Bakıda mühüm tədbir...
20.02.2025 [08:16]
Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçirilib
Fevralın 19-da Azərbaycanın sədrliyi ilə Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib. 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra məsələlər müzakirə olunub. APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.
Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bir il əvvəl, Azərbaycan parlamenti Asiya Parlament Assambleyasına sədrliyi öz üzərinə götürüb. “Sədrliyimiz çərçivəsində birgə fəaliyyətimizin daha da gücləndirilməsi üçün APA-nın institusional potensialının inkişaf etdirilməsi, üzvlük sıralarımızın genişləndirilməsi, mövcud qurumların fəaliyyətinin canlandırılması və səmərəliliyinin artırılması kimi bir sıra prioritetlər irəli sürdük”,- deyə spiker qeyd edib. S.Qafarova əlavə edib ki, ötən ilin digər bir nailiyyəti APA Bürosunun iclaslarının aktivləşdirilməsi olub.
Spiker diqqətə çatdırıb ki, beynəlxalq siyasətdəki vəziyyəti və dünyada mövcud durumu nəzərə alsaq, çoxtərəfli əməkdaşlıq məsələsi heç vaxt bu gün olduğu qədər vacib olmayıb. Onun sözlərinə görə, dünyamızın qarşılaşdığı humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin, irqçiliyin, ksenofobiyanın və islamofobiyanın artması kimi problemlər və onlarla necə mübarizə aparmaq məsələsi qaçılmaz şəkildə müasir beynəlxalq münasibətlər sisteminin səmərəliliyi məsələsini ön plana çıxarır. Təəssüf ki, bu gün dünya daha parçalanmış və daha az dinc hala gəlib. Və bir çoxları çoxtərəfli mexanizmlərin səmərəsizliyi barədə müzakirələr aparır.
S.Qafarova deyib ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan, təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olub: “Ölkəmiz öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bütün bu norma, prinsip və qətnamələri təkbaşına həyata keçirib. Buna görə də, bu məsələnin nə qədər təcili və vacib olduğunu çox yaxşı anlayırıq. Aydın məsələdir ki, bu mənfi tendensiyanı aradan qaldırmağın və dünyada sülh, sabitlik və rifahı təmin etməyin ən etibarlı yolu çoxtərəfli sistemi gücləndirməkdir. Elə bir sistem ki, burada bütün ölkələr qaydalara hörmət edir, bir-birini kollektiv və qanuni mexanizmlərlə məsuliyyətə cəlb edir, bir-birinə dəstək göstərir və bir dövlətin maraqlarını digərindən üstün tutan birtərəfli yanaşmaları rədd edir”.
Milli Məclisin sədri çıxışının sonunda birgə səylərlə Asiya Parlament Assambleyasının potensialının tam şəkildə açılacağına, onun effektivliyinin maksimum dərəcədə artacağına inamını ifadə edib.
Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi isə çıxışında bildirib ki, Azərbaycan bu təşkilata sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi. Assambleya qarşıda duran proqramları Azərbaycanın sədrliyi ilə tam yerinə yetirib.
“Bu dünyada millətlər, dövlətlər müxtəlif çağırışlarla üzləşir. Parlament diplomatiyası daha da gücləndirilməlidir ki, beynəlxalq sülhün və təhlükəsizliyin dağılmasının qarşısını ala bilək. Bu gün parlament üzvləri kimi əlimizdən gələni etməliyik”, - deyə Baş katib qeyd edib.
İndoneziya Nümayəndələr Palatasının sədri, xanım Puan Maharani isə deyib ki, növbəti 25 il Asiya əsrini reallaşdırmaq, dinc bir Asiya yaratmaq üçün həlledici dövr olacaq: “Hazırkı dövr dünyanın çoxqütblülüyünün artması ilə xarakterizə olunur. Çoxqütblülük bütün ölkələr üçün daha həlledici fürsət verməlidir. Amma, eyni zamanda, bu, qeyri-sabitliyə də səbəb ola bilər. Böyük qeyri-müəyyənliyi azaltmaq üçün beynəlxalq hüquqa əsaslanan daha güclü çoxtərəfli yanaşmaya da ehtiyacımız var”.
