Cenevrədə Türk dünyasına dair akademik müzakirə aparılıb
10.04.2025 [17:21]
Cenevrə şəhərində Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzində (GCSP) Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, Türk Dövlətləri Təşkilatının (TDT) Sədrliyi qismində Qırğız Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzi və BMT-nin Sülh Universitetinin birgə təşkilatçılığı ilə “Türk Dünyasına dair akademik müzakirə: əməkdaşlıq imkanlarının araşdırılması” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Cenevrə Universitetinin Təhlükəsizlik məsələləri üzrə Mərkəzinin nümayəndəsi elmlər doktoru Ventseslav Sabevin moderatorluq etdiyi tədbirin açılışında Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin icraçı direktoru səfir Tomas Qreminger, Azərbaycanın Cenevrədəki daimi nümayəndəsi səfir Qalib İsrafilov, Qırğızıstanın Cenevrədəki daimi nümayəndəsi səfir Omar Sultanov və BMT-nin Sülh Universitetinin Cenevrədəki daimi müşahidəçisi səfir David Fernandez Puyana çıxış ediblər.
T.Qreminger çıxışında Türk dünyasının Avrasiyada unikal yer tutduğunu vurğulayıb. O, Türk dövlətləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edərək, bu prosesin nəticəsi olaraq 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrildiyini bildirib. T.Qreminger əlavə edib ki, bu, təşkilatın qlobal çağırışlarla mübarizə sahəsində beynəlxalq ictimaiyyətlə daha geniş və səmərəli əməkdaşlıq imkanları yaradıb.
Səfir Qalib İsrafilov türk xalqlarının ortaq dəyərlərə əsaslanan sıx əlaqələrini tarixən qoruyub saxladıqlarını və dünya sivilizasiyasına verdiyi unikal töhfəni vurğulayıb. TDT ilə əməkdaşlıq imkanlarına toxunan səfir təşkilatın Avrasiyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafa töhfəsi baxımından əhəmiyyətini də qeyd edib.
Türk Dövlətləri Təşkilatının Sədrliyi qismində çıxış edən Qırğızıstanın Cenevrədəki daimi nümayəndəsi səfir Omar Sultanov təşkilatın məqsədləri, əməkdaşlıq imkanları və perspektivləri barədə məlumat verib.
David Fernandez Puyana BMT Baş katibinin “Yeni sülh gündəliyi” çərçivəsində regional təşkilatların sülhün və təhlükəsizliyin təmin edilməsi perspektivindən çıxış edərək, bu xüsusda Türk Dövlətləri Təşkilatının rolundan bəhs edib.
Tədbirin panel müzakirələr hissəsində əsas natiq qismində çıxış etmiş Azərbaycan Respublikasının sabiq Baş naziri və sabiq xarici işlər naziri, tarix elmləri doktoru, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov dünya elmində türk sivilizasiyası haqqında kifayət qədər araşdırmanın olmadığını vurğulayaraq, türk sivilizasiyasının tarixi təşəkkülü, türk dili və türk dövlətçiliyi tarixi, habelə mədəni təzahürləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə, həmçinin İsveçrənin Azərbaycanda səfiri olmuş Valter Giqer panelçi qismində çıxış edib. O, Qərbdə Türk dünyasına və ümumilikdə bu coğrafiyaya kifayət diqqət yetirilməməsi, regionun yeni müstəqil güc mərkəzi olaraq inkişafı, region ölkələrinin ərazilərindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətini vurğulayıb.
Əsas çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tədbirdə Cenevrədə fəaliyyət göstərən akademik dairələr və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22

