Sülh prosesi beynəlxalq gündəlikdə...
12.09.2024 [10:00]
Münasibətlərin normallaşması üçün imkanlar təqdim edilir
Son 1 ildə mühüm bir məsafə qət etmiş sülh prosesi beynəlxalq gündəlikdə də diqqətlə izlənməkdədir. Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh yeni formalaşan qlobal münasibətlər sistemi üçün xüsusilə ticari-iqtisadi və siyasi anlamda mühüm anlam kəsb edir. Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının gücləndirilməsi, siyasi sabitliyin dayanıqlı hal alması regiondankənar coğrafiya üçün də böyük əhəmiyyətə malikdir. Çünki qısa müddətdə Cənubi Qafqazda sülhün sənədləşdirilməsi Şərq-Qərb və Şimal-Cənub tranzit istiqamətlərini daha aktiv vəziyyətə gətirəcək. Bu isə öz növbəsində yeni iqtisadi dividend, ticari imkanlar deməkdir.
Yeni siyasi reallıqlar açar rolunda...
Hazırki müasir çağırışların prioritet standartı rentabelli və təhlükəsiz yol amilidir - Azərbaycanın son 4 ildə həyata keçirdiyi siyasət böyük ölçüdə yeni iqtisadi düzən üçün töhfə sayıla bilər. Kataklizmlərin çoxaldığı - dini-etnik kökənli, siyasi və ya daha başqa motivlərə əsaslanan təhdidlərin artdığı bir zamanda qlobal ticari münasibətlərin ənənəvi yolları da təhlükə yaşamaqdadır. Bu yolların mühüm əksəriyyətinin bir çox “stansiyaları” üzrə hazırda destabil durum nəzərə çarpır ki, misal olaraq istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərinə diqqət çəkmək olar. Bu isə ümumi iqtisadi durum üçün mənfi tendensiyalar yaradır. Yeni dünya nizamının ən mühüm ünsürü sayılan “iqtisadi təmərküzləşmə” dalana dirənir, dövlətlərin təminat təhlükəsizliyi təhdid altına düşür. Burada təminat dedikdə bir çox məsələləri nəzərdə tutmaq olar - həm enerji, həm qida, həm yüngül sənaye və yüzlərcə sahələr üzrə ticari münasibətlər çətinləşir. Azərbaycanın formalaşdırdığı yeni siyasi-hərbi reallıqlar isə bu çətinliklər üçün açar rolunu oynayır.
Macarıstanın XİN başçısı: Hər iki tərəflə qarşılıqlı hörmət əsasında danışa bilərik...
Təsadüfi deyil ki, müxtəlif coğrafiyalardan olan dövlətlər Ermənistan isə Azərbaycan arasındakı sülh prosesinə töhfə verməyə, vasitəçisiz danışıqların aparılması üçün öz imkanlarını təqdim edir. Son dövrlərdə bu mənada, Qazaxıstan xüsusilə seçilir - həm may ayında Ermənistan və Azərbaycan XİN başçılarının Almatı görüşü, həm də bir neçə gün öncə Azərbaycan Prezidentinə zəng edən Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin vasitəçisiz danışıqlar üçün platforma imkanlarının irəli sürülməsi olduqca mühüm əhəmiyyət daşıyır. Bu onu göstərir ki, ölkəmizin yürütdüyü siyasət dünya birliyi tərəfindən izlənilir və dəstəklənir.
Növbəti mərhələdə Ermənistan - Azərbaycan arasında münasibətlərin normallaşmasında yer almaq üçün öz imkanlarını tədim edən ölkələrdən biri də dost Macarıstan dövlətidir. Sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq konfransında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Macarıstan Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər. “Dünyada baş verənlər həqiqətən də həyəcanverici və narahatedicidir: bütün siyasi hərəkatlar dünyanın yenidən müxtəlif bloklara bölündüyünü göstərir. Macarıstan belə bir dünya nizamına qarşı çıxır və Şərqlə Qərb arasında əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasının tərəfdarıdır. Ölkəmiz Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsində belə bir rol oynaya bilər. Çünki biz bu münaqişədə hər iki tərəflə hər iki halda qarşılıqlı hörmət əsasında danışa bilərik”, - deyə nazir bildirib və sülh sazişinin məhz paytaxt Budapeştdə imzalana biləcəyini deyib.
