/ / Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən İndoneziyanın Palembanq şəhərində ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü” təşkil edilib
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən İndoneziyanın Palembanq şəhərində ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü” təşkil edilib
27.09.2013 [10:21]
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilib
Sentyabrın 25-də İndoneziyanın Palembanq şəhərində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü” təşkil edilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilib.
Bu il iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası keçirilib. Assambleyada səsvermə zamanı tam yekdilliklə Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.
Bu qərar iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanda son illərdə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirir. Ölkəmizin dünyada Olimpiya məkanı kimi tanınması, geniş idman infrastrukturuna malik Azərbaycanın dünya miqyaslı yarışlara ev sahibliyi etməsi və idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır.
Hazırda III İslam Həmrəyliyi Oyunlarının keçirildiyi İndoneziyanın Palembanq şəhərində təşkil olunmuş “Azərbaycan günü”ndə dövlətimizin başçısı İlham Əliyevin videomüraciəti səsləndirilib. Videomüraciətdə deyilir: “Zati-aliləri, Milli Olimpiya komitələrinin üzvləri, əziz dostlar.
Mən sizi növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın paytaxtı Bakıdan salamlayıram. Fürsətdən istifadə edərək mən bizim namizədliyimizi dəstəkləyən və Azərbaycana etimad göstərənlərə minnətdarlığımı bildirmək istərdim. Biz idmançıların və turistlərin ölkəmizdə özlərini evlərindəki kimi hiss etmələri üçün bu oyunların tarixində ən yaxşılarından birini təşkil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Azərbaycan İslam Həmrəyliyi Oyunlarına güclü dəstək verən ölkədir. Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meyilləri tam şəkildə dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilmiş və Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olacaqdır.
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Azərbaycanın iqtisadiyyatı son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Əminəm ki, bu fakt da Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibi seçilməsində öz rolunu oynamışdır.
Son 10 il ərzində iqtisadiyyatımız 3 dəfədən çox artmışdır və biz infrastruktura, o cümlədən idman infrastrukturuna böyük sərmayələr yatırmışıq. Beləliklə, biz Oyunlara yaxşı hazırlaşmaq və qonaqlarımızı ən yaxşı şərait və xidmətlərlə təmin etmək üçün əlimizdən gələni edəcəyik. Bizim artıq mühüm beynəlxalq tədbirlərin, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsində təcrübəmiz vardır. Eyni zamanda, Bakı 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının ilk paytaxtı seçilmişdir. Daha sonra isə 2017-ci ildə biz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik.
Azərbaycan böyük tarixə, ənənələrə və mədəniyyətə malik bir ölkədir, sivilizasiyaların kəsişməsində yerləşir. Əsrlər boyu müxtəlif etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Biz fəxr edirik ki, Azərbaycan dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxtlarından biridir. Biz tarixi və dini abidələrimizi qoruyur, təmir və bərpa edirik. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi tamamilə bərpa və təmir edilərək bu il istifadəyə verilmişdir. Bu məscid 743-cü ildə tikilmişdir. Biz ölkəmizi təqdim etmək üçün səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, idmançılarla yanaşı, çoxlu sayda turistlər və bir çox başqa insanlar - qardaşlarımız Azərbaycan haqqında daha çox öyrənəcəklər.
Əminəm ki, bu Oyunlar xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacaqdır. Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaqdır. Mən sizin hamınızı 2017-ci ildə Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirəm. Bakıda görüşənədək”.
* * *
Prezident İlham Əliyevin müraciəti yerli və xarici media tərəfindən geniş işıqlandırılıb. Bütövlükdə bu tədbirdə 46 iştirakçı dövləti təmsil edən Milli Olimpiya komitələrinin prezidentləri və baş katibləri, İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi, hazırkı Oyunların Təşkilat Komitəsinin və İndoneziya hökumətinin səlahiyyətli nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasim iştirakçıları Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirib və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil ediləcəyinə əminliklərini bildiriblər.
Tədbirdə Azərbaycan mədəniyyəti və idman tarixi ilə bağlı videoçarx göstərilib, ölkəmizdə mövcud olan möhtəşəm idman qurğuları ilə bağlı fotostendlər nümayiş etdirilib.
Onu da deyək ki, İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında indiyə qədər Azərbaycan atletləri 9 medal qazanıblar. Bunlardan 3-ü qızıl, 4-ü gümüş, 2-si isə bürünc medallardır.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

