Siyasi münasibətlərin inkişafında mühüm addım
02.05.2025 [09:38]
Partiya sədrləri səfəri təqdir edirlər...
Ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya dialoq mühitinin inkişafına mühüm töhfələr verib. Fərqli siyasi baxışlara malik təşkilatların milli maraqlara söykənən məsələlərdə vahid mövqedən çıxış etməsi olduqca mühüm mənzərə formalaşdırır - xüsusilə, İkinci Qarabağ müharibəsi dövründə Ali Baş Komandanın ətrafında birlik nümayiş etdirərək siyasi həmrəylik nümunəsinin ortaya qoyulması Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu prosesində əldə etdiyi mühüm nailiyyətdir. Bu proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkil etdiyi səfərlər siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində əsaslı addımlar kimi dəyərləndirilir. Azərbaycanın siyasi palitrasında mühüm yeniliklərə yol açan, yeni siyasi konfiqurasiya çərçivəsində inkişaf edən dialoq mühiti, siyasi həmrəylik bu dəfə Laçın rayonuna səfərdə öz təzahürünü tapdı. Belə ki, artıq sayca 6-cı olan birgə səfərin bu dəfəki ünvanı Laçın olub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da həyata keçirilmiş səfərdə ümumilikdə, 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında ətraflı məlumatlar verilib.
Arzuxan Əlizadə: Səfər zamanı hər kəs Laçında görülən işlərlə yaxından tanış olmaq imkanı qazandı
Səfərlə bağlı təəssüratlarını “Yeni Azərbaycan” qəzeti ilə bölüşən AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin əksəriyyətinin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi əsasında milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, Laçın səfəri mühüm əhəmiyyət daşıyır. Bilindiyi kimi, istər müharibə dövründə, istərsə də post-müharibə dövründə Laçın özünün strateji əhəmiyyəti ilə seçilib. Antiterror tədbirlərindən öncə Laçında təsis olunan post bu prosesdə həlledici rollardan birini oynamışdı. Səfər zamanı hər kəs Laçında görülən işlərlə yaxından tanış olmaq imkanı qazandı. Səfər çərçivəsində həm də görüləcək işlərlə bağlı bizlərə məlumatlar verildi. Bu olduqca əhəmiyyətlidir. Azərbaycan dövlətinin apardığı bu meqafəaliyyətin nəticələrini əyani şəkildə görürük. Düşünürəm ki, bu kimi səfərlər siyasi həmrəyliyimizin möhkəmləndirilməsi ilə yanaşı digər problemlərin də həllinə yaxından kömək göstərəcək. O baxımdan ki, fərqli siyasi partiyalar bərpa prosesi və ya hər hansı bir digər məsələ ilə bağlı öz təkliflərini irəli sürə bilər ki, bu da ümumi işə ancaq fayda verər. Bu məsələdə hər kəs aktiv olmalı və ölkəmizin mövqelərinin daha da güclənməsinə töhfəsini verməlidir”.
Razi Nurullayev: Laçını birgə ziyarət həm dünyaya, həm də Azərbaycan cəmiyyətinə pozitiv mesajlar verir
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev siyasi partiya rəhbərlərinin Laçına səfərini mühüm bir hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, siyasi partiyaların birgə qələbənin nəticələrini əyani şəkildə görməsi və Xankəndi, Əsgəran və Xocalıdan sonra Laçına səfər etməsi siyasi mədəniyyətin daha da dərinləşməsinə xidmət edən addımdır. Millət vəkili bu istiqamətdə ölkə Prezidentinin iradəsinin ortada olduğunu bildirib və qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və bu şöbənin müdiri Ədalət Vəliyev səmimi fəaliyyəti bu iradənin həyata keçirilməsində əsaslı nəticələr verib: “Siyasi partiyalar ümummilli məsələlərdə bir yerdədirlər. Ən əsası isə, vaxtilə biri-birinə qarşı mövqe tutan təşkilatlar belə bu birlikdə təmsil olunurlar. Münasibətlərin qurulmasındakı mürəkkəblik artıq mövcud deyil. Əksəriyyət anlayıb ki, ümumdövlət, millət məsələsində məhz bu cür davranış sərgiləmək labüddür. Laçında görülən işlər hər birimizi sevindirir, qürurlandırır. Siyasi partiyaların Laçını birgə ziyarəti istər dünyaya, istərsə də Azərbaycan cəmiyyətinə pozitiv mesajlar verir. İnsanlar bu mənzərəyə baxanda birlik nümunəsi, həmrəylik nümunəsi oratya qoyan siyasi partiyaları görürürlər. Əminəm ki, bu ənənə Azərbaycanda siyasi mədəniyyətin partiya demokratiyası fonunda inkişafını təmin edəcək. Bütövlükdə, prosesi və Laçın ziyarətini təqdir edirəm. Özüm də bu səfərdə iştirak etdim və digər partiyaların rəhbərləri ilə də səmimi müzakirələr, dailoq imkanları əldə etdik və bunu yüksək dəyərləndirirəm”.
