Qısa müddət ərzində...
28.09.2024 [11:12]
Nazirlər Nyu-Yorkda hansı razılığa gəldilər?
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün bir sıra dövlətlər vasitəçilik təşəbbüslərini irəli sürürlər. ABŞ da belə təşəbbüslər irəli sürən dövlətlərdən biridir. Birləşmiş Ştatların rəsmi şəxsləri mütəmadi olaraq, Azərbaycana və Ermənistana səfərlər edir, münasibətlərin normallaşdırılması üçün müxtəlif təkliflər verirlər. Sentyabrın 26-da isə ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Bu görüş nazirlərin Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirakı çərçivəsində baş tutub. Görüşdə ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.
Tərəflər sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylər göstərəcək
Görüşün nəticələri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə ABŞ Dövlət katibinə minnətdarlıq bildiriblər.
Blinken prosesdəki irəliləyişləri təqdir edib
ABŞ Dövlət Departamenti də iki ölkənin XİN başçılarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair bəyanat yayıb. Bəyanatda deyilir: “Dövlət katibi Blinken Ermənistan və Azərbaycanı davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir etdiyini bildirib. Sülh sazişini mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı tərəqqisini təşviq edib. Dövlət katibi sülh sazişinin regiona sabitlik və rifah gətirəcəyini vurğulayıb”. Xatırladaq ki, tərəflər arasında bundan əvvəlki görüş də Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində baş tutmuşdu.
Ümumiyyətlə, proseslər göstərir ki, tərəflər sülh sazişinin üzərində intensiv şəkildə işləyirlər. Prosesdə ABŞ-ın vasitəçiliyi də diqqəti cəlb edir. Təsadüfi deyil ki, XİN başçılarının sülh sazişi ilə bağlı doqquz görüşündən beşi məhz ABŞ-da keçirilib. ABŞ dəfələrlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu və bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib. Son dövrlər isə Birləşmiş Ştatlar bu istiqamətdə diplomatik fəallığını xeyli artırıb. Amma ABŞ Konqresinin ermənipərəst üzvlərinin anti-Azərbaycan fəaliyyəti, eləcə də Ermənistana silah yardımı edilməsi sülh prosesinin müsbət sonluqla yekunlaşmasına xələl gətirə bilər.
Rəsmi Bakının mövqeyi beynəlxalq hüquqa əsaslanır
Bütün hallarda Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
İntensiv danışıqlar prosesinin nəticəsidir ki, sülh sazişi layihəsinin 80 faizi razılaşdırılıb. Digər 20 faiz kiçik rəqəm kimi görünsə də, əslində burada prinsipial məsələlər öz əksini tapır. Əgər həmin müddəalar razılaşdırılmasa sülh prosesi dayanıqlı ola bilməz. Ona görə də, Ermənistan bu məsələlər ətrafında spekulyasiya etmək əvəzinə prosesin tam başa çatdırılması üçün konstruktiv mövqe sərgiləməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

