Durbinlər bu dəfə Qazax istiqamətinə yönəldi...
19.02.2025 [10:45]
“Missiya” nə etməyə çalışır?
Ermənistanın Azərbaycanla sərhəd ərazilərində fəaliyyət göstərən Aİ-nin “müşahidə missiyası” avantürist addımlarını davam etdirir - onlar bu dəfə Azərbaycanın Qazax və Qubadlı rayonu istiqamətinə gəliblər. Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ “missiyası”nın üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Avropa İttifaqının “müşahidə missiyası” 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırılıb. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri də müşahidə missiyasına qoşulub. Bu ilin yanvarın 29-da Avropa İttifaqının səfirləri Brüsseldə bir araya toplaşaraq Ermənistandakı müşahidə missiyasının müddətinin daha iki il uzadılması barədə qərar qəbul ediblər - belə ki, bu missiya 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaq. Azərbaycan tərəfi “missiya”nın fəaliyyətini diqqətlə izləyir - rəsmi Bakı missiyanın onunla razılaşdırmadan fəaliyyət göstərdiyini bəyan edib.
“Missiya”nın bu dəfə Qazax istiqamətinə gəlməsi və burada müşahidələr aparması müəyyən suallar doğurur, görəsən, nə etməyə çalışırlar və nə məqsəd güdürlər? Xüsusi olaraq vurğulayaq ki, keçən il Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədi tam şəkildə delimitasiya olunub. 2024-cü ilin aprelin 19-da Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın birgə iclasında əldə olunan razılaşma əsasında Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarıldı. Həmin gündən etibarən həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Casusluqla məşğuldur
Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu missiya bölgədə casusluq fəaliyyəti ilə məşğuldur: “Yalandan özlərinə mülki ad versələr də, hər kəsə aydındır ki, bu missiyanın əsas məqsədi Azərbaycanın ərazilərində təxribatlar törətmək və ölkəmizə qarşı müxtəlif məkrli planlar həyata keçirməkdir. Azərbaycan rəhbərliyi bu missiyanın bütün addımlarından xəbərdardır və istənilən zaman zəruri tədbir görmək iqtidarındadır”.
Ermənistanda at oynadırlar
“Bu gün aydın şəkildə görürük ki, bəzi Qərb ölkələri Aİ-nin müşahidə missiyası adı altında Ermənistanda at oynadırlar. Bu missiyanın fəaliyyəti Azərbaycanla yanaşı, Rusiya və İrana qarşı da yönəlib” - deyə bildirən T.İsmayilov vurğulayıb ki, Qərbdəki müəyyən dairələr regionda sülhün bərqərar olunmasında maraqlı deyil: “Azərbaycan öz gücü və qüdrəti hesabına torpaqlarını işğaldan azad edib. Təəssüf ki, Azərbaycan ilə Ermənistan arasında müxtəlif mövzularda əməkdaşlıq imkanları İrəvanın qeyri-peşəkar və irrasional siyasəti üzündən tükənmək üzrədir. Bu vəziyyətdən istifadə edən həmin dairələr Ermənistanı sülh prosesindən yayındırmağa çalışırlar”.
Missiyanın addımları qəbuledilməzdir
“Regionda sülhü təşviq etmək və sülhün bərqərar olunması üçün adevkat addımlar atmaq əvəzinə missiya vəziyyətin gərginləşməsinə çalışır. Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya olunan hissəsində patrul xidmətləri həyata keçirməsi normal qəbulediləcək bir tendesiya deyil. Qərbdəki müəyyən dairələr Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı, həmçinin regionun digər ölkələrinə qarşı alət kimi istifadə etmək niyyətindədirlər. Onlar, xüsusilə də Fransa bölgədə casusluq fəaliyyəti göstərməklə yanaşı, Ermənistanı məqsədyönlü şəkildə silahlandırır”,- deyə T.İsmayilov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

