Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır
09.10.2024 [18:48]
Son vaxtlar beynəlxalq siyasi iradə mərkəzlərinin əsas diqqətini özünə daha çox cəlb edən Cənubi Qafqazla bağlı dünya nəhənglərinin strateji hədəfləri getdikcə daha aydın hal almağa başlayır. Buradakı əsas reallıq ABŞ və Qərbin Rusiyanı regiondan uzaqlaşdırmaq hədəfidir və onlar bunu Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Lakin unutmamalıyıq ki, Ermənistan bu regionun “qapı”sı deyil və onlar məhz ermənilər üzərindən digər bölgə ölkələrinə təzyiq göstərmək istəyirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində türkiyəli siyasi ekspert Bilgehan Öztürk ifadə edib.
ABŞ ilə Azərbaycan arasında son vaxtlar meydana gələn ziddiyyətlərə toxunan siyasi şərhçi bunun əsas səbəblərindən birinin də məhz qeyd edilən bu məqam olduğunu bildirib: “İndi Ağ Ev, Cənubi Qafqazda Ermənistanın maraqlarının təminatçısı rolunda çıxış edir. Bununla yanaşı, Azərbaycana qarşı təzyiq cəhdlərinin artması da regionda vəziyyətin gərginləşməsinə yol açır. Vəziyyətin normallaşması istiqamətində addımlar atıla bilər və bu, təqdirəlayiq hal kimi hesab edilər. Lakin burada belə bir sual meydana çıxır: Xüsusilə son vaxtlar daha da artan ermənipərəst çıxışlardan sonra rəsmi ABŞ-dan Azərbaycana qarşı səmimi münasibət gözləmək nə qədər doğrudur? Fikrimcə, Bayden administrasiyası dövründə bunun ola biləcəyinə inanmaq çox çətindir. Bu şübhələrə əsas verən kifayət qədər ciddi faktlar var. Misal üçün, 44 günlük Vətən müharibəsində ABŞ-ın Ankaradan Qarabağ məsələsində Azərbaycana dəstəyin dayandırılması kimi absurd tələbi bunun nümunələrindəndir. Təbii ki, rəsmi Ankara Amerikanın bu tələbinə məhəl qoymadı. Lakin bu cəhdlə yanaşı, ABŞ-ın Ermənistana dəstəyi belə Azərbaycanın ərazilərini işğaldan azad etməsinə əngəl törədə bilmədi”.
Ekspert deyib ki, rəsmi İrəvan ABŞ və Qərbin ona verdiyi müəmmalı vədlərə ümid bəsləmək əvəzinə Azərbaycan ilə bir an əvvəl sülh müqaviləsinin imzalanmasına çalışmalıdır: “Bu danılmaz faktdır ki, regionda baş verən gərginliklərin mərkəzində məhz Ermənistanın özü və onun himayədarları dayanır. Bütün bunların fonunda görünür ki, Ermənistan başda Fransa olmaqla Qərb ölkələri, eləcə də ABŞ-ın dəstəyi ilə Cənubi Qafqazda yenidən xaos yaratmaq niyyətindədir. Onların əsas niyyəti Türkiyə-Rusiya münasibətlərinə xələl yetirmək və Azərbaycanın Qarabağda əldə etdiyi tarixi hərbi və siyasi Zəfərə kölgə salmaqdır. Buradan göründüyü kimi, bəzi Qərb dairələrinin bu təhriki ilə Ermənistanın atdığı hazırkı addımlar həm Azərbaycana, həm Rusiyaya, həm də Türkiyəyə qarşıdır. Onların digər hədəfi isə İrandır. Yəni, Qərb Ermənistana müşahidəçi adı altında sürətli şəkildə hərbçilər yerləşdirməklə İranı da Şimaldan mühasirəyə almaq istəyir”.
Bu hadisələrin heç birinin Ermənistana yaxşı vədlər vermədiyini vurğulayan ekspert bildirib ki, sərhədlərinin 80 faizi ilə - Türkiyə və Azərbaycana bağlı Ermənistan hazırda odla oynayır. Burada Şuşa Bəyannaməsindən irəli gələn öhdəlikləri də unutmaq olmaz. İndi Paşinyan hakimiyyətinin təmsilçiləri sülh sazişinin imzalanmasından danışsalar da, təəssüf ki, bunun reallaşması istiqamətində ciddi addım atmağa tələsmirlər. Lakin onlar unutmamalıdırlar ki, Ermənistan və buna bağlı olaraq erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52

