Avropa İttifaqının bu addımı təəssüf doğurur...
09.12.2025 [11:58]
Terrorçunun adını daşıyan liseyin Aİ-nin Hərbi Orta Məktəblər Forumuna qoşulmasına niyə yol verilib?
Ermənistanda bəzi terrorçuların dövlət tərəfindən himayə olunduğu, hətta onların adlarının “əbədiləşdirilməsi” yeni məsələ deyil. Azərbaycanlılara və türklərə qarşı qanlı terror aktları törətmiş Monte Melkonyana münasibət buna əyani sübutdur. Bu terrorçunun adı Ermənistanda “əbədiləşdirilib”, şəninə abidə də ucaldılıb.
Vətəndaş cəmiyyəti Aİ-nin rəhbər şəxslərinə müraciət edib
Yeri gəlmişkən, bu hadisə cəmiyətimizdə haqlı narazılığa səbəb olub. Belə ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və Avropa İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar. Müraciətdə erməni terrorçu Monte Melkonyanın adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb. Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Forumun bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində Aİ-nin öz prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.
Bildirilib ki, Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya keçirən və onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqət ayırmağa başladığını düşünən Qarabağın itkin ailələrinin terrorçu qrup hesab edilən bir qurumun üzvü olan və hərbi cinayətkar sayılan Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-yə bağlı bir Foruma qəbul edilməsindən dərindən məyus olublar. Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb. Onun bu cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa, Yunanıstan, Portuqaliya, Danimarka, Avstriya və İspaniyada türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələrindən sonra törətməsi xüsusi vurğulanaraq, bu faktların M.Melkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz göstəricisi olduğu bildirilib.
Aİ-nin Melkonyana isti münasibəti, yoxsa...?
Melkonyan ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının “qurucusu”, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara ağır işgəncələr verilməsində də iştirak edib. Bu terrorçu 1993-cü ildə Azərbaycan hərbçiləri tərəfindən Qarabağda öldürülüb.
Ölkəmiz hər zaman erməni terrorçularının Ermənistan tərəfindən “qəhrəmanlaşdırılmasına” etiraz edib. Lakin təəccüblü məqam odur ki, erməni terrorçu Monte Melkonyanın adını daşıyan Ermənistan Hərbi-idman liseyi Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulub. Hansı ki, Melkonyanın “fəal” üzv olduğu və xeyli sayda insanın ölümünə səbəb olan ASALA beynəlxalq miqyasda terror təşkilatı kimi tanınır. Belə olan halda, Avropa İttifaqı (Aİ) bu terrorçunun adını daşıyan liseyin Hərbi Orta Məktəblər Forumuna qoşulmasına necə yol verə bilər?
Razılaşma ləğv edilməlidir!
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri M.Melkonyanın adını daşıyan Hərbi-idman liseyinə forumun üzvlük statusunun verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağının gözlənildiyini vurğulayaraq, bəzi məsuliyyətsiz Aİ rəsmilərinin bu terrorçunun Azərbaycan xalqı üçün nə ifadə etdiyini bilmədikləri təqdirdə onları M.Melkonyanın Kəlbəcər rayonunun işğalı dövründə çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar.
Müraciətdə, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin silahlı işğalında iştirak edən və ciddi hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin, o cümlədən Monte Melkonyanın hələ də qəhrəmanlaşdırılması, Aİ-nin Azərbaycanla bağlı, xüsusilə də ərazi bütövlüyü və dövlət suverenliyinə dair məsələlərdə ikili yanaşmanı davam etdirməsi təəssüf hissi ilə vurğulanıb. “Xüsusilə Azərbaycanın itkin düşmüş şəxslərinin ailələri soruşurlar: irsi və fəaliyyəti qətliamlarla əlaqələndirilən Monte Melkonyanın adını daşıyan bir qurum Aİ tərəfindən dəstəklənən bir platformada necə təşviq oluna bilər? Biz Avropa İttifaqını bu hörmətsiz addımı yenidən nəzərdən keçirməyə və terrorçunun adını daşıyan bir qurumla bağlanmış razılaşmanı ləğv etməyə çağırırıq”, - deyə müraciətdə qeyd olunub. Müraciəti ünvanlayanlar Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüş tələb edərək, Avropa Komissiyasının Monte Melkonyan kimi terrorçunu necə və nə üçün qəhrəmanlaşdırması barədə izahat verməsini tələb ediblər.
Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri Əmir Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova, “Çapar-Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhməd, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri Ceyran Həsənova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal imzalayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56

