Saxta kampaniyalar davam edir...
01.02.2025 [11:16]
Vardanyanın xilasına hədəflənən məqsədli “piar”
Bakıda Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə təqsirli bilinən 15 nəfərin, o cümlədən Harutyunyan Arayik, Vardanyan Ruben, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan Davit, Babayan Davit, Mnatsakanyan Levon, Beglaryan Vasili, Qazaryan Erik, Allahverdiyan Davit və digərlərinin məhkəməsinin başlaması ilahi ədalətin nəhayət, öz yerini tapacağına böyük inam yaradıb. Adları çəkilən şəxslər müxtəlif maddələrlə ittiham olunurlar və layiqli cəzalarını almalıdırlar . Burada hansısa istisnalardan söhbət gedə bilməz. Bununla belə, ayrı-ayrı Avropa təsisatları, Rusiyanın müəyyən dairələri yenidən bəhs olun şəxslərin müdafiəsi yönündə fəaliyyətləri genişləndiriblər. Bu kontekstdə zamanında qondarma “DQR”in “dövlət naziri” postunu tutmuş Ruben Vardanyanın təəssübünü çəkənlərin sayının artması xüsusilə diqqət çəkir.
Aparılan qara piar
R.Vardanyanın kimliyi hər kəsə bəllidir. Çirkli pulların yuyulması yolu ilə özünə böyük sərvət toplayan və milyarderə çevrilən bu şəxs 44 günlük müharibədən sonra heç kəsin gözləmədiyi halda Xankəndidə zühur etdi. Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində “DQR” süquta uğradı, Qarabağda separatizm yuvası dağıdıldı və digərləri ilə yanaşı, R.Vardanyan da həbsə alınaraq Bakıya gətirildi və onun barəsində istintaq başladı.
Qeyd edək ki, Bakıda istintaq dövründə belə müxtəlif mərkəzlər R.Vardanyanın müdafiəsi ilə bağlı saxta kampaniyalar keçiridi - bu xüsusda biz Fransanın, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, Almaniyadan olan Şvabe kimi deputatların canfəşanlığını xüsusi qeyd edə bilərik. Məhkəmə ərəfəsində qərəzli kampaniya daha da genişlənib. Halbuki, R.Vardanyanın pərdələnməsinə çalışıldığı fəaliyyətində cinayət tərkibi mövcuddur - bu isə hüquqi məsuliyyət yaradır.
Rubenin xiffətini çəkənlər
Maraqlıdır ki, onun barəsində Rusiya mətbuatında da əvvəllər informativ xarakterli yazılar dərc olunsa da, məlum təyyarə qəzasından sonra qara piar xarakterli materialların dərc olunması intensivləşib. Məsələn, “Vzqlyad” nəşri başlamış məhkəmə haqda materialında prosesin obyektivliyini şübhə altına almağa cəhd edib. Paralel olaraq, Rusiya prezidenti yanında İnsan Hüquqlarının Müdafiəsi Şurasının üzvü Yeva Merkaçeva Paşinyanı R.Vardanyanın müdafiəsində fəal mövqe tutmağa çağırıb. Onun qənaətinə görə, R.Vardanyanı “müharibədə iştirak etmiş digərləri ilə müqayisə etmək olmaz və o, “artsax”a münaqişənin kəskin mərhələsi bitəndən sonra gəlib”. Şuranın xanım üzvü, həmçinin R.Vardanyanın “humanitar fəaliyyətini” qeyd etməyi də yaddan çıxartmayıb.
Yeva Merkaçevanın özbaşına belə bir məzmunda açıqlama ilə çıxış etdiyini düşünmək sadəlövhlük olardı. Onu da nəzərə alaq ki, bu absurd açıqlama Ermənistanın Rusiyadan üz çevirdiyi ərəfədə səsləndirilib...
Azərbaycanın gücü və qətiyyəti
Kimlərin hansı iddiaları səsləndirməsindən asılı olmayaraq, Azərbaycan özünün milli gücünə əsaslanmaqla qətiyyətli mövqe sərgiləyir. Ölkəmiz daim suverenlik və müstəqillik prinsiplərindən çıxış edib və apardığı ardıcıl siyasətdə həmişə ədalət meyarını əsas götürüb. Azərbaycan indiyədək cəfəng iddialara, təzyiq cəhdlərinə baxmayaraq özünün ümumilli məqsədlərinə çatmağa nail olub - ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. İndi isə növbə bir sıra cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılmasına çatıb. Onlar Azərbaycan əleyhinə hərbi və dövləti cinayətlər törətmiş şəxslərdirlər.Artıq məhkəmə prosesi başlayıb. Məlum cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Qara piarı aparılan R.Vardanyanın da layiq olduğu və ədalətli şəkildə cəza alacağına heç bir şübhə yoxdur. Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Sosial
20 Oktyabr 10:42

Dünya
20 Oktyabr 10:21

YAP xəbərləri
20 Oktyabr 09:53

Sosial
20 Oktyabr 09:47

Dünya
20 Oktyabr 09:14

Dünya
20 Oktyabr 08:42

Gündəm
20 Oktyabr 02:43

Dünya
19 Oktyabr 23:35

Dünya
19 Oktyabr 22:27

Siyasət
19 Oktyabr 21:39

İdman
19 Oktyabr 20:30

Sosial
19 Oktyabr 19:59

Sosial
19 Oktyabr 18:30

Sosial
19 Oktyabr 17:57

Dünya
19 Oktyabr 16:29

İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32
