Siyavuş Novruzov: “Milli şura”da az-çox vətənpərvərliyi olan insan oradan imtina etməlidir
05.10.2013 [11:36]
“Milli şura”da az-çox vətənpərvərliyi olan insan oradan imtina etməli və istefa verməlidir”. Bu barədə “Trend”ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyevin partiyadan və “Milli şura”dan istefa verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, belə istefaların çox şahidi olacağıq. Bu hal “Müsavat”da və digər partiyalarda da olacaq.
S.Novruzov hesab edir ki, AXCP üzvlərinin böyük əksəriyyəti təmsil etdikləri partiyanın gələcək perspektivinin olmadığını bilirlər: “Çünki partiyaya rəhbərlik edən insanın şəxsi eqoizmi nəticəsində bu gün Xalq Cəbhəsinin sıralarında bir nəfər də tanınmış insan qalmayıb. Köhnələrdən qalan sonuncu da Asəf Quliyev idi”.
Digər tərəfdən, YAP İcra katibinin müavini deyib ki, “Milli şura”nın perspektivinin olmaması, orada daxildə olan ziddiyyətlər, qeyri-səmimilik, bir-birinin arxasınca informasiya yayılmasını görəndə aydın olur ki, burada təşkilatçılıqdan söhbət gedə bilməz.
Asəf Quliyevin “Milli şura”nın mitinq komitəsinin sədri olduğunu xatırladan S.Novruzov bildirib: “Təbliğat-təşviqat kampaniyasının başlamasından 19 gün keçməsinə baxmayaraq, “Milli şura” cəmi 9 görüş keçirib. Onlar da sönük, aşağı səviyyədə olan görüşlərdir. Çünki artıq mitinq komitəsi gördü ki, xalqın bu insanlara etimadı yoxdur. Sonuncu dəfə Sabirabadda olan biabırçı mitinq zamanı əhalinin etirazı baş verdi. Əhali sual verir ki, sel, daşqın olanda harada idilər, indi də insanlardan istifadə etmək istəyirlər. Halbuki hökumət onların evlərini tikdi, infrastrukturla təmin etdi. Bütün bunları görən ədalətli insan düzgün qərar qəbul etməlidir”.
Millət vəkili, həmçinin “Milli şura”nın komitələrinə nəzər salmağı da tövsiyə edib: “Qarabağ Komitəsinin sədri Cəmil Həsənli bir cümlə də olsun Qarabağın həlli yolu barədə deməyib. İnsan hüquqları komissiyasının sədri Leyla Yunusdur, hansı ki nə bir müəllimi, nə bir həkimi deyil, bu gün Dağlıq Qarabağda olan Əlikram Hümbətovu, Azərbaycan xalqına qəsd edən insanları müdafiə edir”.
S.Novruzov həmçinin qeyd edib ki, “Milli şura”nın sədrinin isə ümumiyyətlə heç nə vecinə deyil, məlumat yoxdur ki, o, haradadır, neyləyir: “Milli şura”nın aparıcı şəxsləri Eldar Namazov ümumiyyətlə mitinqlərə gəlmir, Mirmahmud Fəttahov partiya sədridir, amma yaxın durmur. “Yusif Sərrac”ı isə ortaya salan Əli Kərimli ilə İsa Qəmbər onu oynadırlar, sonra da pis günə qoyub fələyin qəminə ötürəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

