Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlər inkişaf edir
27.09.2025 [10:17]
Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu regional əməkdaşlığa təkan verəcək
Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi keçirilib. Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə 50-dən çox ekspert iştirak edib. Tədbirdə parlament üzvləri, yüksəkvəzifəli hökumət rəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları və media nümayəndələri də təmsil olunub. İki gün davam edən tədbirdə dəyişən qlobal nizamda Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli münasibətləri və strateji tərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq, xarici siyasət prioritetləri, enerji əməkdaşlığı, təhsil, elm və innovasiya yolu ilə ictimai diplomatiya məsələləri müzakirə olunub.
ADA Universitetinin prorektoru və Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Azərbaycan-Birləşmiş Krallıq tərəfdaşlığı yüksək səviyyədədir və mövcud iqtisadi-siyasi proqramlarda fəal əməkdaşlıqlar münasibətləri daha da inkişaf etdirəcək. Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld isə vurğulayıb ki, Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Son illərdə isə Azərbaycanın təşəbbüskarlığı sayəsində bölgədə mühüm dəyişikliklər baş verib, enerji-nəqliyyat sektorlarında müsbət səmtdə əsaslı fraqmentasiyalar geocoğrafi mühiti canlandırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması isə əhəmiyyətli tarixi hadisə olmaqla, bölgədə yeni münbit əməkdaşlıq ruhu yaradır. Qarabağda həyata keçirilən sürətli quruculuq, şəhərlərdə bərpa işlərinin aparılması, ən müasir nəqliyyat qovşaqlarının yaradılması qlobal əhəmiyyətli iqtisadi inteqrasiyaya keçidi gücləndirir.
Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Sarfraz isə Azərbaycan və Böyük Britaniyanın özəl sahibkarlar, investorlar arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkərək müasir rəqəmsal mübadilələr, o cümlədən süni intellekt sahəsində uğurlu layihələrin qurulacağına inamını ifadə edib.
bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun ikitərəfli münasibətlərin inkişafı baxımından zəruri addım olduğunu qeyd edib. İki ölkə arasında neft və qaz sahəsində möhkəm tərəfdaşlıq təməlləri üzərində inkişaf edən mühüm layihələr ticarət və mühəndislik, bərpaolunan enerji, innovasiya və rəqəmsal texnologiyalar, “yaşıl enerji” infrastrukturlarının qurulması üzrə bir çox sahələri əhatə etməklə uzunmüddətli əməkdaşlığı daha da dərinləşdirir.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, ekoloji problemlərin həlli bütün dünya üçün eyni dərəcədə vacibdir və Azərbaycan bu sahəyə xüsusi diqqət edir. Azərbaycan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib, hazırda Qarabağda və Şərqi Zəngəzurda Günəş, su elektrik stansiyalarının tikintisi üzrə layihələr icra edilir. Bu prosesdə Birləşmiş Krallıq da fəal çalışır və bp şirkəti bərpaolunan enerji sektorunda mühüm layihələrə sərmayə qoymaqdadır.
Digər çıxış edən natiqlər vurğulayıblar ki, Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu tərəflər arasında mövcud əməkdaşlıq proqramları əsasında yeni imkanları səfərbər etmək və yeni imkanları motivasiya etmək baxımından unikal platformadır.
Beləliklə, Birinci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu regional və qlobal çağırışlar üzrə qarşılıqlı anlaşma və praktiki əməkdaşlığa təkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

