Görüş yeri dəyişməzdir: Bakının qlobal sülhyaratma missiyası bir daha təsdiqləndi
18.09.2025 [11:45]
Dəməşq ilə Təl-Əviv növbəti dəfə masa arxasında...
Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Ölkəmizin timsalında “sülhün analoqu yoxdur” tezisi özünün əsl mahiyyətinə qovuşur. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, Bakı bütün anlaşmazlıqların, hətta tarixi düşmənçiliyin belə danışıqlar, ikitərəfli formata malik təmaslar vasitəsilə həllinin mümkünlüyünü faktoloji şəkildə ortaya qoyur. Konfrantasiyaların dialoqla, düşmənçiliyin uzlaşma ilə, fikir ayrılığının milli maraqlar çərçivəsində əməkdaşlıqla əvəzlənməsi Azərbaycan təcrübəsində olduqca vacib məqam kimi ortaya qoyulur. Bu kimi perspektivə, sabitliyə və sosial rifaha əsaslanan cəmiyyətin qurulmasına hədəflənən siyasi xətt birmənalı şəkildə dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur.
Bakının xüsusilə Yaxın və Orta Şərq regionundakı konfrantasiyaların həlli prosesində nümayiş etdirdiyi uğurlu vasitəçilik missiyası bütün dünya tərəfindən təqdir olunur. Azərbaycan bu missiyanı yerinə yetirərkən ədalətin və beynəlxalq hüququn tərəfdarı kimi çıxış edir -səmimi sülhün yaranması üçün vasitəçi rolda olan dövlət və ya təşkilatların prosesə aydın, birtərəfli olmayan, ümumi mənaeyə əsaslanan yanaşması mütləqdir. Azərbaycanın Yaxın Şərqə münasibətdə tutduğu mövqe də məhz bu parametrlərə əsaslanır. Azərbaycan İsrail -Suriya münasibətlərində yeni mərhələnin başlanması, prosesin dialoq müstəvisndə inkişaf üçün vacib bir fəaliyyət ortaya qoymaqdadır.
Növbəti görüş...
Qeyd edək ki, xarici KİV-lər İsrail ilə Suriya arasında növbəti görüşün keçiriləcəyi ilə bağlı anons yayıb. Düzdür, görüşün keçirilmə tarixi ilə bağlı dəqiqlik ifadə edilməsə də, masa arxasında ənənəvi stabilləşmə məsələsinin müzakirə olunacağı bildirilir. “Sky News Arabia” mənbələrə istinadən sentyabrın 18-də Bakıda iki ölkə arasında görüşün baş tutacağını bildirib. Qeyd olunub ki, danışıqlarda ABŞ-ın xüsusi elçisi Tom Barrak da iştirak edəcək. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.
Bu görüşün gələn həftənin cümə axşamı baştutma ehtimalı da irəli sürülür - ABŞ-ın “Axios” nəşri xəbər verib ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib. Layihədə Dəməşqdən İsrail sərhədinədək cənub-qərb istiqamətində xüsusi bölgülər nəzərdə tutulub.
İki mənbənin bildirdiyinə görə, bu plan İsrail və Misir arasında 1979-cu ildə imzalanan sülh sazişinə əsaslanır. Həmin sənəd Sinay yarımadasını “A, B, C” zonalarına bölərək, müxtəlif təhlükəsizlik rejimləri və silahlanma səviyyələri müəyyənləşdirmişdi. Yeni təklifə görə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinədək olan ərazi 3 zonaya bölünəcək. Hər zonada Suriyaya müəyyən miqdarda hərbi qüvvə və silah saxlamağa icazə veriləcək. Sənəd həmçinin Suriya tərəfindəki bufer zonanın əlavə 2 kilometr genişləndirilməsini nəzərdə tutur. Əvəzində İsrail Suriyada ərazilərindən mərhələli şəkildə çıxmağı təklif edib. Lakin İsrail strateji əhəmiyyətli Şeyx dağı zirvəsindəki mövqelərini saxlamaqda israr edir.
