/ / Mübariz Qurbanlı: Azərbaycan Minsk qrupunun sülh prosesinə təsir imkanlarının artırılmasını zəruri hesab edir
Mübariz Qurbanlı: Azərbaycan Minsk qrupunun sülh prosesinə təsir imkanlarının artırılmasını zəruri hesab edir
07.02.2013 [01:12]
“Bu gün Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edir və sülhə nail olmaq üçün böyük səylər göstərir. Lakin Ermənistan tərəfi əks mövqe numayiş etdirir və təxribatlarını davam etdirir”. Bu fikirləri “www.yap.org.az” saytına Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan tərəfi bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Ona görə də, ölkəmiz ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanla danışıqların davam etdirilməsinin tərəfdarıdır. “Doğrudur, Azərbaycan tərəfi Minsk qrupunun sülh prosesinə təsir imkanlarının daha da artırılmasını zəruri hesab edir. Bu mənada onun fəaliyyətindən narazıdır. Amma bütövlükdə biz danışıqlar prosesində iştirakdan heç zaman imtina etmək xəttini götürməmişik” - deyə o, qeyd edib.
Hazırda dünya siyasətində mürəkkəb proseslərin getdiyini deyən M.Qurbanlının sözlərinə görə, beynəlxalq müstəvidə ikili standartlar açıq şəkildə müşahidə olunmaqdadır: “Bir tərəfdən bu və ya digər ölkələrə qarşı koalisiya yaradılaraq həmin ölkələrə hərbi müdaxilədən çəkinmirlər. Digər tərəfdən, təcavüzkar şirnikləndirilir və yaxud da təcavüzkara hansısa formada təzyiqlər göstərilmir. 20 ildir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə bütün mədəni-tarixi abidələr dağıdılıb, təbii sərvətlər talan olunub, infrastrukturlar məhv edilib. Bütün bunların fonunda biz beynəlxalq təşkilatların - BMT-nin, ATƏT-in və digər qurumların ermənilərin işğalına ciddi və əsaslı şəkildə reaksiya vermədiyini görürük. Bu hadisələr haqqında beynəlxalq təşkilatlar Azərbaycan tərəfindən məlumatlandırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin hücum diplomatiyası, həyata keçirdiyi siyasət ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Amma hələ də aparıcı dövlətlərin, xüsusilə həmsədrlərin qətiyyətli mövqeyini görmürük. Bu bizi çox təəssüfləndirir və Azərbaycan xalqında haqlı narazılıq yaradır, beynəlxalq təşkilatlara inamı sarsıdır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

