İrəvan yarımçıq sülhə can atır
07.11.2024 [08:23]
Mirzoyanla Simonyanın “şərikli yalanı”...
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını özündə əks etdirən proses ötən dövr ərzində az da olsa, irəlilyiş əldə edib. Xüsusilə, müvafiq delimitasiya komissiyalarının ötən ilin payızından etibarən keçirdiyi 10 görüş bu mənada seçilir. Xatırladaq ki, komissiyaların əldə etdiyi razılaşma nəticəsində bu ilin aprelində Ermənistanın işğalı altında olan 8 kənddən 4-ü azad edildi. Qeyd edək ki, sərhədlərin delimitasiya və demarkasiyası sülh prosesinin mühüm hissələrindən biridir. 2022-ci ildə Azərbaycan tərəfindən irəli sürülən sülh şərtləri arasında yer alan bu məsələnin həlli uzun illər davam edən münaqişənin əbədiyyən sonlandırılması üçün əsaslı şərtlərdən sayılır.
Ən əsas şərtlər...
Vurğulandığı kimi, aparılan delimitasiya və demarkasiya fəaliyyəti sülh prosesini yaxınlaşdırır. İkitərəfli görüşlərin nəticəsi kimi meydana çıxan razılaşmalar isə sülhün yaxın zamanda imzalanması pervspektivindən də xəbər verir - Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi ilə davamlı sülhün formalaşmasında, əbədi sabitliyin yaranmasında maraqlıdır. Sadəcə olaraq, bunun üçün mütləq zəmin yaradılmalıdır - ən əsas şərt rəsmi İrəvanın özünün Konstitusiyasında dəyişiklik etməsi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı qəti mövqe sərgiləməsi, Azərbaycana qarşı olan əsassız torpaq iddialarından əl çəkməsi və sülhün, sabitliyin davamlı, əbədi olmasına şərait yaratmasıdır. İrəvan bu yolla regionda davamlı sülhün yaranmasına töhfə verə bilər.
Mirzoyanın yalanı və məqsədi...
Təəssüfləndirici haldır ki, proseslərin inkişafı bəzi məqamlarda daha çox neqativ məqamlara tərəf meyillənir. Hətta Ermənistanın bu və ya başqa iddialarla sülh prosesinə xələl gətirməyə çalışması belə sezilir. Başqa sözlə, İrəvan tərəfinin qeyri-standart açıqlamaları, qeyri-adekvat iddiaları bitmək bilmir. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentindəki çıxışında sərhədin delimitasiyası məsələsinə toxunaraq deyib ki, İrəvan suveren Ermənistan ərazisinin 29 743 kv/km təşkil etməsi üçün əlindən gələni edir. “Bizim 200 kv/km-dən çox ərazimiz işğal edilib, bu, bizim demarkasiya prosesi çərçivəsində həll etmək niyyətində olduğumuz məsələdir”, - deyən Ermənistan XİN rəhbəri növbəti dəfə erməni məkrini büruzə verib.
Delimitasiya və demarkasiyanın davam etməsi üçün fəal danışıqların getdiyi bir zamanda Mirzoyanın bu yalan iddiası nəyə xidmət edir? Əgər Mirzoyan özü üçün bu “faktı” “dəqiqləşdiribsə”, demək ki, o artıq “sərhədi” də müəyyənləşdirib. Daha konkret olsaq, hələ də söhbətin “şərti sərhəd” anlayışından getdiyi bir zamanda Mirzoyan dəqiqliklə necə ölçü “səsləndirir”. Demək ki, məqsəd başqadır - onun bu yalan iddiası, olmayan “fakt” üzərindən danışması yalnız və yalnız sülhə xələl gətirmək məqsədi daşıyır.
Eyni zamanda, Mirzoyan niyə hələ də işğal altında saxladıqları 4 kənddən danışmır? Niyə demir ki, Azərbaycanın bəzi əraziləri hələ də erməni işğalı altındadır. Demək ki, məqsəd prosesi irəliyə aparmaq yox, yerində saymaqdır...
Simonyanın canfəşanlığı...
Başqa bir Ermənistan rəsmisi isə özü üçün artıq “bütün prosesləri” bitirib - bu ölkənin parlamentinin sədri Alen Simonyan deyib ki, hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının haradan davam edəcəyi ilə bağlı müzakirələr aparılır. Simonyan sərhədlərin delimitasiyası komissiyaları ilə bağlı reqlamentin mövcudluğunu hər iki ölkə üçün böyük qələbə adlandırıb. “Bu, ikitərəfli qələbədir və Azərbaycanla Ermənistan arasında ilk dövlətlərarası sənəddir. Onun həyata keçirilməsi hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir”, - deyə Simonyan bildirib. O, həmçinin vurğulayıb ki, hazırda demarkasiyanın hansı istiqamətdə davam etdiriləcəyi ilə bağlı yekun qərar verilməyib. “Delimitasiyanın harada davam edəcəyi ilə bağlı müzakirələr gedir”, - deyə erməni rəsmisi əlavə edib.
Bəli, bu sənəd mühüm bir sənəddir - amma sülhün imzalanması üçün yetərli deyil. Ermənistan və havadarlarının “tələsik və yarmıçıq sülh” planının tərkib hissəsi kimi görünən bu açıqlama İrəvanın özünü “sülhpərvər” qiyafədə təqdim etməsinin növbəti “seriyasıdır”. Halbuki situasiya tam açıqdır - Azərbaycanın irəli sürdüyü şərtlər yerinə yetirilməyəcəyi təqdirdə sülhün zəmini yaranmayacaq...
Yeni iddialara düşməməsi üçün...
Digər tərəfdən, bu gün delimitasiya “davası” aparan Ermənistan nə üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır? Axı, hələ 4 il öncə İrəvan nəqliyyat kommunikasiya sistemlərinin açacağı ilə bağlı öhdəliyə imza atmışdı. Əgər Ermənistan həqiqətən də sülh axtarışındadırsa, niyə bu öhdəliyini xatrılayıb icra etmir?
Demək ki, məsələnin əsas mahiyyəti başqadır. Mirzoyanla Simonyanın “aktivləşərək” yeni mərhələ və ya “yaxındakı sülh” haqqında mesajlar verməsi qlobal auditoriyaya oynamaqdır. Onlar dünya ictimaiyyətinin diqqətini məsələnin əsl mahiyyətindən yayındırmaqla sadəcə “sülh” adına fokuslamağa çalışırlar. Əslində isə sülhün olması üçün onun zəmini olmalıdır - Ermənistan əsassız idddialarından əl çəkdiyini rəsmən təsdiqləməlidir. Yalnız belə olduğu halda imzalanan sülh davamlı sabitliyə yol açacaq. Konstitusiya dəyişikliyi isə bunun qarantı kimi çıxış edəcək - artıq əminlik yaranacaq ki, Ermənsitan qarşıdakı mərhələlərdə özünün “ana sənədi”nə “istinad” edərək yeni işğallar haqda fikrə düşməyəcək. Bir sözlə, sülh üçün İrəvan iradə nümayiş etdirməlidir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

