/ / Yeni Azərbaycan Partiyası şəhər və rayon təşkilatları sədrlərinin növbəti ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyası şəhər və rayon təşkilatları sədrlərinin növbəti ümumrespublika müşavirəsi keçirilib
11.09.2013 [09:12]
Əli Əhmədov: Seçkinin taleyini həll etməyə qadir olan ən vacib resurs Azərbaycan vətəndaşlarının cənab İlham Əliyevə olan böyük inamı, İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə və dərindən dəstəkləməsidir
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın şəhər və rayon təşkilatları sədrlərinin növbəti ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib ki, bu günə qədər Yeni Azərbaycan Partiyası Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müəyyənləşdirdiyi bütün vəzifələri yerinə yetirib. O, xüsusilə, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldükdən sonra partiyanın yerli strukturları tərəfindən çox qısa müddətdə imzalar toplandı, Mərkəzi Seçki Komissiyasına təqdim olundu və Prezidentimizin namizədliyi qeydə alındı: “Bizim müəyyənləşdirdiyimiz proqrama və təqvimə uyğun olaraq, həyata keçirilməli olan digər seçki hərəkətləri də uğurla yerinə yetirilibdir. Bütövlükdə hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək fəallıq şəraitində keçirilməsi üçün hazırlığı qənaətbəxşdir. Yeni Azərbaycan Partiyasının böyük strukturu, çoxlu sayda üzvləri seçki kampaniyasının keçirilməsi prosesinə səfərbər edilibdir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim müşahidələrimiz onu göstərir ki, Yeni Azərbaycan Partiyasının çoxlu sayda üzvləri bu kampaniyanın həyata keçirilməsində yüksək fəallıq və fədakarlıq nümayiş etdirmək istəklərini aşkar şəkildə büruzə verirlər. Bu, Yeni Azərbaycan Partiyasının böyük, əhəmiyyətli seçki resursudur. Bizim təşkilati gücümüz bu resursu daha da artırır”.
Daha sonra YAP-ın Sədr müavini Əli Əhmədov qeyd edib ki, seçkinin taleyini həll etməyə qadir olan ən vacib resurs Azərbaycan vətəndaşlarının cənab İlham Əliyevə olan böyük inamı, İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə və dərindən dəstəkləməsidir. Bu dövr ərzində aparılan bütün müşahidələr də bizim qənaətimizi birmənalı şəkildə təsdiq edir. Onun sözlərinə görə, İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin rəğbətini qazanıb, seçicilərimizin mütləq əksəriyyəti cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir. Bu fakt ölkəmizdə mütəmadi olaraq keçirilən sorğuların nəticəsində də öz təsdiqini tapır.
“Hesab edirəm ki, insanlarımızın, seçicilərimizin belə bir münasibətinin formalaşması çox ciddi faktlara və əsaslara söykənir. Təbiidir ki, insanlar bu dəyişikliklərə, irəliləyişlərə istinad edərək İlham Əliyevin rəhbərliyi altında növbəti 5 ildə də Azərbaycanın inkişaf edəcəyinə qətiyyətlə, dərindən inanırlar”, - deyən İcra katibi Əli Əhmədov əlavə edib ki, həm ötən illər ərzində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirilməsi, həm də növbəti 5 ildə də Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında yenə də inkişaf edəcəyinə insanlarımızın dərindən inamı cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsinin çox ciddi fundamental əsası olmuşdur. “Hesab edirik ki, bu qənaət bu gün də mövcuddur, seçki gününə qədər də mövcud olacaq və seçki günü də insanlarımız elə bu qənaətdə səsvermə məntəqələrinə gələrək öz səslərini verəcəklər. Bizim rolumuz, bizim fədakarlığımız ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının hər birinin seçki məntəqəsinə gəlməsinə öz təbliğatımızla kömək edək. Seçki kampaniyasının yüksək fəallıq şəraitində, eyni zamanda, qanunvericiliyin tələblərinə və demokratik normalara uyğun şəkildə keçirilməsinə öz dəstəyimizi verək. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının 600 min nəfərlik ordusunun üzərinə düşən şərəfli vəzifə bundan ibarətdir”, - deyə YAP-ın Sədr müavini Əli Əhmədov bildirib.
Daha sonra YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov rayon və şəhər təşkilatlarının sədrlərinə prezident seçkiləri kampaniyasının qarşıdakı mərhələlərində görüləcək işlərlə bağlı müvafiq tövsiyyə və tapşırıqlarını verib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

