Bakı Bəyannaməsi qəbul olundu
21.02.2025 [10:42]
Növbəti il Asiya Parlament Assambleyasına Bəhreyn Krallığı sədrlik edəcək
Fevralın 20-də Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının bağlanış mərasimi keçirilib. Milli Məclisin APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev sessiya ərzində görülən işlərdən bəhs edib. O, 15-ci plenar sessiya çərçivəsində qurumun Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma, İqtisadiyyat və davamlı inkişaf, Siyasi məsələlər üzrə daimi komitələrinin iclaslarının keçirildiyini söyləyib. Qeyd edilib ki, komitələrin gündəliklərinə daxil edilən məsələlər, o cümlədən müvafiq qətnamə layihələri, yekun hesabatlar nəzərdən keçirilib.
Sonra Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının İcraedici Şurasında baxılan məsələlər barədə məlumat verib. O bildirib ki, 2025-ci il üçün Rusiyanın namizədliyi APA-nın vitse-prezidenti və Sosial və mədəni məsələlər üzrə daimi komitənin sədri, Qətər Dövlətinin namizədliyi APA-nın vitse-prezidenti və Büdcə və planlaşdırma üzrə daimi komitənin sədri, Bəhreyn Krallığının namizədliyi APA-nın vitse-prezidenti və İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitənin sədri, İran İslam Respublikasının namizədliyi APA-nın vitse-prezident və Siyasi məsələlər üzrə daimi komitənin sədri kimi təqdim edilib. Tədbir iştirakçıları irəli sürülən namizədlikləri dəstəkləyiblər.
Sonra Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edərək, Azərbaycana APA-ya sədrlik etdiyi dövrdə yüksək səviyyədə təşkilatçılığa görə təşəkkürünü ifadə edib.
Növbəti məsələyə dair məlumatında Rizvan Nəbiyev bildirib ki, əldə edilmiş razılığa əsasən, Bəhreyn Krallığı 2026-cı il üçün, İran İslam Respublikası isə 2027-2028-ci illərdə APA-nın sədrliyini öz üzərinə götürür. Bununla yanaşı, İran İslam Respublikası 2026-cı ildə APA-nın vitse-prezidenti və İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitənin sədri vəzifələrini icra edəcək. Bu məsələlərlə bağlı qərar da təsdiq edilib.
Tədbirdə Bəhreyn Krallığının və İran İslam Respublikasının nümayəndələri çıxış edərək, bu ölkələrin namizədliklərinə verilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər, APA-nın Asiya dövlətlərini birləşdirən qurum kimi regionda davamlı inkişafa, əməkdaşlığın möhkəmlənməsinə, sülhə, sabitliyə verdiyi töhfələrin əhəmiyyətini qeyd ediblər, Azərbaycanın sədrliyi dövründə APA-nın fəaliyyətində əldə edilən nailiyyətləri təqdir ediblər.
Sonra APA-nın Nizamnaməsinə və Reqlamentinə qurumun İcraedici Şurasının tövsiyə etdiyi dəyişikliklər nəzərdən keçirilib və təsdiq olunub.
Yekunda Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyasının uğurla keçdiyini, vacib qərarların qəbul edildiyini və bunun qurumun prinsiplərinə uyğun olduğunu söyləyib. O, Bakıdakı tədbirdə iştirak edən bütün nümayəndə heyətlərinə göstərdikləri fəallığa görə təşəkkür edib. Baş katib, həmçinin, parlamentlərdə təmsil olunan gənc nümayəndələrin fəaliyyətini, onların ümumi işə verdiyi töhfələri yüksək dəyərləndirib.
Mohammad Reza Majidi Milli Məclisin spikeri Sahibə Qafarovaya APA-nın 15-ci plenar sessiyasının yüksək səviyyədə təşkilinə və səmərəli müzakirələrə görə bir daha öz minnətdarlığını bildirib.
Sonra Rizvan Nəbiyev APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyannaməsinin və müxtəlif mövzularda 29 qətnamənin qəbul edildiyini diqqətə çatdırıb. O, nümayəndə heyətlərinə APA-nın plenar sessiyasının və daimi komitələrinin işində aktiv fəaliyyətlərinə görə təşəkkür edib. APA-nın bundan sonra da əməkdaşlığın gücləndirilməsi və birgə məqsədlər naminə mühüm platforma rolunu oynayacağı ilə bağlı əminlik ifadə olunub.
Xatırladaq ki, fevralın 19-da Asiya Parlament Assambleyasının Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclası da keçirilib. İclasda Assambleyanın büdcə və planlaşdırma istiqamətində fəaliyyətinin təkmilləşdirilməsi, maliyyə resurslarının idarə olunması və inkişaf strategiyalarının müəyyən edilməsi müzakirə olunub. Sonra Qətər parlamentinin komitə sədri Ahmet Al Hitmi katibliyin hesabatını təqdim edib. Hesabatda Assambleyanın son dövrdə maliyyə idarəçiliyi, həyata keçirilmiş layihələri və gələcək planları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin Assambleyanın maliyyə dayanıqlığının artırılması və üzv dövlətlərin töhfələrinin optimallaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.
İclasda APA İcraiyyə Şurası tərəfindən tövsiyə olunan qətnamə layihəsi də nəzərdən keçirilib. Qətnamənin əsas məqamları Assambleyanın maliyyə idarəetmə mexanizmlərinin səmərəli qurulması və üzv dövlətlərin daha aktiv iştirakının təmin edilməsi ilə bağlı olub.
APA-nın büdcə və planlaşdırma siyasətinin daha da gücləndirilməsi məqsədilə irəli sürülən təkliflər üzv dövlətlər tərəfindən dəstəklənib. Beləliklə, Asiya Parlament Assambleyasının iclasında 1 milyon ABŞ dolları dəyərində olan büdcəsi qəbul edilib. Hər bir üzv ölkə büdcənin formalaşdırılması üçün minimun 22 min ABŞ dollarından maksimum 50 min ABŞ dollarınadək vəsait ödəyəcək.
Qeyd edək ki, Asiya Parlament Assambleyası Asiya ölkələrinin qanunverici orqanlarını birləşdirən və regional əməkdaşlığı gücləndirməyi hədəfləyən parlament təşkilatıdır. Azərbaycanın bu qurumda aktiv iştirak etməsi ölkənin beynəlxalq parlament diplomatiyasına verdiyi töhfənin göstəricisidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

