Azərbaycan incəsənət ustalarının konserti fransızlarda böyük maraq doğurub
05.02.2013 [01:16]
Fevralın 2-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Fransada keçirilən Azərbaycan günləri çərçivəsində Müluz şəhərinin “Sin” teatrında Azərbaycan İnstrumental Musiqi Ansamblının konserti təşkil olunub.
Konsertdən əvvəl çıxış edən Müluz şəhərinin meri Jan Rottner Cənubi Qafqazın inkişaf etmiş ölkəsi olan Azərbaycanı müluzluların tanımalarının əhəmiyyətini qeyd edib, iki xalq arasında əməkdaşlığın inkişafında və onların yaxınlaşmasında belə mədəni tədbirlərin xüsusi rolunu diqqətə çatdırıb, Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırladıb. O deyib ki, bu gün Azərbaycan muğamları sizin zövqünüzü oxşayacaq.
Müluz və ətraf qəsəbələrin prezidenti, senator Jan-Mari Bokel sərgi və konsertin təşkilinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkür edib, ölkəmiz ilə Fransa arasındakı əlaqələrin inkişafından məmnunluq hissi duyduğunu bildirib, səmimi və gözəl insanların yaşadığı Azərbaycanın dinamik inkişaf etdiyini, yeraltı və yerüstü sərvətlərlə zəngin olduğunu diqqətə çatdırıb.
Senator ölkəmizin Avropa Şurasının tamhüquqlu üzv olduğunu və bu təşkilatda Azərbaycanı təmsil edən həmkarlarının xüsusi fəallıq göstərdiyini xatırladıb.
J.M.Bokel tarixi ənənələrlə zəngin olan Azərbaycanda son vaxtlar inkişaf istiqamətində mühüm dəyişikliklərin həyata keçirildiyini, dünya mədəniyyətinə öz töhfəsini verdiyini bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Azərbaycan günlərinin artıq Fransanın bir neçə şəhərində keçirildiyini xüsusi vurğulayıb, müluzluların qonaqpərvərliyinin onda xoş təəssürat yaratdığını, qədim İpək yolu üzərində yerləşən ölkəmizin Şərq ilə Qərb arasında körpü rolu oynadığını bəyan edib.
Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin mehriban və əmin-amanlıq şəraitində yaşadığını vurğulayan səfir onların mədəniyyətinə, dilinə və dininə dövlətimiz tərəfindən göstərilən diqqətin başqa ölkələr üçün əsl nümunə olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanın qədim tarixə malik olan zəngin mədəniyyəti var. Şərq dünyasında ilk opera məhz Azərbaycanda yaranıb.
Səfir deyib ki, bugünkü konsertdə səslənəcək muğam musiqisi Azərbaycan xalqının milli yaradıcılıq ənənələrinə sadiqliyindən xəbər verir.
Konsertdə Azərbaycan incəsənət ustalarının ifasında xalq musiqisi və bəstəkarların əsərləri səslənib.
Müluz şəhərinin bir neçə sakini konsertlə bağlı AzərTAc-a müsahibə verib.
Xanım Nataşa Kranz deyib: “Etiraf edim ki, mənim Azərbaycan barəsində heç bir məlumatım yox idi. Məhz bu konsert sayəsində ölkənizi kəşf etdim, onun zəngin mədəniyyətinə, musiqisinə heyran oldum. Canlı və maraqlı musiqi nömrələri, müğənnilərin milli geyimdə çıxışları bizim üçün əsl hədiyyə idi. Mən hələ də Azərbaycanın milli musiqisinin təsiri altındayam”.
Elen Burdel konsertdən aldığı təəssüratı belə ifadə edib: “Çox az tanıdığım Azərbaycanın yalnız Qafqazda yerləşdiyini və müsəlman ölkəsi olduğunu bilirdim. Konsertə heyranlıqla qulaq asdım. Çünki mən müxtəlif xalqların ənənəvi musiqilərini, xüsusilə Şərq musiqisini dinləməyi sevirəm. Balkan xalqlarının musiqisinə az-çox bələdçiliyim vardır. Özüm də fransız xalq musiqisini ifa etməyi xoşlayıram. Müğənnilərin ifası çox xoşuma gəldi. Mənim heç vaxt görmədiyim musiqi alətləri daha çox marağıma səbəb oldu. Bəzi alətlərdə səslənən ritmlərə valeh oldum. Milli paltarda çıxış edən gəncin ifaçılıq tərzi, səsi və musiqi keyfiyyəti biz fransızlar üçün bir yenilik idi. Konsert Azərbaycanın mədəni dəyərlərinin zənginliyi barədə bizdə böyük təəssürat oyatdı və mən istərdim ki, belə konsertlər tez-tez təkrar olunsun. Axı bu konsertlər ölkəni tanımaqda böyük rol oynayır”.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32

