlərdə ölkənin siyasi həyatında baş verən bəzi maraqlı hadisələrin təfərrüatlarını bilmirik və bu, olduqca normal haldır. Strateji hədəflərin toxunulmazlığı naminə siyasi proseslərin müəyyən bir qismi mütləq “pərdənin” arxasında qalmalıdır. Ancaq dəqiq olan odur ki, yaşanan proseslər Prezident İlham Əliyev tərəfindən yeni siyasi konfiqurasiya ilə bağlı təqribən 5-6 il öncə verilmiş anonsun təzahürüdür.
Ümumiyyətlə, cərəyan edən proseslərə kompleks şəkildə diqqət yetirsək çox aydın şəkildə görə bilərik ki, davamlı islahatların aparılması Prezident İlham Əliyevin dövlət siyasətinin əsas xüsusiyyətlərindən biridir. Obyektivlik naminə onu da unutmamalıyıq ki, iqtidar üçün hər yeni islahat, ilk növbədə, risk və əlavə resursların ayrılması deməkdir. Siyasi münasibətlər müstəvisində, eləcə də dövlət idarəetmə sistemində islahatların aparılması prinsipial ali iradənin nümayişini mütləq edir. Ən azından ona görə ki, bu cür proseslər qaçılmaz olaraq müxtəlif məzmunlu təxribatlar ilə rastlaşır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.
O qeyd edib ki, mövcud kontekstdə yerli və beynəlxalq təcrübəyə müraciət etsək, olduqca maraqlı və düşündürücü bir məsələ ilə rastlaşa bilərik. Nə “hikmətdirsə” islahat və sistemin yenilənməsi kimi proseslər müşahidə edilən ölkələrdə paralel olaraq demaqoq və psevdopatriotların şivənliyi də pik səviyyəsinə çatır. Onların bu cür “demokratik canfəşanlığı” ölkədə məhz milli islahatların reallaşdırılmasını istəməyən qüvvələr üçün daxili məsələlərə müdaxilə etməyə əlavə şərait yaradır.
Odur ki, istənilən xarici müdaxilə ölkədə milli qüvvələrinin formalaşması prosesinin qarşısını alan əsas amildir. Cəmiyyət siyasət ilə bağlı mütləq bilməli həqiqət budur, bütün digər məqamlar ictimai fikri çaşdıran təfərrüatlarıdır. Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz proseslər arasında paralelliyin yaşanması heç də təsadüfi deyil. Belə təhlükəli paralelləri kamuflyaj edə biləcək əsas mexanizm isə demaqoqların emosional manipulyasiyalardır. Təəssüf ki, qərəz, demaqogiya və emosional manipulyasiyalar kimi “parazit” məfhumların adları çəkilən zaman insanın ağlına ilk növbədə radikal müxalifətçilik gəlir. Burada mütləq qeyd etməliyik ki, mövcud hal heç də təkcə məmləkətimizə aid deyil.
“Heç bir mübahisəyə səbəb ola bilməyəcək məsələ odur ki, ölkədə sağlam siyasi münasibətlərin mövcudluğu dayanıqlı inkişafı təmin edən prinsipial amildir. Eyni zamanda sistemin funksional aktuallığının qorunması və onun işlək vəziyyətdə saxlanılması da taleyüklü vəzifələrdəndir. Məhz mövcud kontekstin inkişafında biz müxtəlif sahələri əhatə edən Prezident İlham Əliyevin davamlı islahatlarının aparılması təşəbbüslərinin əsas səbəb və məqsədlərini görə bilərik. Bütün təzyiq və risklərə rəğmən aparılan islahatlar eyni zamanda təhdidləri qabaqlayan tədbirlər sistemidir. Odur ki, islahatlar populizmi sevməz, burada dayanıqlı effektə nail olmaq üçün öncədən dəqiq hesablanmış strategiyaya sadiqlik qorunmalıdır.
