/ / “Müstəqilliyimiz əbədidir” çoxcildliyindən: Azərbaycan bütün ölkələrlə qarşılıqlı münasibətlərini müstəqil surətdə həyata keçirir
“Müstəqilliyimiz əbədidir” çoxcildliyindən: Azərbaycan bütün ölkələrlə qarşılıqlı münasibətlərini müstəqil surətdə həyata keçirir
18.09.2025 [12:58]
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 10-cu kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1995-ci il noyabrın 29-dan 1996-cı il yanvarın 20-dək olan dövrü əhatə edir. Nəşrdə Ulu Öndər Heydər Əliyevin həmin dövrdə çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları və digər materiallar toplanıb.
Kitabda Heydər Əliyevin Londonda Adam Smit İnstitutunun təşəbbüsü ilə “Azərbaycanda investisiya imkanları” mövzusuna həsr olunmuş beynəlxalq konfransda geniş nitqinin, beynəlxalq mətbuat orqanlarına müsahibələrinin mətnləri, Fransaya səfəri zamanı keçirdiyi görüş və danışıqlara dair materiallar verilib. 1995-ci il dekabrın 5-də Dünya Bankı Parisdə “Azərbaycan üçün investisiyalar” adlı beynəlxalq konfrans təşkil edib. O zaman konfransda çıxış edən Prezident Heydər Əliyev Azərbaycanın bütün ölkələrlə münasibətlərini müstəqil şəkildə həyata keçirdiyini bildirərək deyib: “Azərbaycan qədim mədəniyyətə, böyük tarixə malik bir respublikadır. Azərbaycan bəşəriyyətin inkişafının bir çox mərhələlərini yaşamış bir diyardır. Azərbaycan xalqı dünya sivilizasiyasına öz layiqli töhfəsini vermiş bir xalqdır. Azərbaycan öz dövlət müstəqilliyini cəmi 4 il bundan əvvəl əldə etmişdir. Bu gün o, dünya birliyinin tamhüquqlu üzvüdür, bütün beynəlxalq təşkilatlara daxildir. Birləşmiş Millətlər Təşkilatının üzvüdür və öz hüquqlarını dünyanın bütün ölkələri ilə, öz qarşılıqlı münasibətlərini müstəqil surətdə, suveren surətdə həyata keçirir”.
Çoxcildliyin bu kitabına 1995-ci ilin dekabrında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşünə dair materiallar da daxil edilib. Həmin materiallardan biri də Süleyman Dəmirəl ilə Milli Məclisdə keçirilmiş görüş haqqındadır. Görüşdə Heydər Əliyevin dərin məzmunlu nitqində Süleyman Dəmirələ söylədiyi bu fikirlər Azərbaycan-Türkiyə münasibətlərinin ifadəsi baxımından da diqqət çəkir: “Siz dediniz ki, Türkiyənin qəlbi Azərbaycanın qəlbi ilə döyünür. Bilirsiniz və yəqin bunu bu gün bir daha hiss edirsiniz ki, Azərbaycanın da qəlbi daim Türkiyənin qəlbi ilə döyünür. Azərbaycanda hər bir vətəndaş Türkiyəyə böyük məhəbbət və sevgi hissi bəsləyir, Türkiyənin yüksəlməsini, Türkiyənin artmasını istəyir, Türkiyənin daha da güclü olmasını istəyir, Türkiyənin daha da inkişaf etməsini istəyir. Böyük sınaqlardan keçən dostluq və qardaşlıq əlaqələri bizi məhz bu yola gətirib çıxarmışdır, bizdə məhz belə məhəbbət və sevgi hissləri yaratmışdır. Bu hisslər heç vaxt sönməyəcəkdir. Bunu söndürmək də mümkün deyildir. Çünki bu, içdən gələn, qəlbdən gələn hisslərdir. Türkiyənin Azərbaycana, onun müstəqillik əldə etməsinə və müstəqillik yolunda ağır sınaqlardan çıxmasına etdiyi köməyə görə Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından Sizə, hörmətli Prezident, Türkiyə Respublikasına, Türkiyə xalqına bir daha öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.
Türkiyə Respublikası indi yeni müstəqillik əldə etmiş bir çox ölkələr üçün, dövlətlər üçün örnəkdir. Belə dövlətlərdən biri də Azərbaycandır. Biz arzu edirik ki, Türkiyə Respublikası özünün bu mövqelərini həmişə qoruyub saxlasın və həmişə bizim üçün təcrübə mənbəyi olsun. Bizim arzu və istəyimiz bundan ibarətdir ki, Türk dünyası, türkdilli xalqlar, bir kökdən, bir mənşədən olan millətlər daha da yaxınlaşsın, daha da birləşsin, bir-birinə kömək etsin, bir-biri ilə daha da mehriban olsun, bir-birinə yardımçı olsunlar”.
Kitabda Ümummilli Lider Heydər Əliyevin Xalq yazıçısı Yusif Səmədoğlunun 60 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışının mətni, Azərbaycan Kinematoqrafçılarının VIII Qurultayına təbrik məktubu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciəti, Yeni il münasibətilə Azərbaycan xalqına təbriki də yer alıb.
Bu cilddə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Prezidentin sədrliyi ilə icra və idarəetmə işlərinin təkmilləşdirilməsinə dair Nazirlər Kabinetinin ilk iclasında giriş və yekun nitqləri verilib. Nəşrə erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, daxili və xarici siyasətin başlıca istiqamətlərinə dair digər materiallar da daxil edilib.
Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

