Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib
06.02.2013 [03:12]
Fevralın 5-də Moskvanın “Prezident” hotelində Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının növbədənkənar iclası keçirilib. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva iştirak edib.
Tədbirdən əvvəl ÜAK Rəyasət Heyətinin üzvləri - Azərbaycanının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, İTAR-TASS Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub.
Sonra geniş tərkibdə keçirilən iclası ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev açaraq Azərbaycan diasporunun nümayəndələrini salamlayıb.
Azərbaycan və Rusiyanın dövlət himnləri səslənib, ÜAK-ın 2012-ci ildə fəaliyyətini əks etdirən film nümayiş olunub.
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev konqresin Rəyasət Heyətinin iclasında ÜAK-ın növbədənkənar qurultayının keçirilməsi məsələsinin müzakirə edildiyini söyləyib. O, konqresin 2011-ci ildə keçirilən III qurultayında qəbul olunan nizamnaməsinin Rusiya Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməməsi, konqresin qeyri-qanuni fəaliyyət göstərməsi barədə fikirlərə aydınlıq gətirib. Tədbirdə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin nümayəndəsi nazirliyin Ümumrusiya Azərbaycan Konqresinin sorğusuna əsasən təqdim etdiyi konqresin ictimai təşkilat olaraq yeni qurultay çağırılanadək 2006-cı ildə keçirilən qurultayın nizamnaməsinə əsasən fəaliyyət göstərdiyini təsdiq edən sənədin mətnini oxuyub.
ÜAK-ın prezidenti Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanova konqresin aparatının icraçı direktor vəzifəsinin təklif olunduğunu diqqətə çatdırıb. Qüdsi Osmanov bu təklifə münasibətini bildirərək deyib ki, Rusiyanın Azərbaycan diasporu ilə işləmək böyük şərəfdir. O vurğulayıb ki, fəxri və baş konsul işlədiyi müddətdə Rusiyanın 60-dan çox regionuna səfərləri zamanı Azərbaycan diasporunun fəal üzvləri ilə mütəmadi görüşlər keçirib və diaspor təşkilatlarının rəhbərləri ilə dostluq münasibətləri var. Q.Osmanov hazırda baş konsul vəzifəsində çalışdığını və təkliflə bağlı müvafiq qərarın məsləhətləşmələrdən sonra veriləcəyini bildirib.
Daha sonra konqresin İcra Aparatının rəhbəri Nemət Nağdəliyev hesabat məruzəsi ilə çıxış edib. O, 2011-ci ilin iyununda keçirilmiş sonuncu qurultaydan sonra konqresin gördüyü işlərdən danışıb və qarşıya qoyulan bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, ötən dövr ərzində ÜAK real qüvvəyə malik böyük və nüfuzlu ictimai təşkilata çevrilib. Konqres Rusiyanın ictimai həyatında fəal iştirak edir, dövlət qurumları və ictimai təşkilatlarla yaxşı əlaqələr qurub, həmvətənlərimizin milli özgürlüyünü, dilini, mədəniyyətini və ənənələrini qoruyub saxlamasına kömək edib. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ÜAK-ın yaradılmasında və Rusiyada yaşayan soydaşlarımız üçün ümumi evə çevrilməsində rolunu xüsusi vurğulayıb.
Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri ötən dövr ərzində görülən işlərdən, qarşıda duran vacib vəzifələrdən danışıblar. Qeyd olunub ki, regionlarda konqresin işinin təkmilləşdirilməsi üçün bundan sonra da müvafiq addımlar atılacaq.
Sonda ÜAK-ın 2013-cü il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar kompleks tədbirlərin təşkili prioritet məsələlər sırasındadır. Ötən il ÜAK Heydər Əliyev adına mükafat təsis edib. Bu yüksək mükafat Rusiyanın ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında xidmətləri olan nüfuzlu şəxslərinə təqdim ediləcək.
Çıxışlardan sonra Məmməd Əliyev iclasa yekun vurub, təşkilatın fəaliyyətini bütövlükdə müsbət qiymətləndirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39

