Ankarada Xocalı soyqırımının ildönümü ilə bağlı konfrans keçirilib
26.02.2013 [03:02]
Ankaradakı Türk Hava Kurumu Universitetində bu ali təhsil ocağının ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə təşkil etdiyi Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı geniş konfransda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev Fondunun hazırladığı sənədli film nümayiş olunub.
Türk Hava Kurumu Universitetinin rektoru, professor Ünsal Ban konfransı açaraq, Azərbaycan və Türkiyənin, eyni zamanda, bütün türk dünyasının və bəşəriyyətin faciəsi olan Xocalı soyqırımının tanıdılması işinə töhfə verdiyi üçün universitet kollektivinin qürur duyduğunu söyləyib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər və millət vəkillərinin konfransa göndərdikləri teleqramların mətni oxunub.
Konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov respublikamızın hökuməti adından Xocalı soyqırımına verdikləri önəmə görə Türkiyə rəhbərliyinə təşəkkürünü bildirib.
Xocalı soyqırımı haqqında məlumat verən Əli Həsənov deyib ki, Dağlıq Qarabağ bölgəsinin üçüncü ən böyük şəhəri və mühüm strateji əhəmiyyətə malik məkanı olan Xocalıda törədilmiş qətliam aylar öncə hazırlanıb. Belə ki, iki ay əvvəl şəhərə gedən bütün yollar bağlanıb, dinc insanların buranı tərk etməsinə əngəlllər törədilib. Sovet ordusunun nizami qoşun dəstəsinin və erməni quldurlarının basqını zamanı Xocalıda 2700 dinc insan var idi. Fevralın 25-dən 26-na keçən gecə törədilmiş qətliamda 613 dinc insan həlak oldu, 150 nəfərin aqibəti isə hələ də məlum deyil. Beynəlxalq təşkilatların təzyiqlərindən qorxan ermənilər 1200 əsiri geri qaytardılar. Dünyanın bəlli yerlərində baş vermiş soyqırımları kimi, Xocalı da həqiqi soyqırımı aktıdır. Azərbaycan dövləti qardaş Türkiyə ilə birlikdə bütün dünyada həm bu soyqırımının tanıdılması, həm də ermənilərin saxta “soyqırımı” təbliğatını ifşa etmək üçün mühüm işlər görür. Artıq 4 ölkənin - Kolumbiya, Meksika, Pakistan, Çexiya parlamentləri, habelə ABŞ-ın 6 ştatı Xocalı soyqırımını tanıyıb, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 55 ölkə də bu addımı atıb. Türkiyə parlamentində də iki dəfə Xocalı ilə bağlı xüsusi dinləmələr keçirilib və qardaş ölkənin qanunverici orqanının bu soyqırımı tanıması bir zaman məsələsidir. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün bizə vəsiyyət etdikləri kimi, qardaş ölkələrimizin bir-birinə dəstəyi davam edir. Bu gün Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğanın diqqət və qayğısı nəticəsində bu məsələdə mühüm uğurlar əldə olunub.
Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Necdət Ünüvar, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin millət vəkili Tülay Selamoğlu Xocalı soyqırımının tanıdılması, Türkiyə və Azərbaycan dövlətlərinin, qeyri-hökumət təşkilatlarının bu sahədə apardığı işlərdən bəhs ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan qüdrətli iqtisadiyyata və güclü orduya malik olan, beynəlxalq nüfuzu getdikcə artan bir ölkədir. BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzvlük də Azərbaycanın əldə etdiyi böyük diplomatik nailiyyətdir. Eyni zamanda, Xocalı soyqırımının tanıdılması, erməni yalanlarının ifşa olunması məsələsində hələ çox işlər görülməlidir.
Açılış nitqlərindən sonra konfrans çərçivəsində bölmə iclası keçirilib. İclasda çıxış edən professor Rəna Mirzəzadə, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Milli Məclisin deputatı Musa Qasımlı və digərləri əsrlər boyu ermənilərin Anadolu və Azərbaycan torpaqlarında törətdikləri qətliamlar, Xocalı soyqırımı və onun tanıdılması üçün görüləcək işlərdən ətraflı bəhs ediblər.
Konfransa yekun vuran Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, gənclər sosial şəbəkələr vasitəsilə, habelə qeyri-hökumət təşkilatları öz toplantılarında Xocalı soyqırımının tanıdılması və erməni yalanlarının ifşa olunması üçün daha çox səy göstərməlidirlər. Biz, güclünün haqlı olduğu deyil, haqqın güclü olduğu bir dünya qurmalıyıq.
Konfrans iştirakçıları Xocalı soyqırımını əks etdirən fotosərgi ilə də tanış olublar.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