Ağasif Şakiroğlu: Belə səfərlər siyasi dialoqun dərinləşməsinə yol açır
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, yeni siyasi konfiqurasiyanın əsasında məhz siyasi dialoq mühitinin formalaşdırılması dayanır. Dialoq ənənəsi isə dövlətin əldə etdiyi uğurlara, qalibiyyətə və zəfərə hədəflənməlidir. 2020-ci ilin vətən müharibəsi dövründə siyasi partiyaların milli maraqlar ətrafında birləşməsi də məhz bu uğurları yaradan şərtlər sırasında qeyd olunur. O bildirib ki, həmin milli həmrəyliyin nəticələri ortadadır - suverenliyimizin bərpası hər bir siyasi partiya təmsilçisində, hər bir vətəndaşda xüsusi qürur hissi yaradır. 30 ilə yaxın işğal altında olan və xüsusi bir həssas anlam daşıyan Laçına səfər siyasi qüvvələrin yeni konsolidasiyasına, milli həmrəylik üçün dialoqun genişləndirilməsinə daha da yaxından köməklik göstərir: “Laçın səfəri yalnız doğma bir diyara edilən səfər deyildi. Laçın səfəri Azərbaycan diplomatiyasının, Azərbaycan Prezidentinin apardığı siyasətin uğurunun göstəricisidir. Bəlli olduğu kimi, Laçın 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın imzaladığı kapitulyasiya ilə qeyri-döyüş şəraitində təslim edilib. Bu isə Azərbaycanın diplomatik uğurlarının bariz sübutu kimi ön plana çıxır”.
Partiya sədri bildirib ki, səfər əsnasında Laçında aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olmaq imkanı əldə edilib. “Hesab edirəm ki, belə səfərlər siyasi münasibətlərin müsbət inteqrasiyasını artırır, siyasi dialoqun bir qədər dərinləşməsinə yol açır”, - deyə GAP sədri deyib.
Musa Ağayev: Laçında qısa zamanda görülən işlər olduqca təqdirəlayiqdir
Yeni Zaman Partiyasının sədri Musa Ağayev bu səfəri ölkəmizdəki siyasi həmrəyliyin, birliyin növbəti təcəssümü kimi qiymətləndirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə iqtidarla müxalifət arasında fəal dialoq mühiti mövcuddur. Bu, dövlətimizin inkişafına da öz töhfəsini verir: “Xatırlayırıqsa, 2020-ci ilin sentyabrın 27-də, əks-hücum əməliyyatları başlayan günü siyasi parityalar birlik, həmrəylik bəyanatı imzaladılar. Hətta o dövrdə bəzi beynəlxalq dairələr bundan narahatlıq keçirirdi. Onlar təsəvvür edə bilmirdilər ki, Azərbaycan cəmiyyəti bir yumruğa çevrilib vahid mövqedən çıxış edər. Amma xalqımız, siyasi təşkilatlarımız yekdil şəkildə Prezidentimizin ətrafında birləşdi. Postmüharibə dövründə də bu birliyin davam etdirilməsi zəruridir. Bu baxımdan, Laçın səfərində növbəti dəfə nümayiş etdirilən siyasi həmrəylik xarici qüvvələrə və eyni zamanda, daxildə siyasi sabitliyə qarşı olanlara bir mesaj xarakteri daşıdı. Siyasi partiya rəhbərləri bir daha göstərdilər ki, onlar bir yerdədirlər və ölkəmizə qarşı olan təhdidlərə də birgə cavab verməyə hazırdırlar”.
Laçın səfərinin xüsusi bir hiss oyatdığını deyən M.Ağayev həmin torpaqların azadlığı uğrunda şəhid olan igidlərimizin ruhuna rəhmət oxudu: “Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq. Cənab Prezidentimizə bir daha dərin təşəkkürümüzü bildiririk. Laçında qısa zamanda görülən işlər olduqca təqdirəlayiqdir. Artıq insanlarımız həmin torpaqlarda yaşayırlar. Bu bizləri sevindirir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45

