Vətəndaş cəmiyyəti etiraz edir...
19.03.2025 [10:18]
Avropa Parlamenti beynəlxalq güclərin və erməni lobbisinin diktəsi ilə işləyir
Avropa Parlamentinin martın 13-də Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə cəmiyyətimizdə ciddi etirazla qarşılanır. Bu dəfə qurum Bakıda məhkəməsi davam edən erməni canilərin müdafiəsinə qalxıb. “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı “sənəd” müharibə cinayətləri törətmiş, Xocalı cəlladları olan canilərin azad olunmasına “çağırış” edir. Nə qədər absurd olsa da, Avropa Parlamenti onların həbsini “qanunsuz” sayır. Qətnamə, həmçinin bu məhkəməni həyata keçirən hakimlər Zeynal Ağayev, Camal Ramazanov və Anar Rzayevə qarşı məqsədyönlü sanksiyaların tətbiq edilməsinə “çağırır”.
Çingiz Qənizadə: Onlar sifariş yerinə yetirirlər
Yeri gəlmişkən, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin qəbul etdiyi sözügedən qətnamə ilə əlaqədar təşkilata etiraz məktubu ünvanlayıb. Məktubda “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı qətnamənin əsassız, qeyri-obyektiv və qərəzli olduğu bildirilib. Bununla yanaşı ölkəmizin vətəndaş cəmiyyətinin təmsilçiləri də sözügedən təşkilatın qəbul etdiyi qətnaməni pisləyiblər. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropa Parlamenti ölkəmizə qarşı dəfələrlə qeyri-obyektiv sənəd qəbul edib. Halbuki, 1990-cı illərin əvvəlindən torpaqlarımız Ermənistan tərəfindən işğal olunmuşdu və məntiqlə təşkilat işğalçı ölkəyə yönəlik qətnamələr qəbul etməli idi. Lakin Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib. O dövrdə Ermənistanın işğalçılıq siyasətini pərdələmək üçün “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib.
Həmsöhbətimiz hesab edir ki, hazrkı qətnamənin qəbul olunması da avropalı parlamentarilərin erməni lobbisinin əlində alət olduğunu təsdiqləyir. Qurumdakı parlamentarilər onların sifarişlərini yerinə yetirir. Onun sözlərinə görə, elə qətnamə qəbul olunan günü lobbiçilik ətrafında korrupsiya faktının üzə çıxması deyilənləri təsdiqləyir. Ç.Qənizadənin fikrincə, avropalı deputatların Bakıda həbsdə olan erməni canilərə ürəyi yanmır. Hətta Ermənistan parlamenti onlar barəsində bəyanat qəbul etməyib. “Məntiqlə erməni deputatlar bu tipli sənədlər qəbul etsəydilər başa düşmək olar ki, onlar ermənidirlər. Amma Ermənistan parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi olmadığı halda, Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur”,-deyə o söyləyib.
Hüquq müdafiəçisi qeyd edib ki, avropalı parlamentarilərin erməni diasporu və lobbisi tərəfindən pulla satın alınması şübhə doğurmur. Onun sözlərinə görə, müəyyən dairələr bu yolla nəyəsə nail olacaqlarına, Azərbaycana təzyiq edə biləcəklərinə ümid edirlər. Ancaq onlar çox yanılırlar. “Çünki Azərbaycana təzyiq etmək mənasızdır. Çünki dövlətimiz təzyiqlərə heç zaman boyun əymir. Erməni canilərin keçirilən məhkəmə prosesi həm dünyanın gözü qarşındadır, həm də tarixi ədalətdir. Əminəm ki, avropalı deputatlar öz ölkələrində belə şəxslər olsaydı, onların edam edilməsi təşəbbüsünü qaldırardılar. Azərbaycan isə onların hüquqlarını təmin edib, müdafiəçi, tərcüməçi ayrılıb, ifadə verirlər, saxlanma şəraitindən də narazılıq etməyiblər. Ona görə də Avropa Parlamentinin qətnaməsi heç bir təsir qüvvəsi olmayan bir kağızdır. Həmin qətnamə kağız parçası olmaqla yanaşı çirkin kampaniyadır”, -deyə Ç.Qənizadə vurğulayıb.
Kənan Qubadzadə: Azərbaycana təzyiq etmək mümkün deyil
“Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə isə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Parlamenti ölkəmizə qarşı düşmən mövqeyi sərgiləyir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamentində ölkəmizə qarşı qəbul edən qətnamələrin, belə demək mümkünsə, sayı-hesabı yoxdur: “Bakıda erməni canilərin məhkəməsi davam edir və məhkəmə prosesi şəffaf keçirilir. Nə qədər absurd olsa da, həm Ermənistan, həm də xaricdəki erməni lobbisi bu məsələ ilə bağlı dezinformasiya yayır, konkret cinayətlərdə ittiham olunan şəxslərin mühakimədən yayındırılması üçün fərqli yollara əl atırlar. Həmin dairələrin məqsədi Azərbaycana beynəlxalq təzyiq göstərmək və bəlkə bu təzyiq yolu ilə onların azad edilməsinə çalışmaqdır. Avropa Parlamenti də erməni lobbisinin əlində alət olduğu üçün bu tipli saxta, qərəzli qətnamə qəbul edib”.
QHT rəhbəri qeyd edib ki, bu gün Avropa dəyərlərinin aşınmaya məruz qalması təəssüf doğurur. Avropa təsisatlarının yarandıqları zaman xüsusilə beynəlxalq hüquq, insan haqları və demokratiya kimi prinsiplərin əsas götürüldüyünü xatırladan K.Qubadzadənin sözlərinə görə, artıq həmin təşkilatların fəaliyyətində bu prinsiplərə riyaət olunmur: “Bu təşkilatlar hazırda beynəlxalq güclərin və lobbilərin diqtəsi ilə işləyir. Yəni, fundamental dəyərlər onlar üçün arxa plana keçirilib. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də bunun sübutudur. Lakin bu addımlarla Azərbaycana təzyiq etmək mümkün deyil. Çünki dövlətimizin addımları beynəlxalq hüquqa və qanunun aliliyinə əsaslanır. Məhkəməsi keçirilən erməni canilərin cinayətləri ilə bağlı təkzibedilməz faktlar mövcuddur. Avropa Parlamenti kimi erməni lobbisinin əlində alət olan qurumların qəbul etdiyi sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Ciddi beynəlxalq təşkilatlar isə belə məsələlərdə obyektiv olmağa çalışırlar. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd etməsi də buna nümunədir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19

