/ / Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclası keçirilib
Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclası keçirilib
10.09.2013 [09:43]
Sentyabrın 9-da Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 70-ci iclası keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın sərhəd xidmətlərinin, Sərhəd Qoşunlarının Komandanları Şurasının Əlaqələndirici Xidmətinin, MDB İcraiyyə Komitəsinin, MDB-nin Antiterror Mərkəzinin, Avrasiya İqtisadi Birliyinin nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev açılış nitqi ilə çıxış edib, iclasın MDB ölkələri arasında sərhəd məsələlərində əməkdaşlığın güclənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Sərhəd Qoşunlarının Komandanları Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov iclasın gündəliyini elan edib, müzakirə olunacaq və qarşıda duran məsələlər barədə məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev bildirib ki, daxili sabitlik, yüksək iqtisadi inkişaf templəri, uğurlu sosial siyasət və əhalinin rifah halının yaxşılaşması nəticəsində Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin təşkili üçün əlverişli məkana çevrilib. MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclası da bunu bir daha təsdiqləyir. Hazırda qloballaşma və dünya birliyində müxtəlif ölkələrin birləşməsi prosesi ilə əlaqədar dövlət sərhədlərinin səmərəli mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında əsas səylərdən biridir.
V.Əliyev qeyd edib ki, dövlət sərhədlərinin mühafizəsi beynəlxalq terrorizmə, separatizmə, transsərhəd mütəşəkkil cinayətkarlığa, qeyri-leqal miqrasiyaya, narkotiklərin və kütləvi qırğın silahının komponentlərinin qaçaqmalçılığına qarşı fəaliyyətin təsirli alətidir. Bugünkü iclasın iştirakçıları olan bütün ölkələr belə aktual və faciəvi sonluqla nəticələnən problemlərlə tez-tez üzləşirlər. Bizim sərhədlərimizi qoruyan şəxslər, sizin də sərhədlərinizi qoruyurlar. Hər ötən gün bizim səhv etmək hüququmuzu azaldır, məsuliyyətimizi isə artırır. Bu nöqteyi-nəzərdən beynəlxalq sərhəd əməkdaşlığı daha böyük əhəmiyyət kəsb edir. Şübhəsiz, sərhədlərin təhlükəsizliyinin təmin olunması, o cümlədən dövlət təhlükəsizliyi sistemi əsas prioritetlərdən biridir və regionda sabitliyin zəmanətidir. Hazırda dövlət sərhədində təhdidlərin spesifika və xarakteri, o cümlədən sərhədçilər qarşısında qoyulan hədəflər ölkələrimiz arasında sərhəd təhlükəsizliyinin təmin olunmasına yeni metod və yanaşmalar tələb edir.
V.Əliyev deyib: “Hazırda Azərbaycan dünya birliyində layiqli yer tutur və onun beynəlxalq aləmdə nüfuzu ildən-ilə artır. Buna nümunə olaraq son il yarım ərzində keçirilən “Eurovision-2012” mahnı müsabiqəsini, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Beynəlxalq Humanitar Forumu, Dünya İqtisadi Forumunu (Davos Forumu) və digər bu kimi beynəlxalq tədbirləri qeyd etmək olar. Azərbaycanın öz tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi 2012-ci ilin sentyabrından bu təşkilatda fəaliyyətdə başlamasını xüsusi qeyd etmək lazımdır.
V.Əliyev vurğulayıb ki, Azərbaycanının beynəlxalq əlaqələrinin genişlənməsi, o cümlədən Xəzərin neft yataqlarının, nəqliyyat dəhlizlərinin və ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması sərhəd xidmətində köklü dəyişiklikləri zəruri edir. Buna görə də dövlətimizin başçısı sərhəd təhlükəsizliyinin, sərhədlərin idarə olunması sistemlərinin inteqrasiya edilməsinə, sərhəd nəzarətində yeni norma və metodların tətbiqinə hərtərəfli dəstək göstərir. Son on ildə ölkəmizin başçısı 19 dəfə Sərhəd Xidmətinin müxtəlif hissələrinə baş çəkib və dövlət sərhədlərinin mühafizəsinin təşkili üzrə işlərin vəziyyəti ilə şəxsən tanış olub. 2005-ci ildən etibarən Sərhəd Xidmətinin büdcəsi yeddi dəfə artıb. Müasir sərhəd infrastrukturunun yaradılması üzrə böyük həcmdə işlər görülüb, maddi-texniki baza yaxşılaşdırılıb, 1200 mənzil, Olimpiya İdman Mərkəzi, istirahət evi tikilib və istismara verilib. Havadan nəzarətin gücləndirilməsi və Xəzərdə sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə sahil mühafizə dəstələri yaradılıb. Həmçinin şəxsi heyətin ixtisaslaşdırılmasının yaxşılaşdırılması məsələsinə də böyük diqqət ayrılır. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Akademiyası yaradılıb.
İclasda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf meylləri barədə fikir mübadiləsi aparılıb, 2013-cü ildə keçirilmiş birgə əməliyyat-profilaktik tədbirlərin nəticələri və 2014-cü ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib, gələn ilin fəaliyyət planı müzakirə olunub.
Sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.
İclas çərçivəsində bir sıra sərhəd xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətləri Dövlət Sərhəd Xidmətinin Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olublar.
Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti SQKŞ-də müşahidəçi statusuna malikdir. Qurumun 2001-ci ildə 40-cı, 2008-ci ildə isə 60-cı iclasları Bakıda keçirilib.
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04

