BMT-də Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib
05.04.2025 [13:21]
Nyu-Yorkda BMT-nin mənzil qərargahında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinq keçirilib.
AZƏRTAC-ın məlumatına görə, açılış nitqi ilə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, partlayıcı döyüş silahları və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə olan bir çox ölkələrə təsir göstərməkdə davam edir və mülki əhali, hərbçilər, sülhməramlılar və humanitar heyət üçün ölümcül təhlükə yaradır. O bildirib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu bu təhlükənin təsirinə məruz qalıb. Səfir əlavə edib ki, münaqişənin başa çatmasına və sülh gündəliyində əldə edilən irəliləyişlərə baxmayaraq, ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artır. O, 2020-ci ilin 10 noyabr tarixindən indiyədək mina qurbanlarının sayının 388-ə çatdığını və xəsarət alanların əksəriyyətinin mülki şəxslər olduğunu deyib.
“Minalar əsas yenidənqurma işlərini ləngidir və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına mane olur. Geniş şəkildə mina çirklənməsi davamlı inkişaf proseslərinin həyata keçirilməsinə ciddi maneələr yaradır”, - deyə səfir bildirib.
Daha sonra Azərbaycanda mina fəaliyyətləri və yenidənqurma işlərinə dair videoçarx nümayiş olunub.
Ardınca çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan minalardan ən çox əziyyət çəkən ilk on ölkədən biridir və Birləşmiş Millətlər Təşkilatı da bu problemin olduğunu təsdiqləyib. O, minaların təsirlərinin bir neçə il, bəlkə də onilliklər sonra da hiss olunacağını qeyd edib. Fərid Şəfiyev mina ilə bağlı statistikanın Azərbaycanda demək olar ki, hər gün dəyişdiyini vurğulayıb: “Azərbaycan ərazisində təxminən 1,5 milyona yaxın mina basdırılıb. Azərbaycanda 800 min məcburi köçkün Vətənə qayıdışını gözləyir. Minalar onların geri qayıtmasının qarşısını alır, ona görə də hökumət onların həmin ərazilərə təhlükəsiz qayıtmasını təmin etmək istəyir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra minaçıxarma əməliyyatlarında mühüm irəliləyiş əldə edilib, ümumilikdə 179 min hektar ərazi uğurla təmizlənib”, - deyə BMTM-in sədri bildirib. Fərid Şəfiyev əlavə edib ki, Ermənistanın təqdim etdiyi xəritələr təxminən 25 faiz dəqiqliyə malikdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Hərbi-siyasi məsələlər idarəsinin rəisi Anar Mütəllimov çıxışı zamanı qeyd olunan statistikaların arxasında həm də insan həyatı, şəxsi və ailə faciəsinin dayandığını bildirib. Onun sözlərinə görə, bu hərəkətlər təkcə müharibə cinayəti deyil, həm də beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
O bildirib ki, hətta 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra da Ermənistan Azərbaycan ərazisi daxilində və yeni minalar yerləşdirməyə davam edib. BMT İnkişaf Proqramının (UNDP) Böhrana Hazırlıq, Cavab və Bərpa Qrupunun rəhbəri Devanand Ramiah Azərbaycanla mina təmizlənməsi sahəsində əməkdaşlığın 1998-ci ildən başladığını bildirib. Onun sözlərinə görə, təmsil etdiyi qurum ANAMA-nın yaradılmasını dəstəkləyib və bu əməkdaşlıq mina və partlamamış hərbi sursatlar probleminin həllində mühüm rol oynayıb. UNDP rəsmisi 2020-ci ildən əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan vasitəsilə birgə missiya həyata keçirdiklərini əlavə edib.
Marşal İrs İnstitutunun icraçı direktoru Elis Bekker bu il Azərbaycan torpaqlarında minaların təmizlənməsi sahəsində tərəfdaşlığın 20 illiyinin qeyd olunduğunu deyib. O bu çərçivədə Azərbaycana 90 minaaxtaran it ianə edildiyini vurğulayıb. O, bu əməkdaşlıqdan çox məmnun olduqlarını dilə gətirib.
Daha sonra BMT yanında daimi nümayəndəliklərin və təşkilatların rəsmiləri çıxış edib, minatəmizləmə ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, martın 24-dən aprelin 4-nə kimi Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
