Hikmət Babaoğlu: Qondarma “Milli şura” öz “lider”indən “siyasi Don Kixot” yaratmağa çalışır
30.07.2013 [09:36]
“Rüstəm İbrahimbəyovun kim olduğu və fəaliyyəti dövründə vergi ilə bağlı hansı qanun pozuntularına yol verdiyi Azərbaycan ictimaiyyətinə məlumdur”
“Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib-gəlməməsilə bağlı məsələ süni şəkildə şişirdilərək ölkənin siyasi gündəmində saxlanılmağa çalışılır. Bu məsələ ilə bağlı Eldar Namazovun verdiyi açıqlama isə qeyri-ciddi və məntiqsizdir”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu deyib.
Baş redaktorun sözlərinə görə, Rüstəm İbrahimbəyovun kim olduğu və fəaliyyəti dövründə vergi ilə bağlı hansı qanun pozuntularına yol verdiyi Azərbaycan ictimaiyyətinə məlumdur: “Hamı bilir ki, Azərbaycan hüquqi dövlətdir. Bu hüquqi dövlətin qarşısında bütün vətəndaşlar bərabarhüquqlu və eynidir. Ona görə də bu və ya digər şəkildə qanun pozuntusuna yol verən şəxs bir vətəndaş kimi məsuliyyətdən kənarda qala bilməz. Əgər R.İbrahimbəyov Azərbaycana gələrsə, qanunun tələb etdiyi bütün prosedurlar yerinə yetiriləcək. R.İbrahimbəyov vergi ilə bağlı hansı qanun pozuntularına yol verdiyi barədə xəbərdardır. Ola bilsin ki, o, Azərbaycana məhz buna görə gəlmək istəmir. Qalan izahatlar isə qeyri-ciddidir. Hesab edirəm ki, Azərbaycanda olan bütün münasibətlərin (vətəndaş-dövlət, siyasi partiya-dövlət və yaxud siyasi partiya-cəmiyyət münasibətlərini) hamısını hüquqi platformada, hüquqi müstəvidə qiymətləndirmək lazımdır. Azərbaycanda demokratik cəmiyyət var. Hüquq canlı orqanizm kimi Azərbaycanın siyasi sistemində öz funksionallığını yerinə yetirir”.
Rüstəm İbrahimbəyov Tbilisiyə niyə gedir...?
Məsələnin siyasiləşdirilməsinə gəlincə, Hikmət Babaoğlu deyib ki, qeyri-ənənəvi müxalifət adlandırdığımız, millətə heç bir aidiyyatı olmayan “Milli şura” adlı bu qurum öz “liderindən” yeni siyasi “Don Kixot” yaratmağa çalışır: “Bu “Don Kixot”çuluq qeyri-ənənəvi müxalifəti müxtəlif macəralara doğru sürükləyir. Bu macəraların sonu onların özü üçün yaxşı heç nə vəd etmir. Səfərin təxirə salınmasının bir səbəbi isə ondan ibarətdir ki, etibarlı mənbələrdən alınan məlumatlara görə, Tbilisidə təşkil olunacaq görüşdə ermənilər də iştirak edəcək. Çünki, bizə məlumdur ki, R.İbrahimbəyovun bu günə qədərki “siyasi fəaliyyəti” anti-azərbaycançı mərkəzlər və xüsusilə erməni lobbisi tərəfindən stimullaşdırılır. Bu günə qədər Azərbaycanla və xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağda yaşayan ermənilərlə bağlı R.İbrahimbəyovun mövqeyini Azərbaycanda hər kəs bilir”.
R.İbrahimbəyov şifahi nitqində üzərinə götürdüyü öhdəliyi rəsmiləşdirəcək
Baş redaktor Hikmət Babaoğlunun sözlərinə görə, ermənilərə münasibət, Dağlıq Qarabağın ermənilərə verilməsilə bağlı bu və ya digər fikirlər R.İbrahimbəyovun dilindən səsləndirilsə də, erməniləri şifahi söylənən bu siyasi nitqlər qane etmir: “Onlar məsələnin yazılı şəkildə, öhdəçilik kimi bu insanın üzərinə qoyulmasını istəyirlər. R.İbrahimbəyov da, əldə etdiyimiz məlumatlara görə, buna razılıq verib. Tbilisi şəhərində keçiriləcək görüşdə ermənilərlə İbrahimbəyov, eləcə də onun “Milli şura”sının digər üzvləri arasında xüsusi saziş (işğal altında olan torpaqlarımızla bağlı iddiaların bir daha irəli sürülməməsi və Dağlıq Qarabağın ermənilərə verilməsi ilə bağlı) imzalanacaq. Beləcə, R.İbrahimbəyov öz üzərinə götürdüyü öhdəçiliyi rəsmiləşdirəcək”.
Rəsul Quliyev və Arif Hacılı məhəlli marginal qrupları təmsil edirlər
Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə Müsavat Partiyası, xüsusilə bu partiyanın icra aparatının rəhbəri Arif Hacılı arasında intiriqalara da toxunan Baş redaktor qeyd edib ki, ənənəvi müxalifət kimi səciyələndirə biləcəyimiz bu partiyalar arasında həmişə ciddi şəkildə qarşıdurma və qarşılıqlı patoloji nifrət olub: “İndiki mərhələdə isə Azərbaycan müxalifəti ciddi siyasi və psixoloji gərginlik keçirir. Çünki, onların təxminən 21 illik fəaliyyəti dövründə heç bir uğur, nailiyyət əldə edilməyib. Bunun səbəbi isə onların siyasi fəhmsizliyi, liderlik keyfiyyətlərinin olmaması və cəmiyyətdə baş verən prosesləri düzgün qiymətlədirə bilməmələridir. Belə olan halda bu gün Azərbaycan müxalifəti 2013-cü il kimi məsuliyyətli ildə, yəni seçki ilində həm siyasi, həm psixoloji, həm də mənəvi baxımdan darmadağın olmuş vəziyyətdədir. Belə olan halda isə ən asan yol bu vəziyyətin səbəbkarı kimi müxtəlif hədəfləri göstərməkdən ibarətdir. Ona görə də burada Arif Hacılı günahkar kimi Rəsul Quliyevi, Rəsul Quliyev isə Arif Hacılını göstərir. Eləcə də AXCP “Müsavat”ı, “Müsavat” isə digər başqalarını hədəfə alır və s. Bu, onun göstəricisidir ki, belə bir məsuliyyətli ildə öz nöqsanlarını görüb, təhlil edib, qiymətləndirib bir nəticə çıxarmaq əvəzinə, onlar bir-birlərini hələ də ittiham edirlər. Belə siyasətə “məhəlli” siyasət deyirlər. Özünü siyasi partiyalar kimi təqdim etmək istəyən insanlara, qruplara isə marginal qruplar deyirlər. Yəni, politoloji leksikonda bunların adları bundan ibarətdir. Məsələ burasındadır ki, bu qruplar bu gün məhəlli siyasət səviyyəsində belə öz siyasətlərini apara bilmirlər”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

