/ / Sahibə Qafarova: Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir
Sahibə Qafarova: Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir
11.10.2024 [15:37]
Milli Məclisin sədri Sahibə Qafarova Düşənbəyə səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri tədbirdən əvvəl Düşənbədəki "Dostluq" meydanında İsmoili Somoninin abidəsi önünə əklil qoyublar.
Sonra Tacikistan parlamentində beynəlxalq konfrans işə başlayıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədri parlamentə və bütün Tacikistan xalqına Konstitusiyanın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.
Sahibə Qafarova Azərbaycanın Tacikistanın Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə sosial, iqtisadi və digər sahələrdə əldə etdiyi bütün uğurları yüksək qiymətləndirdyini bildirib. Deyib ki, Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir. Xalqlarımız həmişə sülh, əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.
O, möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlərimizin yaranmasında Ümummilli Lider Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun xüsusi rolunu qeyd edib.
Milli Məclisin sədri prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə, eyni zamanda, inkişafına mühüm töhfələrini xüsusilə qeyd edib, ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində fəal dialoqun və müntəzəm görüşlərin həyata keçirildiyini vurğulayıb.
S.Qafarova deyib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar, imzalanmış çoxsaylı sənədlər ikitərəfli əməkdaşlığın bütün sahələrində fəal qarşılıqlı fəaliyyətin inkişafına güclü təkan verib.
Azərbaycan və Tacikistan parlamentləri arasında əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, bu gün qanunverici orqanlarımız arasında həm ikitərəfli səviyyədə, həm də Parlamentlərarası İttifaq, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, Asiya Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub.
“Parlament sədrlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti bu əməkdaşlığın inkişafına töhfə verir. 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisi arasında əməkdaşlıq haqqında Saziş” də ölkələrimiz arasında siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə, möhkəmlənməsinə kömək etmək niyyətlərimizi təsdiqləyir”, - deyə Sahibə Qafarova bildirib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52