Çıxış edən İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf qeyd edib ki, dünya dərin və çoxşaxəli dəyişikliklər dövrünü yaşayır: “Bu proseslər beynəlxalq siyasətə, iqtisadi sistemlərə və ictimai nizamın formalaşmasına ciddi təsir göstərir. Dünya əhalisinin təxminən 60 faizinin yaşadığı Asiya qitəsi qədim sivilizasiyaların beşiyi olmaqla yanaşı, müxtəlif xalqların tarixini, dilini, mədəniyyətini və ənənələrini özündə birləşdirən unikal resurslara malikdir. Bu zənginlik Asiyanın qlobal və regional problemlərin həllindəki rolunu daha da artırır”.
Onun sözlərinə görə, regional münaqişələr, terror təhdidləri, pandemiyalar, iqlim dəyişikliyi, qeyri-qanuni fəaliyyətlər və hegemonluq siyasəti təkcə lokal deyil, qlobal sabitlik üçün də ciddi təhlükə yaradır: “Belə bir şəraitdə çoxtərəfli diplomatiya və beynəlxalq əməkdaşlıq zərurətə çevrilir. İnsan hüquqlarını qorumaq, hər bir fərdin səsinin eşidilməsini təmin etmək üçün qətiyyətli mövqe sərgiləməliyik”.
Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh isə çıxışında deyib ki, Asiya Parlament Assambleyası region dövlətlərinin maraqlarına xidmət edən bir platforma kimi mühüm rol oynayır. O, müasir dünyada çoxqütblü yanaşmaların, ədalətli maraqlar balansının və xalqların suveren hüquqlarına hörmətin zəruriliyini qeyd edib: “Hegemon qüvvələrin müdaxilələrinin qarşısının alınması vacib amildir. Asiya Parlament Assambleyası diplomatiya, iqtisadi və sosial sahələrdə müsbət dialoqu təşviq edən bir qurumdur, bu istiqamətdə mühüm rol oynayır”.
Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının fəaliyyətinə verdiyi töhfələrdən danışan Şura sədri ölkəsinin bu təşkilatın işində fəal iştirak etdiyini və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə sadiq qaldığını bildirib. O, Bəhreyn Krallığının Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürdüyünü elan edərək, təşkilatın üzvlərinin etimadını və dəstəyini qazanmağa ümidvar olduğunu deyib.
Çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen Asiyanın Qərbdən Şərqə və Cənubdan Şimala uzanan zəngin mədəni müxtəlifliyinə diqqət çəkərək bildirib ki, qitə bəşəriyyətin ən böyük və qədim yurdu olsa da, bəzi problemlər səbəbindən potensialını tam reallaşdıra bilmir. Onun sözlərinə görə, Asiyanın mövcud zənginliyini firavanlığa çevirmək üçün birgə fəaliyyət zəruridir. Əməkdaşlıq və həmrəylik sayəsində daha yüksək inkişaf səviyyəsinə çatmaq mümkündür. Bu məqsədlə, çoxölçülü və təkmil əməkdaşlıq mexanizmlərinin qurulmasına ehtiyac var.
Abdulkadir Emin Önen qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının ədalətli və davamlı nəticə verməsi təkcə bu iki ölkə üçün deyil, bütün regionda sabitliyin və rifahın gücləndirilməsi baxımından önəmlidir. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da dəstəyini davam etdirəcəyini vurğulayıb.
Milli Məclisin Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev isə çıxışında söyləyib ki, İran İslam Respublikası və Bəhreyn Krallığı təşkilata 2026-2027-ci illərdə sədrlik üçün namizədliklərini təqdim ediblər: “İcraçı Katiblik və Asiya Parlament Assambleyası rəhbərliyi tərəfindən bu namizədliklər təsdiqlənib. Razılaşmaya əsasən, Bəhreyn Krallığı 2026-cı ilə qədər APA-ya rəhbərlik edəcək, İran İslam Respublikası isə 2027-2028-ci illərdə bu vəzifəni vəzifəsini icra edəcək. İran, eyni zamanda, APA-nın Daimi Komitəsində vitse-prezident kimi fəaliyyət göstərəcək”.
Tədbirdə digər ölkələrin nümayəndələri də çıxış ediblər. Eləcə də, bir sıra qərarlar qəbul olunub. Oman Sultanlığı Asiya Parlament Assambleyasına tamhüquqlu üzv qəbul edilib. İclasda, eyni zamanda, Belarus Respublikasının müşahidəçi statusu barədə məsələ təsdiqlənib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

