Dövlətimiz gücünü göstərdi!
25.09.2024 [10:52]
Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu
Müstəqil Azərbaycan öz inkişafının çox mühüm bir mərhələsindən keçir. 2020-ci il Vətən müharibəsində və 2023-cü il 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələr son 200 illik tariximizin ən parlaq səhifələrini formalaşdırıb. Bu qələbələrlə Azərbaycan dövləti və xalqı öz iradəsini, gücünü bütün dünyaya nümayiş etdirdi. Biz iki yüzillikdə ilk dəfə olaraq torpaq itkilərinə məruz qalmadıq, əksinə ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə nail olduq. Bu parlaq qələbələr əbədiyyətə qədər xalqımızın qürur mənbəyi olaraq qalacaq. Eyni zamanda, 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yeni reallıqlar yaranıb. Ölkəmiz üçün strateji inkişaf mərhələsi başlayıb. Yeni dövr yeni çağırışlar deməkdir. Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında söylədiyi proqram xarakterli nitqində hazırkı dövrə qədər əldə edilmiş nəticələri təhlil edərək dəyərləndirib və ölkəmizin, xalqımızın qarşısında duran əsas vəzifələrə diqqət çəkib.
Qələbəmizin əsas şərti...
Vətən müharibəsi dövründə Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində bir yeniliyə imza atdı. İgid əsgər və zabitlərimiz “Arxada Vətəndir!” deyib hər gün irəli getdilər. Ön xətdən daim qələbə soraqları gəlirdi, hər gün yeni şəhərlərimiz, kəndlərimiz işğaldan azad olunurdu. Rəsmi İrəvanın təsdiqlədiyi statistikaya əsasən müharibədə Ermənistan tərəfində təxminən 12 min fərari qeydə alınıb.
Azərbaycan hərbiçilərinin isə amalı düşmən tapdağında olan ərazilərimizi işğaldan azad etmək idi. Onlar Vətən müharibəsində qəhrəmanlıq tarixi yazdılar, Vətənə sədaqət nümunəsi göstərdilər. Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları keçirilərkən 3200-dən çox qəhrəman övladımız şəhadət zirvəsinə ucalıb. Bütövlükdə, Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı könüllü iştirak edib.
Ordumuzun peşəkarlığının, yüksək döyüş qabiliyyətinin, hərbiçilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqların nəticəsi olaraq düşmən cəmi 44 gün ərzində bütünlüklə kapitulyasiyaya məruz qaldı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Döyüşlərdə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi, iradəsi, dövlətin gücü qələbəmizin əsas şərtidir. Tarixi Qələbəmizi yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir”.
Azərbaycan ərazisində separatizmə son qoyuldu
44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən dərs almayan Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Ermənistan ordusunun təxminən 15 minlik kontingenti Azərbaycan ərazilərindən çıxarılmadı, paralel olaraq təxribatlara əl atıldı. Rəsmi Bakı buna son qoyulmasını tələb etsə də, Azərbaycanın haqlı tələbləri eşidilmədi. 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Ərazilərimizdə separatizmə son qoyan lokal xarakterli əməliyyatlar uğurla baş tutdu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular - 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Dəfələrlə Azərbaycanın görüşüb müzakirələr aparmaq təkliflərindən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük lokal xarakterli antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılıb. Sentyabrın 28-də Qarabağdakı separatçı təsisatın rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb və beləliklə də ərazilərimizdə separatizmə birdəfəlik son qoyulub. “İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Tarixdə qalacaq 2024-cü il
Uğurlu lokal xarakterli antiterror tədbirlərindən ötən bir ildə tarixi anlara şahidlik etmişik. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Onun üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında antiterror tədbirlərində separatçılardan təmizlənən ərazilərimizdə, o cümlədən Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla bizlərə sonsuz qürur hissi yaşatdı. Bu gün ölkənin bütün ərazisində suverenliyimiz tam təmin olunub və bayrağımız əzəmətlə dalğalanır.
Cari ilin əvvəlindən isə suveren Azərbaycanın həyatında iki mühüm hadisə baş verib. Ölkənin bütün ərazisində fevral ayında Prezident, sentyabr ayında isə parlament seçkiləri baş tutub. Beləliklə, müstəqillik tariximizdə Prezident və parlament seçkiləri ölkənin bütün ərazilərində keçirilməklə çox mühüm bir ilkə imza atıldı. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev “Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”, - deyə vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46