Suriya tərəfi də təhlükəsizlik razılaşması əldə etmək və iki dövlət arasında sərhəddə gərginliyi azaltmaq üçün İsraillə danışıqlar apardığını təsdiqləyiıb. Bu barədə sentyabrın 13-də “The Jerusalem Post” qəzeti Suriya Ərəb Respublikasının (SAR) prezidenti Əhməd əl-Şaraanın bəyanatına istinadən məlumat yayıb. Bundan əvvəl məlumat verilmişdi ki, Dəməşq İsraildən 1967-ci ildə işğal etdiyi Qolan təpələrinin bir hissəsini geri qaytarmağı tələb etməyəcək, lakin İsrail rəhbərliyindən Suriyanın yeni hakimiyyət orqanlarını tanımasını tələb edəcək.
Suriya liderinin sözlərinə görə, Dəməşq Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminin süqutundan sonra İsrailin işğal etdiyi SAR-ın cənubundakı ərazidən İsrail Müdafiə Qüvvələrinin (IDF) çıxarılması ilə bağlı danışıqlar aparır. Suriya lideri qeyd edib ki, ölkəsi regionun heç bir dövləti ilə münaqişəyə can atmır. Bundan əlavə, qəzet ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı admiral Bred Kuperlə Suriya prezidenti Əhməd əl-Şara arasında sentyabrın 12-də Dəməşqdəki prezident sarayında baş tutan görüş haqqında da yazıb.
Ətrafımızda sülhün olmasını istəyirik
Azərbaycan Yaxın və Orta Şərqdə sülhyaratma missiyası kimi ağır və məsuliyyətli bir vəzifəni üzərinə götürərək uğurlu bir şəkildə icra edir. Diqqətdən qaçırmaq olmaz ki, Bakı regionun mühüm sülhyaratma mərkəzi kimi bir çox konfrantasiyaların həlli prosesinin “masa arxasında” həllində vacib rol oynayıb, beynəlxalq ictimaiyyət üçün etimad ünvanı olduğunu sübuta yetirib. İndiyə kimi ölkəmiz dəfələrlə bu tipli görüşlərə ev sahibliyi edib.
O ki qaldı, İsrail-Suriya məsələsinə, Bakının bu konfliktin həllinə verəcəyi töhfə böyük ola bilər - o baxımdan ki, Azərbaycan hər iki ölkə ilə müsbət və dinamik əlaqələrə malikdir. Bir müddət öncə Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu: “Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək”.
Azərbaycan bu gün beynəlxalq ictimaiyyət üçün etimad ünvanı olduğunu növbəti dəfə sübuta yetirir. Bu fikri Suriya-İsrail arasında təmasların formalaşmasına verilən töhfəyə də şamil etmək olar - Bakıda İsrail və Suriya nazirlərinin görüşü təsadüf sayıla bilməz. Bakının isə bu kimi məsələlərdə ortaya qoyduğu mövqe alqışlanasıdır - Azərbaycan İsrail və Suriya arasında dialoq qurulmasına vasitəçilik etməklə iki ölkə arasında gərginliyin aradan qaldırılmasına töhfə verməyə çalışır. İsrail Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biridir. Bakının Dəməşq ilə ikitərəfli əlaqələrinə gəldikdə isə, bu münasibətlər 2024-cü ilin 8 dekabrında baş verən hakimiyyət dəyişikliyindən sonra yeni bir mərhələyə qədəm qoyub.
Nəticə etibarı ilə, Azərbaycan Qlobal Cənubun fonunda Yaxın Şərqdə böyük iqtisadi-siyasi rola malikdir. İsrail-Suriya münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımlar Bakının Yaxın Şərq geostrateji regionu ilə əlaqələrinin inkişafında vacib bir səhifədir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

