TBMM-in üzvlərindən ibarət nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub
09.10.2013 [14:32]
Dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılığı ilə Bakıda səfərdə olan TBMM-in millət vəkilləri Mustafa Kabakçı, İdris Güllüce, Adnan Yilmaz, Tulay Selamoğlu, Suay Alpay və Alpaslan Kavaklıoğlu Bakı Ali Neft Məktəbində olublar.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı, eyni zamanda, bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət iki dövlətdir” kəlamını xatırladan E.Qasımov qeyd edib ki, hər iki dövlət ölkələrimizlə bağlı məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birinə dəstək olur. Azərbaycanın və Türkiyənin keçdiyi tarixi və inkişaf yolundan danışan E.Qasımov vurğulayıb ki, bu gün dünyada aparılan ikili siyasi yanaşma olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə sürətlə inkişaf edərək yerləşdikləri coğrafi regionun aparıcı dövlətlərinə və dünya dövlətləri üçün əhəmiyyətli müttəfiqə çevriliblər. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan danışan rektor bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin ən önəm verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” şüarı da məhz bu sahəyə verilən önəmin göstəricisidir. Daha sonra, Bakı Ali Neft Məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor deyib ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda, istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanmasıdır.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirdikləri siyasi-iqtisadi strategiyanın önəmi haqqında ətraflı məlumat verərək bildirib ki, bu strategiyadan ən önəmlisi bizi bağlayan qardaşlığımızdır. Bu gün iki qardaş dövlət birləşərək dünya və region dövlətləri üçün bir çox önəmli layihələrə imza atıb. O, qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və s. digər layihələr bunun bariz nümunələrindəndir.
Mustafa Kamal Atatürkün “Kafkazların o biri tarafında bizim kardeşlərimiz var. Ve bir gün gelecek biz mutlaka onlara kovuşacağız” qardaşlığı təcəssüm etdirən tarixi nitqi ilə çıxışa başlayan TBMM-üzvü, millət vəkili Mustafa Kabakçı isə vurğulayıb ki, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. M.Kabakçı tələbələrə xitab edərək bildirib ki, bu şərəfli missiyanı qorumaq və daha da gücləndirmək artıq sizlərin üzərinə düşür.
Tədbirdə çıxış edən digər millət vəkilləri Azərbaycan-Türkiyə arasındakı qardaşlıq bağları, tarix boyu düşmənlərə qarşı birgə mübarizəsi və bugünkü uğurları haqqında ətraflı məlumat veriblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45

