Mübariz Qurbanlı: ...Şərti qanun qoyur
14.08.2013 [09:10]
“Mili şura” deyilən qurum rəsmi bir qurum deyil, qeyri-rəsmi yaradılmış bir qurumdur və bu qurumun hansısa mitinq təyin etməsi ilk növbədə qanuna ziddir”.
Bu barədə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.az-a açıqlamasında “Milli şura”nın avqustun 18-nə təyin etdiyi mitinqlə bağlı deyib. M.Qurbanlı qeyd edib ki, “Milli şura” müraciət edərək, lazımi qanunlara əməl edib siyasi aksiya keçirmək istəsə və bu siyasi aksiyaya icazə verilməsə onun qarşısı qətiyyətlə alınacaq.
Millət vəkili mitinq qərarının onların iflası ilə bağlı olduğunu hesab edir. “Bu qurumda toplaşanlar ayrı-ayrı partiyaların nümayəndələridir. Faktiki olaraq bu adamlar iflasa uğrayıblar. Siyasi iflas onları gündəmdə qalmaq üçün bu cür hərəkətlərə vadar edir. Siyasi iflasa uğramış “Milli şura”nın üzvləri və burada cəmləşmiş partiyaların nümayəndələri mitinq adı altında həmin iflası ört-basdır etmək istəyirlər. Bilirsiniz ki, onlar radikal qanadı təmsil edirlər. Əvvəl radikal qanad bir namizədlə seçkiyə qatılmaq istəyirdi. Namizədlərini irəli sürəndə də düşünmədilər. Sonra məlum oldu ki, Rüstəm İbrahimbəyovun pasport məsələsi var. Bu problemdir, problemi də həll etmir. Mitinqlər də həmin səhvləri ört-basdır etmək məqsədi daşıyır” - deyə İcra katibinin müavini bildirib.
M.Qurbanlı hesab edir ki, “Milli şura”nın elə bir potensialı yoxdur: “Digər tərəfdən, qeyri-qanuni mitinqə cəhd etsələr qarşısı alınacaq. Eyni zamanda, hər-hansı mitinqlərlə siyasi iflası ört-basdır etmək mümkün olmayacaq. Biz əvvəldən demişdik, yenə də həmin fikirdəyik: Azərbaycan demokratik ölkədir və ölkəni demokratik hakimiyyət təmsil edir. Sadəcə olaraq bu iflasa uğramışlar aranı qarışdırmaq istəyirlər, lakin buna nail ola bilməyəcəklər”.
YAP İcra katibinin müavini “Milli şura” üzvlərinin mitinq üçün “20-ci sahə”ni qəbul etməyəcəklərini, Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) bir neçə yer təqdim edəcəklərinə də münasibət bildirib.
M.Qurbanlı bildirib ki, siyasi aksiya keçirəndə aksiyanı təşkil edənlər onun məsuliyyətini öz üzərlərinə götürürlər. Onun sözlərinə görə, siyasi aksiyanı qanun çərçivəsində həyata keçirirlər: “Bütün dünya ölkələrində siyasi aksiyaların keçirilməsi normaları necədirsə, Azərbaycanda da elədir. Yəni siyasi aksiya keçirən şərtini qoymur, şərti qanun qoyur. Şərti qanun müəyyənləşdirir ki, siyasi aksiya nədir, necə keçirilməlidir? Bu da “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunla tənzimlənir. Bu qanun tələbələrinə hamını, istər hakimiyyət olsun, istərsə də mitinq keçirmək istəyən müxalifət, yaxud siyasi partiya olsun, əməl etməyə çağırır. Hamımız qanuna əməl etməyə məcburuq, borcluyuq. Ona görə də, onların şərt qoyması ki, mütləq istədiyimiz yerdə keçirmək istəyirik, əlbəttə ki, bu qəbul edilən deyil. Qanun necə tələb edirsə, ona uyğun hərəkət etməlidir”.
M.Qurbanlı diqqətə çatdırıb ki, BŞİH müraciət edənlərə qanuna uyğun şəkildə cavab verir. Onun sözlərinə görə, bu cavablar BŞİH-nin özünün istəyi deyil, qanunun tələbidir.
“Qanunun tələbi ilə də mitinqlərin, aksiyaların keçirilməsi yerləri müəyyən edilib, aksiyalar da həmin yerlərdə olmalıdır. Amma, hökm edəsiniz, şərt qoyasınız ki, mən mütləq burda keçirmək istəyirəm, bu, qanuna qarşı təpkidir, sayğısızlıqdır, hörmətsizlikdir. Ona görə də, bu cür hərəkətlər heç kim tərəfindən təqdir edilmir, qəbul edilən deyil” - deyə, M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26

