Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr...
19.06.2025 [09:27]
Böyük Britaniya ölkəmizin sülh təşəbbüslərini yüksək dəyərləndirir
Azərbaycanla Böyük Britaniya arasında geniş əlaqələr mövcuddur. Münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran məsələlər tərəflər arasında mütəmadi olaraq müzakirə edilir. Yəni Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı faydalı münasibətləri möhkəmləndirən faktorlardan biri də hər iki ölkə rəsmilərinin sıx təmasları və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. İyunun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemminin telefon danışığı da bu baxımdan diqqəti cəlb edir.
Telefon söhbəti zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, İsrail-İran qarşıdurması nəticəsində mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub. Birləşmiş Krallıq naziri Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kralın Təvəllüd Günü münasibətilə edilmiş təbriklərə görə təşəkkür edib. O, həmçinin Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşlarının həlak olması ilə bağlı Prezident İlham Əliyev tərəfindən göndərilmiş başsağlığı məktubunu yüksək dəyərləndirdiklərini bildirib. Nazir Ceyhun Bayramov isə öz növbəsində bayram təbrikinə görə təşəkkür edib, eləcə də təyyarə qəzası səbəbindən başsağlığı diləklərini çatdırıb.
Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd etmək lazımdır ki, Böyük Britaniya Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrini, NATO və Əfqanıstandakı koalisiyaya dəstəyini daim yüksək qiymətləndirib. Ümumiyyətlə, Böyük Britaniya ilə Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Belə ki, Londonla Bakı iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlərin daha da inkişafı kimi istiqamətlərdə sıx təmaslara malikdirlər. Bununla yanaşı, Böyük Britaniya özünün xarici siyasət strategiyasında, xüsusilə, beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq aləmdə etibarlı strateji tərəfdaş kimi qəbul edilməkdədir. Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış siyasət, həm də, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir.
Hazırda, Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə dünyanın aparıcı dövlətlərin və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Bunun da məntiqi nəticəsi kimi, dünya siyasətinin aparıcı nüfuzlu aktorlarından biri olan Böyük Britaniya Azərbaycanı regional və qlobal təhükəsizliyə fundamental töhfələr verən suveren milli aktor kimi qəbul edir və ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xüsusi önəm verir. Bu baxımdan, hər iki dövlətin nazirlərinin telefon danışığı zamanı apardığı müzakirələr böyük önəm kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25

