Qətiyyətlə pisləyirik!
27.09.2024 [10:24]
İcma: Şotlandiya Parlamentinin üzvlərindən bu təxribatı dayandırmağı tələb edirik
BMT müstəvisində Azərbaycan həqiqətləri...
Ceyhun Bayramov ikitərəfli görüşlər zamanı regiondakı vəziyyət barədə ətraflı məlumat verib
ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.
TDT beynəlxalq müstəvidə nüfuzlu təşkilata çevrilib
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edən C.Bayramov tədbirdə çıxışı zamanı bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, tibb, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları, gənclər və idman, eləcə də digər sahələrdə əməkdaşlıq uğurlu inkişaf edir. Nazir təşkilatın təsis sənədi olan Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümündə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsinin, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinin və TDT-nin beynəlxalq aləmdə strateji əhəmiyyətinin artmasının şahidi olmaqdan qürur duyduğunu qeyd edib.
C.Bayramovun çıxışında, bu gün TDT çərçivəsində ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, tibb, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları, gənclər və idman, eləcə də digər sahələrdə əməkdaşlığın uğurlu inkişafı qeyd olunub. XİN başçısı təşkilatın hazırkı inkişaf dinamikası, o cümlədən onun günü-gündən artan beynəlxalq nüfuzunun TDT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi, funksional imkanlarının daha da genişləndirilməsi zərurətinə vurğu etdiyini bildirib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə illik sammitlərin sayının birdən ikiyə artırılmasının təşkilat çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsi üçün vacib platforma yaratdığını vurğulayıb. Bu il, təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşünün təşkili ilə TDT çərçivəsində əməkdaşlığın yeni təkan aldığı və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin Türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Eləcə də, TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb. Türk Akademiyasının təşəbbüsü ilə ortaq əlifbanın yaradılması işinin uğurla başa çatmasından məmnunluq və 2024-cü il sentyabrın 11-də rəsmi olaraq qəbul edilən yeni ortaq türk əlifbasının əməkdaşlığımızı əhəmiyyətli dərəcədə yüksəldəcəyinə dair əminlik ifadə olunub.
XİN başçısı Ali komissarla nədən danışıb?
Sentyabrın 25-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb. Görüşdə Azərbaycan və BMT təsisatları arasında bir sıra sahələr, o cümlədən insan hüquqlarının qorunması üzrə əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Ceyhun Bayramov Azərbaycanın hər zaman səmərəli BMT sisteminin tərəfdarı olduğunu, o cümlədən ölkəmizin BMT Nizamnaməsi, çoxtərəflilik və BMT orqanları ilə geniş əməkdaşlıq prinsiplərinə sadiqliyini vurğulayıb. Azərbaycan və BMT arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd olunub. İnsan Hüquqları üzrə Ali Komissarlıq Ofisinin insan hüquqlarının qorunması işində müvafiq fəaliyyətinin, habelə dövlətlərin bu sahədə potensialının artırılması istiqamətində tədbirlərinin əhəmiyyətli olduğu qeyd edilib.
Nazir insan hüquqlarının fundamental prinsiplərinin müdafiəsinə tam şəkildə sadiq olan Azərbaycanın beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mütəmadi əsasda töhfə verdiyini, davamlı olaraq bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təminindən sonra vətəndaşlarımızın fundamental hüquqlarının bərpası istiqamətində ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Eləcə də, ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi xatırlanıb, tədbir çərçivəsində görülən işlər barədə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xanla da görüşüb. Görüş zamanı tərəflər Azərbaycan və İƏT arasında gündəlikdə duran əməkdaşlıq məsələlərinə, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar. Ceyhun Bayramov Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi önəm verdiyini, Azərbaycanın Təşkilat çərçivəsində regional əməkdaşlığın genişləndirilməsinə töhfə verməyə hər zaman hazır və maraqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. İqtisadiyyat, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün prioritet istiqamətlərdən olduğu qeyd edilib. Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin və bu vasitə ilə regionda ortaq iqtisadi inkişafa töhfə verilməsinin əhəmiyyəti vurğulanıb. Təşkilatın fəaliyyət istiqamətlərinə və məqsədlərinə uyğun olaraq, regiondaxili və regionlararası ticarətin genişləndirilməsinin önəmi bir daha vurğulanıb.
Həmçinin, qarşı tərəf cari regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin hazırkı durumu barədə məlumatlandırılıb.
Bir sıra ölkələrin XİN başçıları ilə sülh müzakirəsi
Baş katib Əsəd Məcid Xan Azərbaycanın təşkilatın fəaliyyətində aktiv və məhsuldar iştirakının yüksək qiymətləndirildiyini, ölkəmizin İƏT-ə üzv dövlətlər üçün etibarlı tərəfdaş hesab olunduğunu diqqətə çatdırıb. O, İƏT-in yaşıl və təmiz ətraf mühitə keçid ideyasına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə Azərbaycan tərəfindən irəli sürülmüş addım və təşəbbüslərin həyata keçirilməsinə müvafiq dəstək verməyə hazır olduqlarını bildirib. Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edilib, bu ildə birgə mümkün tədbirlər barədə ideyalar səslənib.
Qeyd edək ki, Ceyhun Bayramov səfər zamanı Latviyanın xarici işlər naziri Baiba Braje, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen, İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kasis və Polşanın xarici işlər naziri Radoslav Şikorski ilə görüşüb.
Görüşlər zamanı ölkələr arasında mövcud mövcud əlaqələr, eləcə də regional təhlükəsizlik məsələləri, habelə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində hazırlıq işləri müzakirə olunub.
Azərbaycanın XİN başçısı həmkarlarını postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Ermənistanla normallaşma prosesinin gedişatı barədə qarşı tərəfə ətraflı məlumatlandırıb. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətlə silahlanmasının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb. Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

