/ / Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisində açıq gün səhər saatlarından başlayıb və günün sonunadək davam edib
Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisində açıq gün səhər saatlarından başlayıb və günün sonunadək davam edib
07.08.2013 [09:08]
XX əsrin məşhur rəssamı Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisində avqustun 6-da açıq gün olub.
AzərTAc xəbər verir ki, böyük sənətkarın 85 illik yubileyi münasibətilə elan edilən açıq gündə bütün ziyarətçilər sərgiyə sərbəst şəkildə tamaşa etmək hüququ qazanıblar.
Sərgidə XX əsrin pop-art sənətinin məşhur simasının 100-dən çox əsəri, kiçik filmləri nümayiş olunur.
Azərbaycanda ilk dəfə keçirilən bu sərgi yerli sakinlər və turistlər arasında böyük maraqla qarşılanıb. Bu günədək 2000-dən çox ziyarətçi Endi Vorholun müxtəlif illərdə çəkdiyi “Güllər” (Flower), Kamuflyaj” (Camuflaje), “Sonuncu şam yeməyi” (The Last Supper), “Dua edən kişi əlləri” (Male hand Praying), “Elektrik stulu” (Electric Chair), “Nəsli kəsilməkdə olan növlər”, “İntibah rəsmlərindən fraqmetlər”, “Avtoportret”, “Azadlıq heykəli” və digər dünya şöhrətli əsərləri ilə tanış olmaq imkanı əldə ediblər.
Sərgini ziyarət edən insanlar öz təəssüratlarını bölüşüblər. Onlar məşhur rəssamın yaradıcılığı barədə məlumatlarının olduğunu söyləyərək qüdrətli fırça ustasının əsərlərində bir çox mövzuları əks etdirdiyini və bunların hər kəsin yaddaşında dərin iz buraxdığını bildiriblər. Ziyarətçilər dünya şöhrətli rəssamın yaradıcılığının özünəməxsusluğu ilə seçildiyini söyləyib və onun əsərlərinin Azərbaycanda sərgilənməsinin xoş hadisə olduğunu qeyd ediblər. Onlar sərginin davam etdiyi müddətdə yenə də bu gözəl məkanı ziyarət etməyi düşündüklərini söyləyiblər.
Sərgidə açıq gün səhər saatlarından başlayıb və günün sonunadək davam edib.
Ümumiyyətlə, Mərkəzdə iyunun 21-də Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə açılmış sərgi sentyabrın 18-dək davam edəcək. Bu sərgi Heydər Əliyev Mərkəzinin mədəniyyətlərin bir-birinə qovuşması, xalqlar arasında dialoqun yaranması istiqamətində uğurlu layihələrindən hesab olunur.
Endu Vorhol 1928-ci il avqustun 6-da Pitsburqda (ABŞ, Pensilvaniya ştatı) dünyaya gəlib. Mərhum sənətkar rəssamlıqla yanaşı, kinoprodüser, kinoaktyor, fotoqraf, reklam meneceri kimi də fəaliyyət göstərib.
XX əsrin məşhur rəssamlarından olan Endi Vorholun əsərləri indiyədək dünyanın əksər muzey və rəsm qalereyalarında sərgilənib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51