Qeyd olunanları nəzərə alaraq ehtimal edə bilərik ki, siyasi partiyalar sahəsində aparılan şaxəli islahatlar da məhz anonsu Prezident İlham Əliyev tərəfindən verilmiş yeni siyasi konfiqurasiyanın formalaşması prosesinin tərkib hissəsidir. Siyasətdə sağlam münasibətlərin mövcudluğu dövlətin müxtəlif “stresslərə” qarşı təbii immunitetidirsə, idarəetmə sisteminin də funksional aktuallığının qorunması dövlətin qlobal rəqabətədözümlülüyünü təmin edir. Bəli, funksional, hətta sistem xarakterli islahatları qaçılmaz edən “yerli” səbəblər ilə yanaşı qlobal tendensiyalar da mövcuddur. Yaşadığımız “informasiya və internet texnologiyalar əsri” idarəetmədə tətbiq olunan klassik yanaşmaların effektivliyini məhdudlaşdırır”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, “İnformasiya” məfhumunun siyasi mahiyyəti sürətlə dəyişən müasir dövrdə idarəetmədə yeni yanaşma və düşüncə paradiqmalarının tətbiqini zərurətə çevirir. Sistem öz aktuallığının qorunması naminə fəaliyyət alqoritmlərini davamlı şəkildə yeniləməlidir. Əks halda sistem “rəqibin” rahat hədəfinə çevrilə bilər. Beynəlxalq münasibətlər sistemində müşahidə olunan amansız tendensiyalar fonunda idarəetmədə qeyri-peşəkar yanaşmaların mövcudluğu dövlət və cəmiyyət üçün real təhdidlər yaradır. Xüsusilə dövlət idarəçiliyində qeyri-peşəkar yanaşma milli maraqlara təhdid yaradan xain qüvvələrin fəaliyyəti qədər zərərlidir. Ən azından ona görə ki, onların hər ikisi dolayısilə sistemin iflicinə xidmət edir.
“Əlbəttə ki, yaşadığımız “informasiya” əsrində “məlumat” məfhumu idarəçiliyin “damar sisteminin” təməl komponentidir. İdarəetmə prosesində dövlətin resurslarına qənaət edən, habelə effektiv və dayanıqlı nəticələri təmin edən əsas strateji amil isə məhz analitikadır. Yalnız analitika hadisələrin önündə getməyə imkan verir, sırf məlumatlara sığınan idarəetmə sistemi isə hadisələrin arxasınca qaçmağa məhkumdur. Burada bir fəlsəfi təsbiti qeyd etməliyik: məlumat şübhə yarada bilir, bilik isə əminlik.
Qeyri-peşəkar olan bir nəfərin müxtəlif məlumatlara sahiblənərək yanlış addımlar atması daha betər və qorxunc mənzərələrin yaranmasına səbəb ola bilər. “Bilik” kimi adlandırdığımız analitika idarəetmə sistemini nəzarətsiz informasiya kütləsindən qoruyur və qarşıda dayanan vəzifələrin ən optimal həlli üsullarının müəyyən olunmasına xidmət edir. Bəzi ölkələrin təcrübəsi və nəzəri mülahizələr öyrədir ki, yalnız məlumata söykənən idarəetmə sisteminin səmərəliliyi məhduddur. Keçmiş dövrün irsi kimi qalmış və mahiyyət etibarı ilə mühafizəkar olan bu cür yanaşmanın uzun illər ərzində hökm sürməsinin nəticəsidir ki, “niyə işləyirsən, vəzifə istəyirsən?” kimi “dəhliz” düşüncə tərzi ilə hələ də rastlaşmaq mümkündür. Vətənpərvərlik və fədaililik hisslərini ucuzlaşdıran bu cür təzahürlər gec-tez sistemin iflicinə gətirə bilər.
Bu səbəbdən də böyük ehtimal ilə qarşıda bizi hələ çox sistem xarakterli islahatlar gözləyir. Şahidlik etdiyimiz bəzi hadisələrin mahiyyətinə diqqət yetirən zaman görürük ki, “yeni konfiqurasiya” Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətidir. Dövlətin siyasi sistemini bərkidən, dayanıqlı inkişafı təmin edən və təhdidləri neytrallaşdıran bu siyasi xətt davamlı prosesdir. Dövlət başçısının sözügedən mövzuya şəxsi münasibətinin məzmununu bu fikirlərində görə bilərik: “Əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta əlçatmaz nailiyyətləri əldə etmək olar.” Prezidentin bu sözləri müasir idarəçiliyin əxlaq kodeksinin əsasını təşkil etməlidir. Beləliklə, dövlətimizin başçısı lazımi mesajları artıq verib, sıra idarəçilikdə iştirak edənlərindir”, - deyə Asif Adil vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48

