/ / Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilib
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə edilib
19.01.2013 [03:24]
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi müzakirə olunub.
AzərTAc xəbər verir ki, muzeyin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Rafael Hüseynov akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı məqalənin elmi-nəzəri əhəmiyyətindən danışıb. Bildirib ki, akademik R.Mehdiyev elm adamı olmaqla yanaşı, həm də ölkənin ali idarəçilik strukturunda böyük təcrübəyə malik görkəmli dövlət xadimi, respublikamızın idarəçiliyini təmin edən əsas simalardan biridir. Ona görə də, onun qələmindən çıxmış hər bir yazıya yalnız elmi məhsul kimi yox, həm də siyasi siqləti, siyasi mənası olan əsər kimi yanaşmaq lazımdır. Onun yazılarında qaldırılan problemlər hər bir azərbaycanlını düşünməyə vadar edir.
Müəllifin digər məqalələrindən bəhs edən R.Hüseynov söyləyib ki, həmin yazılar sadəcə bir alimin, cəmiyyət problemlərinə dərindən bələd olan insanın baxışı deyil, həm də təcrübəli siyasətçinin və dövlət xadiminin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin ölkədəki problemlərə münasibəti deməkdir. Bu yazıların hər birində müəyyən bir siyasi siqlət, zamanın, dövlətçilik ənənələrinin tələb etdiyi müəyyən şərtlər var.
Vurğulanıb ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olub. O, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə və idarəçiliyinə ruh verən, onu canlandıran bir insan idi. Şah İsmayıl paytaxtın mərkəz olaraq ölkənin idarəçiliyində vacib rolunu ortaya qoyub və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Şah İsmayıl Xətainin nümunəsi Azərbaycan tarixinin ən müxtəlif dövrlərində həmişə bir örnək olaraq qalmış və qalacaq.
Şah İsmayılın Azərbaycan dövlətçiliyi tarixində vacib xidmətlərindən biri ana dilimizi dövlət idarəçiliyinə gətirməsi olub. O, ilk dəfə olaraq yazışmalarda Azərbaycan dilini tətbiq edib. Onun mədəniyyətə, sözə, sənətə diqqət və qayğısından bəhs edən R.Hüseynov bildirib ki, dahi Məhəmməd Füzuli hökmdarlar haqqında şeirlər yazmayıb. Şah İsmayıl yeganə hökmdardır ki, Füzuli onun haqqında iftixarla söz açıb, onu böyük şəxsiyyət kimi qiymətləndirib. Şah İsmayıl həm də bir şair kimi yazılarında dövlətçiliyimizin qorunmasını və möhkəmləndirilməsini təbliğ edib.
Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi hər azərbaycanlı üçün düşünmək fürsətidir. Bu cür əhəmiyyətli məqalələrin vəzifəsi ilk növbədə ondan ibarətdir ki, o, insanların daxilində suallar yarada bilsin. İnanıram ki, akademikin bu məqaləsi ilə bağlı geniş müzakirələr bundan sonra da davam etdiriləcək, məqalədə qaldırılan problemlərlə bağlı araşdırmalar aparılacaq, tədqiqat işləri yazılacaq.
Tədbirdə çıxış edən professor Abbas Seyidov akademik Ramiz Mehdiyevin məqaləsinin aktuallığını, ideya-siyasi və metodoloji əhəmiyyətini qeyd edib. Bildirib ki, Şah İsmayıl Xətai dövlətçilik tariximizdə Azərbaycanın ərazi bütövlüyünün, milli kimliyimizin rəmzi olaraq qalmaqdadır.
Filologiya elmləri doktoru Şəfəq Əlibəyli vurğulayıb ki, məqalənin əsas ideyalarından biri Şah İsmayıl Səfəvinin görkəmli şəxsiyyət, qüdrətli hökmdar və lider kimi təqdim olunmasıdır.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru Kamil Allahyarov deyib ki, məqalənin ana xəttini tarixi mənbələrə əsaslanaraq Azərbaycan dövlətçiliyinin zəngin ənənələrə malik olmasının sübut edilməsi, bu məlum həqiqətə hələ də şübhə ilə yanaşanların məntiqsiz düşüncələrinin faktlarla təkzib edilməsi prinsipi təşkil edir.
Filologiya elmləri doktoru Xatirə Bəşirli bildirib ki, bu tarixi yazı bizə tariximizi daha dərindən öyrənməyi, dövlətçilik strategiyamızı daha dərindən mənimsəməyi tövsiyə edir. Bu məqalə tarixçi alimlərimiz üçün sanballı tədqiqat mənbəyidir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