Əməkdaşlığı hədəfləyən xarici siyasət kursunun yaratdığı aydın mənzərə
Azərbayanın ən yaxın tərəfdaşlarından sayılan Macarıstanın belə bir təkliflə çıxış etməsi ilk növbədə ölkəmizin xarici siyasəti kursunun üstünlüklərini və doğru istiqamətini özündə əks etdirir:
- Azərbaycan dünya dövlətləri, eləcə də Avropa kontingentindən olan ölkələr ilə bütün sahələr üzrə əməkdaşlığın inkişafında maraqlıdır;
- Ölkəmizin başqa dövlətlərlə münasibəti ədalətli və hüquq çərçivəsindədir;
- Azərbaycan özünün çoxşaxəli əməkdaşlığa əsaslanan siyasi kursunu tam və əyani şəkildə ortaya qoya bilib;
- Ölkəmizin bölgədəki sabitləşdirici rolu bütün kontingentlər üzrə təsdiq olunur.
Bu kimi amillər isə gələcək münasibətlərin ən əhəmiyyətli məhək daşı rolunda çıxış edir - Azərbaycanla dost münasibətdə olan Macarıstanın XİN rəhbərinin məhz İrəvanda bu fikirləri səsləndirməsi də sülhə olan inamın, Azərbaycanın ədalətli mövqeyinə olan etimadın növbəti sübutudur.
İranlı diplomat: Güclü və vahid regionun yaradılmasını dəstəkləyirik
Vurğulandığı kimi, Cənubi Qafqazda yeni situasiya - dayanıqlı və əbədi sülh bütün tərəflər üçün böyük üstünlüklər vəd edir. Xüsusilə, region ölkələri bu yeni reallıqlardan ən yüksək səviyyədə dividend əldə etmək perspektivini proqnozlaşdırmaqdadır. Paralel olaraq Azərbaycanın istəyinin yalnız və yalnız sülh və əməkdaşlıq olması bütün ölkələr tərəfindən qəbul edilir - bu və ya digər şəkildə, hər kəs ölkəmizin dürüst siyasət yürütdüyünü, təhlükəsizliyin inkişafına dəstək verməyə çalışdığını açıq kontekstdə dilə gətirir. Məsələn, adıçəkilən konfransda təmsil olunan İran xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyxolislami də İranın hər zaman regionda sülh və təhlükəsizliyin tərəfdarı olduğunu önə çəkib. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır. “Biz qonşularımıza mübahisələri mümkün qədər tez həll etməyə kömək etməyə hazırıq. Biz güclü və vahid regionun yaradılmasını dəstəkləyirik”, - iranlı diplomat deyib.
Ermənistan sülh üçün addım atmalı, Konstitusiyasında dəyişikliklər etməlidir
Əlbəttə ki, dayanıqlı sülhün əldə olunması üçün bütün tərəflər eyni şəkildə səy göstərməlidirlər. Prosesin davamlı hal alması üçün isə ən əsas şərt səmimiyyət nümayiş etdirmək, qeyri-adekvat və yalan iddialardan əl çəkmək, qonşulara qarşı münasibətdə dürüst olmaqdır. Ermənistanın siyasi rəhbərliyi paytaxtında baş tutan konfransda səslənən bu kimi fikirlərdən nümunə çıxarmalıdır - bütün dünya regiona sabitliyin gəlməsini arzulayır. Rəsmi İrəvan özünün əsassız fikir və ideyalarını, iddialarını bir kənara qoyaraq normal münasibətlərin yaranması üçün addımlar atmalıdır. Məsələn, ilk növbədə Ermənistan Konstitusiyasında yer alan və Azərbaycana qarşı haqsız, əsassız torpaq iddialarını özündə əks etdirən müddəaların dəyişdirilməsi, aradan qaldırılması təmin olunmalıdır. Bu amil sülhü həm tezləşdirə, həm də əbədi olmasına töhfə verə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53

