“Heydər Əliyevin neft strategiyası” miniatür kitabı təqdim edilib
22.09.2013 [11:03]
Heydər Əliyev Mərkəzində Ümummilli liderin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin neft strategiyası” miniatür kitabı təqdim edilib. Həmçinin dahi siyasətçi Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən miniatür kitablar sərgisi keçirilib.
AzərTAc xəbər verir ki, Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri, Respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova rəhbəri olduğu mədəniyyət müəssisəsinin yaradılmasına Ulu öndər Heydər Əliyevin göstərdiyi böyük diqqət və qayğıdan danışıb, xatirələrini bölüşüb.
Bildirib ki, “Heydər Əliyevin neft strategiyası” miniatür kitabı 2010-cu ildə “İndiqo” nəşriyyatında Azərbaycan və ingilis (“Heydar Aliyev’s oil strategy”) dillərində nəşr edilib. Hər iki dildə 174 səhifədən ibarət olan miniatür kitab 38x53 formatındadır. Kitab hər iki dildə ayrılıqda 250 nüsxə nəşr edilib. Azərbaycan dilində nəşrdə 14, ingilis dilindəki buraxılışda 17 şəkil yer alıb.
Miniatür kitaba Ulu öndər Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanma mərasimindəki nitqi və Prezident İlham Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasının 10 və 15 illiklərinə həsr olunmuş mərasimlərdəki nitqləri daxil edilib.
Kitab qızıl basmanaxışla işlənmiş ağ dəri futlyara (60x75) yerləşdirilib. Futlyarın üz tərəfində kitabın adı, əks tərəfində Qız qalası, kötüyündə “20.IX.1994 - 20.IX.2009” yazılıb, onların arasında isə neft platforması təsvir olunub.
Futlyarın sağ tərəfində kitab, sol tərəfində Ümummilli lider Heydər Əliyevin portreti olan medal yerləşdirilib. Medalın əks üzündə dəfnə və zeytun budaqlarının əhatəsində 90 rəqəmi, yuxarısında isə səkkizguşəli ulduz təsvir edilib. Moskva zərbxanasında hazırlanmış bu medalın müəllifi məşhur Moskva medalyeri İvan Kopıtkindir.
Nəşrin Azərbaycan dilində variantının sponsoru “Halal-H” MMC, ingilis dilində Sinqapurun “Caspian Shipyard Company” şirkətidir.
Miniatür Kitab Muzeyini indiyədək 183101 nəfər ziyarət edib.
Əməkdar incəsənət xadimi Zərifə Salahova belə gözəl məkanda təqdimat mərasiminə şərait yaradıldığına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Tədbir “Prezident olmaq...” (“Bıt prezidentom”) sənədli filminin nümayişi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

