Saxta “sülhpərvər”...
26.02.2025 [10:14]
İcma Mirzoyanın yalan və unutqanlığını ifşa edib
Ermənistanın davranışları onun sülhə maraqlı olmadığını nümayiş etdirir. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının iclasındakı çıxışında səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Nə qədər paradoksal olsa da, Mirzoyan ölkəmizin sülhə maraqlı olmadığını deyib, Azərbaycanda hazırda məhkəmələri davam edən bir qrup müharibə cinayətkarına haqq qazandıran, insan hüquqları anlayışına zidd və bölgədə sülh səylərinə mane olan fikirlər səsləndirib. O iddia edib ki, guya Azərbaycandan verilən bəyanatlar Ermənistanın ərazi bütövlüyünü şübhə altına qoyur. Mirzoyan burada 1991-ci il Almatı Bəyannaməsinə istinad edib. Sual olunur, əgər Ermənistan bu sənədə sadiq idisə, niyə onun imzalanmasından qısa müddət sonra Azərbaycan torpaqlarının 20 faizini işğal etdi?
Yalan üzərində qurulmuş çıxış...
Görünən odur ki, erməni tərəfi beynəlxalq ictimaiyyəti aldatmaq “ənənəsindən” əl çəkməyib. Mirzoyan çıxışı zamanı yalanlarını davam etdirərək söyləyib: “Ermənistan regionumuzda sülh və sabitliyin bərqərar olması missiyasına sadiq qalır, bu yöndə Azərbaycan tərəfinə bir neçə təkliflər verib. O cümlədən, sülh müqaviləsi, nəqliyyat infrastrukturunun açılması, silahların qarşılıqlı nəzarəti və yoxlama mexanizmi və digər kontekstlərdə bütün əsas problemləri həll edən müqavilənin imzalanmasını istəyirik. Məhz bu kontekstdə mən yenidən erməni tərəfinin düşmənçiliyin səhifəsini çevirərək institusionalizə olunmuş sülh qurmağa hazırlığını təsdiqləmək istəyirəm. Biz bu işə hazırıq və bu yoldan kənara çıxmayacağıq”. Əlbəttə ki, belə fikirləri erməni nazirdən eşitmək gülünc olduğu qədər də, absurddur. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayanda da erməni tərəfi sülhdən ağız dolusu danışırdı. İndi də Paşinyan hakimiyyəti özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışır. Reallıq isə bundan ibarətdir ki, Ermənistan sülh amilindən manipulyasiya məqsədilə istifadə edir.
İcma: Mirzoyanın fikirləri riyakarlıqdır
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması A.Mirzoyanın məlum çıxışı ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, erməni nazir A.Mirzoyanın, ölkəsinin 1992-ci il fevralın 25-26-da törətdiyi Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə təqsirli bilinənlərin işi üzrə ədalət mühakiməsinə xələl gətirməyə çalışması soyqırımı qurbanlarının ruhuna hörmətsizlikdir. Qeyd olunub ki, A.Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi ərazisindən zorla çıxardığı Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.
“Tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökumətinin diqqətinə çatdırmaq istərdik ki, Ermənistan həmin bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal edib və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə olunur. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil”,- deyə bəyanatda vurğulanıb. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edib.
Erməni nazir Qərbi azərbaycanlıların hüquqlarından danışmağı niyə “unudur”?
Ümumiyyətlə, Mirzoyan nədənsə çıxışında vaxtilə Ermənistandan zorla qovulmuş yüzminlərlə azərbaycanlının hüquqlarının bərpasından danışmağı “unudub”. Halbuki Qərbi azərbaycanlılarının doğma yurdlarına qayıtması onların fundamental haqqıdır və bu da beynəlxalq hüquqla təsbit olunub. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb. BMT-nin insan hüquqları və beynəlxalq hüquq sahəsində qəbul etdiyi mühüm prinsiplərdən biri olan qayıdış hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində qeyd olunur. Bu bənddə açıq mətnlə deyilir ki, “Hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ var” və “hər kəsin öz ölkəsinə qayıtmaq hüququ var”.
Ermənistan azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır. İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur.
Eləcə də, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni və dini irs qorunmalıdır. Ümumiyyətlə, mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir. Bu baxımdan, Ermənistan Qərbi azərbaycanlıların qayıdışından əvvəl, qayıdış dövründə və sonra bu hüquqları təmin etmək üçün öhdəlik daşıyır. Bütün bunları nəzərə alaraq, mədəni irsimizin bərpası və qorunmasında beynəlxalq təşkilatlar, xüsusilə UNESCO öz dəstəyini verməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

